Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə24/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   20   21   22   23   24   25   26   27   ...   107

qurtardıq”, - deyəndə Mədinənin gözlərindən yaş sel təki ixtiyarsız axırdı.
Atası, elə bil, onu təzədən həyata qaytardı. Yaşamaq sevinci, ümid verdi.
İstirahət  evində Teymurun  ona  diqqət  yetirməsini  Mədinə adi
nəzakət  hesab  edirdi.  Aralarında  yaş  fərqi  də vardı.  Mədinə soyuq
davrandığı üçün Teymur Kəmaləyə daha çox üstünlük verirdi. Uşaq onu
görəndə sevinir, qabağına qaçırdı. Bu sevinc elə böyük idi ki, onun yaşıl
gözlərində sanki  lampalar  yanırdı.  Amma  Mədinə şitini  çıxartmaq
istəmirdi.  Teymur  Raufun  qohumu  olsa  da  onun  Mədinənin  uşağını
əyləndirməyə borcu yox idi.
Teymurla  görüşməsin  deyə Mədinə səhər  yeməyindən  sonra  tez
uşağı götürüb istirahət evindən çıxır, tramvaya oturur, mağazaları gəzirdi.
Günortadan  sonra  “şikəstlər”ə aid  çimərliyə gedirdi.  Amma  qəribəsi  bu
idi ki, gəldiyi iki həftə ərzində görmədiyi, harada gəzdiyi bəlli olmayan
Teymur indi hər yerdə özü onun qabağına çıxırdı. Bunu istirahət evində
sezənlər az deyildi.
“Mədinə hara, bu xoşbəxt oğlan hara”, -Mədinə düşünürdü. Litovlu
ər-arvad da, deyəsən, ona birtəhər baxmağa başlamışdılar. “ Belə olmaz,
onlar yanlış şeylər fikirləşirlər, - təəssüf”,- Mədinə ürəyindən keçirirdi.
Amma şübhələr Teymurun qəfildən yoxa çıxması ilə dağıldı. Hamı
Virqadan və ondan Teymurun niyə belə tez getdiyini soruşsa da Mədinə
ancaq çiyinlərini çəkirdi. Çox rahat, şad idi. Teymur əslində onu mənasız,
xoşagəlməz artıq söz-söhbətdən xilas etmişdi.
Bakıda isə onu yeni sürprizlər gözləyirdi. Teymur onun telefonunu
Raufdan  almışdı  və Mədinəyə zəng  etməyə başlamışdı. Əvvəllər
danışmağa  söz  tapmasalar  da,  Teymur  üçün  mövzu  qəhət  deyildi.
Gündəlik  hadisələrdən,  redaksiyaya  gəlib-gedənlərdən,  adamlardan,
siyasətdən, kitablardan danışırdı. Kəmaləni soruşurdu.  Zənglər gündəlik
olmağa  başlayırdı.  Kəmalə də onu  soruşurdu  və hər  gecə Teymurdan
danışırdı. Mədinə bir gün bu barədə özündən asılı olmadan Teymura söz
açdı:  “Mənim  telefonumu  ona  ver,  qoy  evə,  işə zəng  etsin.  Mən  sənin
kimi hərbi işdə deyiləm. Boş vaxtlarım çox olur”, - Teymur dedi. “  Yox,
zəhləni  tökər”, - Mədinə utandı.  “O,  zəhlətökən  deyil,  ağıllı  qızdır” -
Teymur öz növbəsində bildiridi. İndi Mədinədə Teymurun həm ev, həm
də iş  telefonu  vardı.  Amma  o,  özü  bu  nömrələrə heç  vaxt  zəng  edə
bilməyəcəyini  qəti  bilirdi.  Anası  ilə Kəmalə isə dinc  durmurdular,
Teymurla  danışırdılar.  Kəmalə axşamlar  Mədinəyə təzə,  maraqlı  qısa
nağıllar  danışırdı.  Deyirdi  ki,  Teymur  öyrədib.  Vaxt  ötdükcə Mədinə


özünə heyrət  edirdi.  Teymurun  ona  bir  gündə bir  neçə dəfə zəng
etməsinə elə alışmışdı    ki,  o,  ezamiyyətlərdə olanda  darıxırdı.  Amma
Teymur ezamiyyətlərdə də zəng edirdi.
Biri-birilərini  yalnız  Bilgəh  istirahət  evində doyunca  görürdülər.
Mədinənin  istirahətə getməsini  Teymur  Raufdan  öyrənirdi.  Mədinə özü
ona bu barədə məlumat vermirdi. Teymur ora hər gün axşamüstü gəlirdi.
Amma  tək  yox,  Rauf  və arvadı  da  gəlirdi.  Teymur  yalnız  bacısı
olmayanda  Mədinəyə və Kəmaləyə yaxınlaşırdı.  Nərgiz olmayanda əl-
qolu  açılırdı.  Kəmaləyə münasibəti əvvəlki  təki  səmimi  idi.  Bu  aydın
görünürdü.  Qızcığaz  öz  növbəsində bunu  hiss  edir,  sevinir,  canlanırdı.
İstirahət  evində hər  axşam  maraqlı  filmlər  nümayiş  olunurdu.  Teymur
onları yay klubuna ötürür, sonra sağollaşaraq yoxa çıxırdı.
***
Ona məftun olmamaq mümkün deyildi. Teymurun təkcə zahiri yox,
savad  və görüş  dairəsi  də Mədinəyə maraqlı  gəlirdi.  Vurnuxmaq,  artıq-
əskik  bir  şeyə yol  vermək  ona  xas  deyildi.  Hərəkətləri  həmişə ölçülüb-
biçilmiş olurdu. Bu alicənab oğlan tədricən ürəyinə yol tapsa da, Mədinə
qorxurdu.  Teymur  barəsində fikirləşmək  istəmirdi.  “Olmaz,  qətiyyən
olmaz, uşaqlı qadının buna haqqı çatmır, mən hara, o hara, bu ağlabatan
deyil,”- düşünürdü. Teymurun görüşmək təkliflərini rədd edirdi.
İştə anlaya  bilmədiklərini  istirahət  evində daha  aydın  görür,  daha
yaxşı götür-qoy edirdi. Bura gəlib- gedən çox idi. Qəribəsi də bu idi ki,
Teymurun  istirahət  evinə gəlməsi  ilə hardansa  özünə güvənən,  inanan
qızlar  da  birdən-birə göbələk  təki  çoxalır  və sanki  onun  üçün
marıtlayırdılar.  Mədinə Teymurla  maraqlananların  Bakıda  da  az
olmadığını  görür  və buna  təbii  baxırdı. Əlbəttə,  Teymur  diqqət
mərkəzində olan  adamlardan  idi.  Bir  yandan  da  ki,  subay.  Hansı  qadın
ona ərə getmək  istəməzdi?!  Mədinə də məhz  bundan  ehtiyyat  edirdi.
Əliuşaqlı Mədinəylə müqayisədə bu qızlar daha şanslı, daha inamlı idilər.
Mədinəyə geri  çəkilmək  qalırdı.  O,  bu  qadınların  istehzasına  çevrilmək
istəmirdi. Doğrudur, Rauf Mədinəyə Teymurun öz seçimində qətiyyətli,
israrlı  olmasından  danışırdı.  Mədinənin  buna  şübhəsi  yox  idi.  Rauf
deməsəydi  də Mədinə Teymurun  münasibətinə əmin  idi.  Amma  sevinə
bilmirdi. Kim onun yerinə olsaydı fərəhindən qanad açardı. Mədinəninsə
qanadları  sınmışdı.  Ona  yalnız  və yalnız  ağıllı  olmaq,  geri  çəkilmək


qalırdı.  Sevgi  onu  gözləmədiyi  yerdə yaxalasa  da,  bu  yüksək  duyğulara
təslim ola bilməzdi. Kim bilir, bəlkə bu sevgi elə əlçatmaz olduğu üçün
ona şirin gəlirdi.  Dalğalar təki dənizin arzulanan uzaq sahillərindən, elə
bil, onu durmadan səsləyirdi. Mədinəyə onu qəlbində əzizləmək qalırdı.
Teymur hər gün elçi göndərəcəyindən danışırdı. Elə görünürdü ki,
xoşbəxtlik  lap  bir  addımlıqdadır.  Amma  şübhələr  də əl  çəkmirdi,  içini
gəmirirdi.  Sonunu  görmədiyi  bu  yoldan  uzaq  durmağa  səsləyirdi.  Bu
intuisiya  idimi,  nə idimi  bilmirdi.  Amma  çox  güclü  idi.  Xoşbəxtlik
duyğusunu bir anda dağıdıb yox edirdi.
“Çox  qiymətli  şeylərə əl  dəyməsən  yaxşıdır.  Onların  dəyəri  bəlkə
bunda, toxunmaq istməyindədir. Qiymətli şeylər uzaqdan daha füsünkar,
daha möhtəşəm görünür. Teymurla da beləydi”.
Artıq Teymur da əvvəlki deyildi. O “xoşbəxt”, “parıltılı adam”dan
əsər  yox  idi.  Üzü,  təbəssümü  solmuşdu.  Mədinə onun  kədərli  səsindən
nələrinsə baş verdiyini anlayırdı.
- Bəlkə
bu 
gün 
bir 
yerdə
görüşək, 
Mədinə,
danışmalıyıq, telefonla yox, üz-üzə, - Teymur deyirdi.
- Olmaz, - Mədinə də etiraz edirdi. Səninlə görüşmək, “cangüdənlərin”,
“qarolçuların”  nəzarəti  altında. – Artıq-əskik  danışdığını  başa  düşsə
də,  bunları  Teymura  eşitdirməkdən  razı  idi.  Mədinə özü  də pərt
olmuşdu. Yanaqları alışıb yanırdı. Yaxşı ki, Teymur onu görmürdü.
- Hə,  düzdür, - Teymurun  da  səsi  zəiflədi.  Ancaq  onların  bizə dəxli
yoxdur.  Biz  özümüz  bir  fikrə gəlməliyik.  Mən  çıxış  yolu  tapmışam.
Onu sənə demək istəyirdim. – Yaxşı ayrı vaxta qalsın.
Amma  Teymur  başqa  vaxt  da  heç  nə deyə bilmədi.  Görünür,
danışmaq onun üçün də asan deyildi. Yenə köməyə Rauf gəldi:
- O, valideynlərini razı sala bilmir, - dedi. Sənin valideynlərinin razılığı
ilə səninlə nigaha girmək istəyir.
Qulaqları  bir  anda  səssizliyə qərq  oldu.  Sonra,  elə bil,  çəkiclə
gicgahlarını  döyürdülər.  Deyəsən,  təzyiqi  dəyişirdi.  Belə olacağını  o,
bilirdi.  Bəs  halı  niyə dəyişirdi?!  Yoxsa  “xoşbəxt”liyə azacıq  ümüdi
qəlbindən duman təki hələ silinib çəkilməmişdi?!
“Yox,  o,  Teymurun  ailəsinin  razılığı  olmadan  onunla  nigaha
getməyəcəkdi.”  Gözləri  qarşısındakı  vərəqlərdə nə yazıldığını  seçmirdi.
Gicgahları  danqıldayırdı.  Başından  qopan  ağrıdan  ürəyi  qalxırdı.  Heç
vaxt  bülleten  almasa  da  indi  onsuz  olmayacaqdı.  Uzanmaq, ağrıdan
partlayan başını dəsmalla sıxmaq istəyirdi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə