Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə29/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   25   26   27   28   29   30   31   32   ...   107

3
- Kimdir bu? – Əvəz qapıya getdi.
- Qadam alım bu uşağa əl tut, atasızdır, bir nəzir ver. – Qadın səsiydi.
- Sağ ol, cibin dolu olsun.
Gülər başa düşdü ki, Əvəz arvada nəsə verdi. Nə verdi görəsən? Yəqin yol pulusunu
verib. Mənə nə. – Gülər hirslənsə də əhəmiyyət vermək istəmədi. – Özü bilər, işə piyada
gedər.
Təzəcə mürgüləmişdi ki, yenə qapını döyəclədilər. Yenə qapını Əvəz açmalı oldu.
- Dayı, nəzir yığıram.
- Nəziriniz var? – Əvəz üzünü evə tutub soruşdu.
- Denən yoxumuzdur, vəssalam. – Gülər hirslənərək bərkdən, qapıda duranın
eşidəcəyi səslə dedi. Belə görürəm bir azdan bütün şəhər nəzir yığacaq.
Əvəzin səsi gəlmədi, ancaq bağlandı. Şəhərdə nə qədər dilənçi, nə qədər nəzir yığan
olar, allah!. Bir gündə qapı on dəfə döyülür. Köhnə pal-paltar da istəmirlər. Adamın
üzünə dimdik, qıpqırmızı dayanıb «pul ver» deyirlər.
Əvəz kabinetinə keçdi. Gülər hamamxanaya girib suyu yoxladı. Gur gəlməsə də, hər
halda damcı-damcı tökülürdü. Belə ki, kranın altına qoyduğu boş vedrəni doldurmuşdu.
Gülər qətfəni götürüb, Əvəz xəbər tutub işlətməmiş bu su ilə yaxalanmaq, sərinlənmək
istədi.
İndi də zəngi basırdılar. Gülərdən hay çıxmadığını görən Əvəz qapını açmalı oldu.
- Ay qardaş, qurbanın olum axırıncı qatığım qalıb. Sən allah, bunu al, mən də çıxıb
gedim evimə, balonunu çox ucuz satıram.
Nə qətiyyətsiz kişidir, - Gülər sabunlana-sabunlana düşünürdü. Belə də yuxaürək
adam olar. İndi deyəcək Gülər, gəl, bu qatığı al.
- Yox bacı, lazım deyil, arvad səhər alıb. – qapını bağladı.
«Bax, belə yavaş-yavaş ağıllanırsan» - soyuq sudan bədənində təravət duyan Gülər
mətbəxə keçib bir iş görmək istədi.
Yenə zəng basıldı. Gülər bir qədər gözlədi. Əvəz qapıya çıxmadı. Özü açdı:
- Bacı, xlor, mebel yağı, tarakan dərmanı satıram, - cavan bir oğlan idi.
- Lazım deyil.
-Bacı, bəlkə alasan, xlor nədir, işlədəcəksən gedəcək.
Oğlandan xlor iyi gəlirdi. Saralmış zənbilində dib-dibə qoyulmuş bidonlar dolu idi.
Günün istisində İtin itliyi ilə kölgə axtaran vaxtında bunların alınıb alınmayacağını
bilmədən həyətləri gəzmək, bu blokdan o bloka keçib pilləkənlərlə yuxarı mərtəbələrə
çıxmağın özü cəhənnəm əzabıydı.
Oğlanın qan sağılmış gözlərindən, tüklü üzündən, pırtlaşıq saçlarından tər
tökülürdü. Əllərinin, barmaqlarının dərisi xlordan yanıb saralmışdı.
Gülərin heç nə almayacağını görüb qonşunun zəngini basdı. Həyətdən qazan,
klyonka, nəlbəki, süpürgə, yumurta satanların səsi gəlirdi.
İlahi, bu nə yaşamaqdır! Bu adamlar üçün iş qəhət olub. Ailəni dolandırmaq
cəhənnəm əzabına çevrilib. Adamın ürəyi parçalanır.
Qapıda qonşunun oğlu Samir göründü:
- Gülər xanım, Əvəz müəllimin qəzetlərini gətirmişəm.
- Çox sağ ol, elə bir az var soruşurdu, - Əvəzi səslədi.
Səs-səmir gəlmədi. Deyəsən kişini yuxu aparmışdı. Qəzetləri özü götürdü. Onuncu
qəzet idi gözdən keçirirdi, hələ ciddi yazıya rast gəlməmişdi. Dedi-qodu, qeybət, yalan
vədlər, gərəksiz şəkillər. Hamı siyasətçi, hamı millət qəhrəmanı, əttökən elanlar, ürək
bulandıran kriminal hadisələr. Kimi cins it satır, kimi siyam pişiyi. Pulu olan hər bir


4
adam kitab müəllifi olur, özü haqqında tərifli məqalələr yazdırır. On altı yaşında qız ər
axtarır, iyirmi bir yaşında oğlan vaxt keçirmək üçün qırx beş yaşında qadın.
Dayaz, məhdud düşüncəli mügənnilər ucuz, duzsuz müsahibələr verir, hansı yeməyi
sevirlər, saçlarını nə rəngdə boyayırlar, neçə dəfə evlənib boşanıblar, ərə gedib çıxıblar.
Sonra da deyirlər gənc nəslin tərbiyəsinə xüsusi fikir vermək lazımdır. Uşaqlara
vətənpərvərlik hissi aşılanmalıdır. Asif yadına düşdü. Bu iyirmi üç yaşlı oğlan böyük
arzularla yaşayırdı. Axırıncı dəfə onu küçədə anası ilə görəndə Asif demişdi:  «Gülər
müəllimə, biz ölməmişik ki, torpaqlarımız erməni tapdağında qalsın. Gedirəm cəbhəyə».
Yazıq ana, indi bu itkiyə necə dözsün. Dost-tanış dözə bilmir, onda qalmış ana
olsun. Müharibə ölüm-itim deməkdir. Ona görə hamı müharibədən qorxur. Torpağı xilas
etmək balaca məsələ deyil. Ölən də olacaq, qalan da.
Məsələ düşmənin qabağında
cəsurcasına durmaq, onun zəhrini yarmaqdır. İgid əliboş geri çəkilməz. Amma mərdləri
qovub namərd eləyirlər. Torpaqlar qaytarılmaq əvəzinə igidlərin sayı
gündən-günə
azalır. Düşünəndə adamın başından tüstü çıxır.
Bu nə sual idi, Orxan o gün atasına verirdi: - «Ata, özümüzkülər özümüzküləri qıra
bilər?!» - Əvəz də deyəsən dedi ki, yox belə ola bilməz. Kimsə orduya böhtan atır. –
Axı, kim atır. Olmayan əhvalatı kim uydurur. Niyə uydurur. Bu kimin üçün sərfəlidir.
Niyə bu sözlərə
mərd kişilərimizi bədnam edirlər. Hər şey nə qədər anlaşılmaz,
qaranlıqdı.
Xəstəxanalar doludur. Kimi yarasından yatır, kimi keyfiyyətsiz yeməklərdən,
iylənmiş sular içməkdən. Uşaqları əsgərlikdə bir qarın ac, bir qarın tox saxlayırlar.
Aylarla çimmədiklərindən
onları
bit-sirkə, qoturluq basır. Qarın yatalağı, vərəm,
cürbəcür xəstəliklərə tutulurlar. Kim istəyər uşağını sağlam verib xəstə alsın. Sonra da
deyirlər bizim əsgərlər pis vuruşur. Ac, xəstə əsgər necə döyüşə bilər, axı?
Telefonun zəngi elə səsləndi ki, dik atıldı. Danışanın səsini eşidəndə Gülərin elə bil
çiçəyi çırtladı.
- Xoş gəlmisən, çox sağ ol… Nə dedin, rojdenin bu axşam, - səsi öləzidi. Baxaram.
Bir az tez desəydin. Kişi ilə gəlim. – Söz vermirəm, kişinin gedəsi yeri var. Mən tək, yox,
oğlan evdə yoxdur.
- Səsin götürüb evi başına. – Əvəz kabinetindən dilləndi. Kimdir bu, belə sevincək
oldun?
- Martda yanıma ingilis dili öyrənməyə gələn qazax qızıdı. Neçə aydı yoxa çıxmışdı.
Deyirdi Dubaya gedəcəyəm. – Əri ərəbdir. İndi qayıdıb. Bu gün ad günüdür, məni də
çağırır. Hədiyyəyə görə birtəhərəm, yoxsa gedərdim.
Əvəzin gözləri qəzetləri almışdı, çətin ki, arvadına qulaq asaydı. Gülər bərk
həyəcanlanmışdı. Görən bu fikir niyə indiyə qədər ağlına gəlməyib… Qarabağda
müharibə, ölkə xarici investorlardan asılı vəziyyətdə. Oturub nə gözləyirlər. Qaçqınlar,
köçkünlər əlindən şəhərdə addım atmaq olmur. İş qəhət, ingilis dilini bilməsəydi indi
yeməyə badımcan da tapmazdılar. Daha ölkədə yaşamaq olmur. İmkanlıların çoxu elə
onun üçün xaricə qaçır. Qəzetləri oxuyanda adamı qorxu basır. Bilmirsən kimə inanasan.
Bu onun ayağını dartır, o bunun, hamısı əliəyri, rüşvətxor. Hərə bir yolla özünə ad
qazandırır. Yoxsulluq da bir yandan məzlum təbəqəni xəstəlik kimi boğazlayıb. Oturub
nəyə ümid edəsən?
Bu qazax qızı necə diribaşdı. Almaatada doğulasan, az yaşında gedib Moskvaya
çıxasan, xariciyə ərə gedəsən. İndi də gah Bakıda lövbər salır, gah Dubayda. Dövrün
dilini necə gözəl bilir. Biz avtobusa minməyə pul tapmırıq, o, xarici markalı maşında
gəzir. Şoferi var. Hələ martda Bakıda sauna, aerobika zalı tikdirmək istəyirdi. Yəqin ərəb
əri əl tutur. Adam var belə tanışlar axtarır. Xaricə getmək üçün əl yeri edir. Gülər nə


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə