Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə27/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   23   24   25   26   27   28   29   30   ...   107

məsələdə sinif  yoldaşlarından fərqli olaraq Zoyanı qınamırdı. Müqəssir
onun  valideynlərini  bilirdi. Qızlarının  taleyində günahkar  onlar  idilər.
Atası Boris daima sərxoş olurdu. Onu evlərinə sürüyə-sürüyə aparırdılar.
Anası  Marqo  maşınlarda  gəzirdi.  Dodaq  boyası,  uzun  dırnaqları,
siqaretdən  saralmış  aralı, əyri  dişləri  adamda  ikrah  doğururdu.  Amma
Zoya yenə də buna görə Teymurun yadında qalmamışdı.
Bir  dəfə tənəffüsdə lövhənin  qabağında  sinif  yoldaşları  Nazımlə
Albertin  yumruq  davasına  çıxdığını  gördülər.  Mübahisə Stepanakert  və
Xankəndi  sözünün  üstündə düşmüşdü.  Nazimin  babası  Şuşadan  olduğu
üçün  o,  Stepanakert  adının  sonradan  qoyulduğunu  deyirdi.  Albert  də
onun  ağzını əyirdi:  “Xankəndi,  yox  bir  nə kəndi.  Qarabağda  belə ad
yoxdur. Mənim orada çoxlu qohumlarım var. Belə ad eşitməyiblər.”
Nazimə deyirdi:  “Get    SSRİ  tarixini  yaxşı-yaxşı  oxu,  onu
bilmirsən”. Nazim  də yumruğunu  onun  burnunun  üstünə ilişdirdi:
“  Mənə SSRİ  tarixi  lazım  deyil, - dedi.  Mən  öz  tariximi,  kəndlərimizin
adını çox yaxşı bilirəm”
Birdən hardansa Zoya çıxdı. Özünü onların arasına atıb : “ Kəsin”,
- dedi.  “Xankəndi”  və ya  “Stepanakert”, - biz  ruslar  üçün  bunun  fərqi
yoxdur. – Divara  vurulmuş  böyük  xəritəni  göstərdi  “  Bax,  hamınız
Rusiyanın tərkibindəsiz, onun ərazisi sayılırsız. Moskva necə istəyir, elə
də ad  qoyur.  Siz  ruslara  tabesiz.  İnqilabı  biz  etmişik.  Adları  da  biz
deyirik”.
Zoyanın  bu  sözlərinə hamı,  o  cümlədən,  Teymur  da  mat  qaldı.
Balaca, arıq, cılız vücudundan belə çıxış gözləmirdilər. Zoya rəhbər kimi
danışırdı. Amma bütün bunlar keçmişdə olduğu üçün Teymur fikirlərini
bərkdən demək istəmədi.
- Məni  soraqlayıb  işimə gəlmişdi, - Rauf  söhbətini  davam  etdirdi. –
Rusiyaya getmək üçün pul istəyirdi. Bakıdakı evini satmışdı. Anası da
pulları  götürüb  qaçmışdı.  Deyirdi  ki,  evsiz  qalıb.  Atası  da  içkidən
ölmüşdü.  Bakıda, əsgər  getməsin  deyə oğlunu  qeydiyyatdan  çıxarıb
Rusiyaya  ata  nənəsinin  yanına  yola  salıbmış.  Deyirdi:  “kaş
göndərməyədim, İqor orada əsgərlikdə elə öz ruslarım öldürdülər”.
- Çox yazıq gündə idi. Ürəyim yandı. Təkcə yolpulu yox, bir aylıq cib
xərci də verdim. – Görəydin əllərimi necə öpürdü.
- Mənsə Paris  restoranlarının  birində ailəvi  şam  edərkən  Emma
Qukasyanı görmüşəm, - Teymur bildirdi.


- Emmanı... – Oxumaq üçün  mənə “Samvel” kitabını  gətirən o erməni
qızını! – O  yaman  bic  idi! – Rauf  başını  yellədi: -Bir  də gördüm
partamın üstünə qalın bir kitab atdılar. Baxdım, gördüm müəllif tanış
gəlmir. “Bu nədir?” – soruşdum. “- Rauf sən bunu oxumalısan. Apar
evdə oxu.  Bir  neçə günlüyə verirəm. – Gör  sizin  türklər  bizim
ermənilərə nə divan  tutublar”.  “Bunu  kim  deyir”-mən  də səsimi
qaldırdım:  “Götür  apar,  mən  belə kitabları  oxumuram”, - dedim. –
Əslində elə çaşmışdım, heç bilmirdim ona nə cavab verim.
- Onlar  elə o  vaxt  bizim əleyhimizə həm  daxildə,  həm  də xaricdə iş
görürdülər. Bizsə sadəlövh idik, başa düşmürdük, - Teymur bildirdi. -
Onaların beynində, ürəyində nə olduğundan xəbərsiz idik.
- O,  Bakıda  tibb  institutunun  cərrahlıq  şöbəsini  qurtardı, - Rauf  dedi.
İnstituta  girmək  üçün  birinci  il  Ermənistana  getdi.  Amma  girə
bilməyib qayıtdı. Mən onu küçədə gördüm. Dedi ki, Yerevanda ondan
pul istəyiblər. Bakıda isə pulsuz daxil olmuşdu.
- Ata, üzr  istəyirəm,  qarışdığım  üçün, - görürəm,  siz  o  vaxtlar  bu
adamlara tutarlı cavablar verə bilməmisiz, - Rüfət dözməyib bildirdi.
- O  vaxt  belə problemləri  ağartmaq  mümkün  deyildi, - Raufun  yerinə
Teymur  cavab  verdi.  Biz  xalqların  qardaşlığını,  dostluğunu  mühüm
hesab  edirdik.  İçimizdə xainlik  yox  idi.  Sovetlər  birliyinə inanırdıq.
Ermənilərin ərazilərimizə göz dikmələri ağlımıza gəlmirdi. Bu xalqın
saflığından, böyüklüyündən irəli gəlirdi.
- Amma onlar həmişə sizə kələk gəliblər, dayı.
- Hə, bu belədir.
- Emma ilə nə danışdız? – Rauf maraqlandı.
- “Burada  nə edirsən,  Teymur?” – soruşdu.  “  Yaşayıram”, - dedim.
“Sən  nə edirsən?” – Elə-belə soruşdum. – Nədənsə,  elə mənim  də
sənin  dediyin  o  “Samvel”  kitabı  yadıma  düşdü.  Özümdən  asılı
olmadan  yarı  zarafat,  yarı  ciddi:  “Yoxsa  Zori  Balayanın  kitabını
Parisdə paylamağa  gətirmisəm,” – dedim. – O,  bunu  gözləmirdi.
Boyalı  gözlərini  süzdürə-süzdürə yaxınlıqdakı  stolda  oturan  kişinin
yanına keçdi. Patrisiya da rus dilini bilmədiyi üçün sual dolu nəzərlə
mənə baxırdı ki, “ bu kimdir?” Mən də qəsdən bərkdən fransızca:”Sən
Azərbaycanı, Bakını görmüsən də, Patrisiya”, - dedim.
“ Ora çox gözəldir, çox gözəldir, yeməkləri də dadlıdır”, - uşaqlar
ucadan  hay-küylə qışqırdılar.  “Bax,  gözəl  olduğu  üçün  də bu  iki  nəfər


kimi  çoxlu  xainlər,  Emma  ilə kişini  göstərdim,  torpaqlarımızı  almaq
istəyirlər”, - dedim.
Mənə ləzzət  edən  bu  oldu  ki,  Etibarla  Cəmilə:  “Yoox!  Vermərik,
vermərik!  Olmaz!” – sözlərini,  nə üçünsə,  azərbaycanca  hündürdən
dedilər.
Emma da, kişi də çevrildi. Əmin idim ki, onlar bu sözləri eşitdilər.
Kişini deyə bilmərəm, Emma azərbaycanca bilirdi. Çox pərt görünürdü.
Etibarla Cəmiləyə elə heyrətlə baxırdı ki!
- Gör aaa ! Gedib Parisə çıxıb, - Nərgiz eyhamla dilləndi.
- Onlar  hara  istəyirsən  gedib  çıxırlar,  özü  də qondarma  göz  yaşlarıyla,
bizdən  şikayət  edə-edə, - Rüfət  dilləndi. -Buna  deyirlər,  qara  məni
basınca mən qaranı basım.
Təyyarəyə minik  başlamışdı.  Birdən-birə Teymura  elə gəldi  ki,  o,
heç Bakıdan çıxmayıb. Həmişə burada yaşayıb. – Xatirələr o qədər canlı
idi ki!
Söhbətin  bu  məcraya  yönəlməsi  bacısının  üzündəki  kədəri  də
silmişdi. Bu yaxşı hal idi. Bir azdan trapa qalxacaqdı.
- Arxayın ol, dayı, - torpaqlarımızı alacağıq, onda bilinəcək Qarabağın
əsl yiyəsi kimdir! – Rüfət onunla bu sözlərlə sağollaşdı.
Çox- çox  keçmişdə olduğu  kimi  yenə üllüminatordan  doğma
təyyarə limanını seyr edirdi. Amma indi o, ayrı Bakıdan havaya qalxırdı.
Müstəqil Azərbaycandan. Çox qədim, möhtəşəm bir şəhərdən uçurdu...
Bakı, 2012


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə