Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə31/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   27   28   29   30   31   32   33   34   ...   107

7
stoldakılar isə
onların qonşuları kimi darıxdırıcı təsir bağışlayırdı. Elə bil canlarını
dişlərinə tutub oturmuşdular. Və yedikləri də ləzzətsiz, dadsız. Tamsız idi.
Orkestrdə ən fəal görünən, milliyyətcə rus olan alçaqboy müğənni oğlan, görünür,
muzdla tutulmuşdu. Svetanın iyirmi üç yaşını təmtəraqlı sözlərlə təbrik edir, şəninə
mahnılar oxuyurdular. Məclis video ilə çəkilirdi. Bəzi stollar video çəkəni polis kimi
barmaqla hədələyir, «bura bax, bizi çəkmə» deyirdilər.
Video çəkən indi də Gülərgilin stoluna yaxınlaşdı. Əri ilə oturan qadın qaş-qabaq
sallayıb «Bu tərəfi yox» - dedi. Elə indicə bir şeyi kəşf etdi ki, nəsə bura gələnlərin
baxışlarında bir həqarət oxunur. Adamlar sanki əskik iş tutubmuşlar kimi bir-birlərinin
üzünə dik baxmaq istəmirdilər. Hamı nəzərini qaçırırdı. Elə bil nəsə hamının qəbahətli işi
vardı.
Və heç kəs heç kəsin diqqətini çəkmək istəmirdi.
Məclisə həm də tamadalıq edən müğənni Svetanın şir bürcündən olmasını xüsusi
vurğulayır, bu bürcün səciyyəvi keyfiyyətlərini sadalayırdı.
- Bunun əri hansıdı, - nəhayət Gülər dözə bilməyib yanaşı oturan qadından soruşdu.
_ Əri?! – Qadın dodaqaltı kinayə ilə mızıldadı. – Onun əri var? Ərli arvad belə qələt
eləyər. Sonra təəccüb edirmiş kimi: - Siz məgər onu tanımırsınız? – soruşdu.
Gülər «yox» deməyə utandı. Odur ki, dinmədi. Yenə gələnlər vardı. Yavaş-yavaş
boş stollar dolurdu. Hamısı da kişi idi. Və iyirmiyə yaxın mundirli adam gəldi.
Gül dəstələrinin sayı artsa da çiçəklərə baxan yox idi. Və bu gözəl güllər səhərəcən
stolun üstündə tərpənməyəcəklərini sanki bildiklərindən rəngi qaçmışdı.
Burada hamını ev adamı kimi tanıyan deyəsən Svetaydı. Bir-bir stollara yaxınlaşır,
hamı ilə öpüşür, gah bu, gah da o biri kişinin yanında əyləşərək boş qədəhlərdən birinə
özü üçün araq tökür, bir əlində tüstülənən siqaret, bir əlində piyalə onları arxadan
qucaqlayaraq qulaqlarına nəsə pıçıldayıb qəhqəhə çəkirdi.
- Mən belə başa düşürəm, siz, deyəsən bu ad gününə gəldiyiniz qadının kim
olduğunu bilmirsiniz.
- Yanındakı qadın Gülərə mülayimcəsinə üz tutdu və soruşmaq yox, anlatmaq istədi.
Gülər hiss etdi ki, üzü, boynu-boğazı qızarır. Sveta onun cəmi üç ay tələbəsi
olmuşdu. Vaxtında gəlib-gedirdi. Dili də babat öyrənirdi. Dərs vaxtı söhbət etmirdilər.
Vaxt qurtaran kimi də sağollaşıb gedirdi.
- Bu kazaçka, azərbaycanlı adı ilə Dubay mehmanxanalarında vaxt keçirənlərdəndir.
- Nə? – Gülər başa düşmədiyindən təkrar soruşdu. Sveta qadının Gülərə sarı
əyildiyini sezmişdi. Özünü elə göstərsə də ki, guya qucaqladığı növbəti kişinin qulağına
nəsə vacib söz deyir, amma içdiyi qədəhlərə baxmayaraq qaz təki ayıq təsir bağışlayırdı
və əlindən düşməyən siqaretini boyalı dodaqları arasında sıxaraq onlara baxırdı, elə bil nə
danışdıqlarını eşidirdi.
Gülər həyəcanını gizlətməyə çalışsa da pərtliyi üzünə vurmuşdu. Səhərdən Sveta ilə
əri, özü barədə necə danışacağını götür-qoy edirdi. Bir onları Dubay institutlarından
birinə düzəltdirə bilsəydi..
Bu qadın nə danışır…Belə çıxır ki, Gülər lap uşaq kimi sadəlövhdü. Bu nə
biabırçılıqdı. Hələ Əvəzi də dartıb gətirib.
Məclisdəki kişilərin çoxunun ciddi üzü vardı. Təkliklə bu qadınla əylənənə
oxşamırdılar. Amma ad gününə gəlmişdilər. Maraqlı idi, onları bu qadına nə bağlayırdı.
Sveta indi də onlara sarı gəlirdi. Boş stul tapıb Əvəzlə onun arasında oturdu.
- Bu kişilərin bəzisi gömrük işçisidir, bəzisi Qarabağ döyüşçüləridir, burda polis,
başqa vəzifəli adamlar da var, - dedi. – Bir əli ilə Əvəzi, bir əli ilə də Güləri arxadan
qucaqladı.


8
- Darıxmırsınız? – soruşdu. Azərbaycanca bir-iki söz bilirdi, - ancaq danışmaq üçün
bu bəs etmirdi. Onun üçün də tez rus dilinə keçdi. Əvəzin qədəhinə araq tökdü. Gülərin
boş nimçəsinə paştet qoydu. – Yeyin, - dedi. – Bu nədir, siz heç nəyə əl vurmamısınız. –
Gülər xanım, çox şadam ki, sizin kimi mədəni adamlar mənim təklifimi qəbul etmisiniz,
ərinizə də, özünüzə də minnətdaram.
Şitliyindən də qalmırdı. Əlini Əvəzin əlinin üstünə qoydu: - Məni rəqsə dəvət
etsəniz, lap qiyamət olardı.
Əvəz əmin-arxayın yemək-içməyindəydi. Qonşu stoldakıların istehzalı baxışları da
onun eyninə deyildi. Stolun üstündə bir qəlyanaltı yox idi ki, dadmasın. Əlini Svetanın
əlinin altından çəkərək ədəblə:
- Yox, xanım, mən oynamaqla yoxam, - dedi. – Ayrı adam axtarın. Əminəm ki,
burda oturan cavanlar sizin sözünüzü yerə salmazlar.
Sveta özünü sındırmayıb Gülərə üz tutdu:- Mən bir xeyli Bakıda olacağam, Yenə dil
öyrənmək üçün yanınıza gələcəyəm.
- Elə bilirdim ərin də ad günündə iştirak edəcək. Ancaq bu adamların arasında
gözümə ərəb dəymir.
- Gülər fürsətdən istifadə edib soruşdu.
- Ər yoxdur, - barmaqları arasında saxladığı siqaretdən qullab vurdu.
- Bunu söndür, - Gülər əli ilə tüstünü qovdu. - Mən xoşlamıram.
Sveta siqareti söndürmək üçün külqabını qabağına çəkdi. Başa düşdü ki, Gülərə
əməlli-başlı izahat verməlidir.
- Bu ad gününü mən özüm qeyd edirəm. Mən özüm Xeyli pul edir, düzdür,
haradandır? Dubaya gedirəm. – Sərxoşluğu hiss olunurdu. – Yollarda durub şəxsi
maşınlara əl edirəm. – Orada kişilər buna çox pul verirlər, - yaşıllarla.
Əvəz deyəndə ki, ondan gözüm su içmir, Gülər az qalmışdı kişini «öldürsün». Necə
də hiss eləyib. Gör ey, üç ayda hər həftə bu üzə baxıb amma bu qadının kim olduğunu
başa düşməyib.
Sveta heç utanmırdı. Nəzakətlə, açıq danışırdı:
- O pulları tək özüm xərcləmirəm. Xərcləmək olmur. Gördüyün bu adamlar hərəsi
bir yolla tutub əlimdən alır. Biri gömrükdə soyur, biri polis məntəqəsində, bir başqası
tamam dolayı yolla. Hərə bir yerdə yaxalayıb payını istəyir. Elə ki, ciblərinə bir şey
qoydun, əl çəkirlər.
- Mən həm də böyük bir adamın məşuqəsiyəm. Hərbçilər onun tərəfindən gəliblər.
Özü gəlməyib, yerinə bunları göndərib. Məni elə tərifləyirlər elə bil huri-mələyəm. Çünki
o tapşırıb. Əslində hamısı yaşıllara və «şöhrətimə» görədir.
- Stolunuzda oturan bu qadının özünü dartmasına, lovğa-lovğa oturmasına
baxmayın, - lap pıçıltıya keçdi. – Əri gömrük işçisidir. Məndən xeyli pul qoparıb Sizin
kimi dallarınca taksi göndərməmişəm. Ağızucu dəvətimlə gəliblər.
Dərhal da təkəbbürlü qadına sarı çevrilib ərinin kürəyini sığalladı.
- Səni görməyimə çox şadam Cəmaləddin, - dedi. – Arvadına de, yemək-içməkdən
qorxmasın. Ərzaqlar ekoloji baxımdan tər-təmizdir. Haqq-hesabı da vermişəm –
siqaretini yandırıb gözlərini süzə-süzə rəfiqələrinə sarı getdi.
- Kefini pozma, - bütün söhbətləri eşidən əri onun nimçəsinə kabab qoydu. – Quzu
ətindəndir, çox dadlıdır, ye, - dedi.
Gülərin gözü hərbçilərdə idi. Elə bilirdi elin dərdini onların yorğun üzlərində,
kədərli gözlərində oxuyacaq. Yanılırdı. Yorğun görünmürdülər, kədərli də deyildilər.
Yoxsa döyüşlərin bu şıdırğı vaxtında buralarda nə gəzirdilər. Araq vurur, xoruzlanırdılar.
Gör cəbhəni kimlərə tapşırıblar. Ağıllı, qeyrətli oğlanlarla bunlarınkı tutmaz. Elə onun


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə