Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə32/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   28   29   30   31   32   33   34   35   ...   107

9
üçün də qələbə yox, məğlubiyyət izləyir bizi.
Bu adamlarda vətən təəssübkeşliyi
axtarmaq mənasızdır. Onun oğluna belələri rəhbərlik etsə, Orxan çox davam gətirməz.
Bəlkə cəbhədə əsgərlər elə ona görə özlərini vururlar. Belələrinə tabe olmaq, əmrlərini
yerinə yetirmək bədbəxtlikdir.
- Əvəz, hərbçilərimizə bax!
- Görürəm.
- Şübhəsiz!
- Gör səni hara gətirmişəm. Xəcalətimdən ölürəm.
- Özüvü üzmə, bizi bura taksi şoferi gətirib.
- Video da bizi çəkdi.
- Nə olsun. Qaraları, çirkləri bizə çıxmayacaq ki!
- Əvəz, bu adamlarla biz heç vaxt qələbə çala bilmərik.
- Hamı belə deyil, yaxşıları da çoxdur.
- Yaxşıların meyidi gəlir, Əvəz. Burlarsa keflərindədir. Elə bil nə əldən çıxmış
torpaqlar, nə yoxsulluqdan inildəyən xalq onlarınkıdır. Məni qorxu basır, dəhşət bürüyür,
Əvəz! Bir neçə aydan sonra biz oğlumuzu onların arasına göndərəcəyik. Onlara etibar
yoxdur, Əvəz!
Elə bu vaxt oxuyan oğlan qeyd etdi ki, Sveta bu restoranı səhər saat üçə qədər alıb.
Oturanlar tələsməsin. Plov, kofe, ləziz şirniyyatlar, dondurma da olacaq.
- Sabah şənbədir. Onsuz da evdə istidən, ağcaqanaddan yata bilməyəcəyik. Bura
qiyamətdir. Dadlı yeməklər, kondisioner. – Əvəz gülərə sarı çevrildi.
- Yox Orxan gəlib bizi evdə görməz, narahat olar.
- Hə düz deyirsən. Onsuz da yeməyə yer yoxdur, - Əvəz mədəsini sığalladı. –
Məclis də məni yorub, yuxum gəlir.
Durub sağollaşdılar. Məclisi tərk edən ilk qonaqlar idilər.
Ad günü sahibi onları yola salmaq üçün stoldan qalxdı.
Bakı - 1999


Şəhərdə bir gün
(hekayə)
Oğlan ayaq üstə zorla dururdu, sanki yer ayağının altından qaçırdı. Əbdül qolundan
yapışmasaydı,  vaqondaca  yıxılacaqdı.  Uzaqdan onu sərxoş  zənn  etmək  olardı, Əbdülsə
onunla burun-buruna durmuşdu, araq, şərab qoxusu gəlmirdi. Həm də səhər saat səkkiz
ancaq  olardı.  Bu  vaxt  araq,  şərab  içmək  bu  yerlərin  adamlarına  xas  deyildi.  Oğlanın
bütün  vücudu əsirdi,  elə  bil  ona  bərk  soyuq  idi. İfadəli,  solğun  üzü  onun  bərk
yorulduğunu deyirdi.
- Yer verin, - dedi Əbdül.
Adamlar elə bildilər o yeri özü üçün istəyir. Altımış beş yaşı olsa da cavan, qıvraq
görünürdü. Son illərdə kənd havasında yaşamağı da buna az səbəb olmamışdı.
Bakıya yolu az hallarda düşürdü. Köhnədən qalma bir "Jiquli"si vardı, onunla gəlib
gedir,  metro,  avtobus  görmürdü.  Metro Əbdülün  yaddaşında  tələbəlik  illərindəki  təki
qalmışdı.  O  vaxt  metroda  az  adam  olurdu.  Onda  adamlar  indikindən  çox  xoşbəxt
görünürdülər. İndi elə bil bütün dünyanın qəmi-ələmi insanların çöhrəsinə yağmışdı.
Bakıya  sübh  tezdən  yol  avtobusu  ilə  gəlmişdi. Ürəyincə  olmasa  da  çox  vacib  bir
məsələni həll etməliydi. Bunu edə biləcəkdimi?! - İnanmağı gəlmirdi.
Deyəsən oturanlar arasında başa düşən oldu ki, o yeri özü üçün istəmir. Dərhal iki
nəfər qalxdı. Əbdül oğlanı çəkib oturtdu, özü də əyləşdi.
- Necəsən? - soruşdu.
Oğlan,  deyəsən,  bir  qədər  dikəldi.  Özünü  yığışdırdı.  Çox  qürurlu  görünürdü. -
İradəliydi. Halının pis olduğunu boynuna almadı. Zəif, amma, qətiyyətli səslə:
- Sağ olun, - dedi.
"Belə  olsaydı  nə  vardı  ki, - Əbdül  öz-özünə  düşündü.  Yaxşı  olsaydın, -
soruşmazdım ki?! Sən cavansan, amma mən təcrübəli adamam. Görürəm ki, halın yaxşı
olana  oxşamır.  Sənə  görə  üç  dayanacaq  ötürmüşəm.  Çoxdan düşməliydim.  Təki  özünə
gələsən, mən də vicdan əzabı çəkmədən rahat düşüb gedəm."
İstədi  oğlandan  soruşsun  "acsan, ya  yox?".  Amma  belə  adam  aclığını  boynuna
almazdı.  Bəlkə  ürəyi  idi.  Dilə  tutub  dərdini  öyrənmək  istəyirdi.  Oğlansa  danışmırdı.
Əbdül ona pulla yardım edə bilməsə də, yeməkxanaya girə bilərdilər. Elə özü də səhər
evdən ac çıxmışdı.
Oğlan qucağına axdı. "- Havası çatmır", - adamlar vurnuxdular. - "Qapılar aşılanda
düşün", - Əbdülə məsləhət etdilər.
Növbəti  dayanacaq  elə  də  uzun  sürmədi.  Düşdülər.  Əbdülə  əziyyət  vermək
istəməyən daha cavan olanlar oğlanı tutmağa çalışdılar.
- O ölür, - qadınlar  haray-həşir  saldılar. Əbdül  oğlanı ətrafına  toplaşanların
öhdəsinə buraxıb təcili yardım çağırmaq üçün polisə yaxınlaşdı.
Metro  işçiləri,  polis  də  köməyə  gəldi.  Oğlanı  qucaqlarında  metronun  içərisindən
çıxartdılar.  Çıxış  pilləkənlərinə  yaxın  yerdə  uzadıb  özünə  gəlməsi  üçün  üzünə  su
vurdular. Sinəsini, köynəyini islatdılar. Oğlanın gözü yumuluydu.
- Ürəyi dayanıb? - Nə olub ona? - Vay yazıq, - yoldan keçənlər ayaq saxlayıb bir-


2
birindən soruşurdular.
- Bu kişi bilir, - onunladı, - Əbdülü göstərirdilər.
Polis heç bir həyat əlaməti göstərməyən oğlanın cibini axtardı.
- Sənədi olmasa, şəxsiyyətini təyin etmək çətin olacaq, - dedi.
Şalvarının cibindən  qırmızı  üzlü  sovet pasportu  çıxdı. 23  yaşı vardı,  Ağcabədidən
idi.
Əbdül oğlanı pasportdakı adı ilə çağırdı, lap aşağı əyildi. - Oğlan gözlərini acdı, tez
də qapadı.
- Möhkəm  dur, - Əbdül  dedi.  Cavan  adamsan,  ölməyə  hələ  çox  var, - indi  təcili
yardım gələcək.
Adamlardan böyük bir topa yığılmışdı. Hərənin ağzından bir avaz gəlirdi.
- Yəqin şəhərə iş axtarmağa gəlib.
- İndi iş tapmaq olur, şəhərin yarısı işsizdir, - adamlar acından ölür.
- Rayonlarda da iş yoxdur.
- Bəlkə soyub pullarını alıblar, - üzündən fağır adama oxşayır.
Görəsən bu anası ölmüşün burada qohum-əqrəbası var?! - Pulsuz ona xəstəxanada
da baxmayacaqlar.
- İndi heç əsgərlərə qospitalda baxmırlar, onda qalmış adi xəstələr olsun.
Təcili yardım gəlir. - Alın bu pulu qoyun pasportunun arasına, bir cavan qız bütöv
əlli manat uzatdı. - analizlər üçün verər, özünə yeməyə bir şey aldırtdırar.
- Deyirsiniz yəni özünə gələcək?
Əbdül çevrilib bu xeyirxah qıza baxdı. O pullu təsir bağışlamırdı. Köynəyi qısaydı,
göbəyi görünürdü. İndi yəqin belə dəbdir. Əbdülün qadın geyimlərindən başı çıxmırdı.
Oğlanın  köməksizliyinə  gözü  yaşaranlar  da  vardı.  Amma  qızdan  başqa  pul  verən
olmadı.
Təcili yardım gəlib çıxdı. Ağ xalatlı həkim oğlana sarı addımladı. Göz qapaqlarını
araladı. - Yol verin, - dedi, xərək gətirsinlər.
- Ümid var? - Hamı intizarla soruşdu.
- Analizlərsiz, kardioqrammasız bilmək olmaz, - hər halda ürəyi zəif də olsa vurur.
- Qohumları varsa əyləşin, - tibb bacısı bildirdi.
- Heç kəsi yoxdur.
- Bəs bu kişi? - Əbdülü göstərdilər.
- Mən də yoldan keçənəm, - Əbdül bildirdi. - Amma oğlanı tək buraxmaq istəməyib
təcili yardıma sarı addımladı.
Ağ xalatlı kişi:
- Yox  müəllim,  qohumu  deyilsinizsə,  kənara  çəkilin.  Yad  adamı  götürməyə  icazə
vermirlər, - çox quru, laqeyd dedi. Qapını çırpdı. - Oğlan artıq maşının içindəydi.
- Deyin ona pasportunun arasında əlli min var, - qız qışqırdı. - Yoxsa çırpışdırarlar.
- Mən bilirəm, xəstəxanalarda belə şeylər olur.
- Siz gərək gedəydiniz, - Əbdülə dedilər. Yiyəsiz adama baxan deyillər. Heç o əlli
mini də oğlan görməyəcək. Biz bilirik bu həkimləri.
Əbdül  maşının  qapısına  yaxınlaşıb  xəstənin  hansı  xəstəxanaya  aparılması  ilə
maraqlandı. Ağ xalatlı kişi xəstəxananın adını dedi. Bu metroya yaxın yerdəydi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə