Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə28/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   24   25   26   27   28   29   30   31   ...   107

1
Dubay qadını
(hekayə)
- Yenə badımcan yeyəcəyik?
Divanda uzanılı halda mürgüləyən Gülər ərinin səsini eşidib gözlərini açdı. Yayın
sonuncu ayı idi, yer-göy sanki yanırdı. Səksəkəli yatan Gülər gündüzlər bu divana uzanıb
olub-qalan yuxusunu alırdı. İki həftədən sonra yenə işə çıxacaqdı. Bu yayda elə keçən il
kimi mənasız qorxu və təşvişin içində keçirdi. Şəhərə çıxa bilmirdi. Hər yanda şəhid
çadırları…Pulsuzluqda bir yandan qanını qaraldırdı. Nə dəniz kənarına gedə bilirdilər, nə
rayona qohum-əqrəba evinə. Belə yaşamaqdan zəhləsi tökülmüşdü.
- Sən deyəsən badımcan qızartmaqdan başqa heç nə bacarmırsan? – əri Əvəz
deyinirdi.
Gülər dinmirdi. Günortanın istisi onu elə karıxdırmışdı ki, danışmağa heyi yox idi.
Həm də nə deməliydi, axı! Deyəcəyi sözü əri ondan çox eşitmişdi. Bir də yazıq əri aldığı
məvacibi son qəpiyinədək evə gətirirdi. Ancaq məvacib məvacib idi ki?!
Əvəz əvvəl istədi heç nə yemədən öz otağına keçsin. Çünki badımcandan ürəyi
qalxırdı. Amma elə səhər də evdən ac çıxmışdı. Stolun üstündə həmişə olduğu kimi bir
şirin çay idi, bir də şit yağ. Yağın da adı şit idi. Tərkibinə nə qatmışdılarsa yağ tamı
vermirdi. Bu yağdan da Əvəzin ürəyi bulanırdı. Pendir də od qiymətinə olduğu üçün
arvadı hərdənbir alırdı. Bu yaşda kişinin yeməkdən şikayətlənməsi gülünc idi.
Çox danışsa, arvadı onu borclu çıxaracaqdı. Deyəcəkdi adını alim qoymusan,
cibində siçanlar oynayır. Aldığın pul siqaretinə, yola ancaq bəs edir. Camaatın kişiləri
ofis açır, üç otağını beş edir. Arvadları qulluqçu saxlayır. Sənsə işə getməyinlə evə
qayıtmağın bir olur. Gəlib uzanırsan divana. Kalonkun işləmir, kranları pas atıb.
Oboyların yerə gəlir. Evi bir az səliqəli göstərən mənim gəlin gələndə gətirdiyim cer-
cehizdir. Əvvəllər heç olmasa üzün gülürdü, ümidlə yaşayırdın. Dostların  gəlirdi, sən
onlara gedirdin. Fikrinizi bölüşürdünüz, mübahisə edirdiniz. İndi boğulmuş adama
oxşayırsan. Həvəsin qalmayıb. Əlvida, elm. Deyirsən ədəbiyyatçı deyiləm kitablardan,
məxəzlərdən nəsə yazım. Kimya alimiyəm. İşləmək üçün mənə laboratoriya, müxtəlif
aparatlar, avadanlıqlar lazımdır. Dünya alimləri ilə görüşlər, elmi söhbətlər lazımdır.
Mən buradan Buzovnaya gedə bilmirəm, onda qalmış xarici ölkə olsun.
Amma Gülərdən səs çıxmadı. Əvəz deyəsən bundan çox xoşlandı.
- Ət aldın? – Gülər soruşdu. Əvəz indi xatırladı ki, səhər arvadı evdən çıxanda pul
qoyub demişdi ət al, pomidor, bibər dolması bişirəcəyəm.
Gülər bir də soruşdu. Əvəz:
- Yox, - mızıldadı.
- Necə yəni yox, - durub mətbəxə gəldi. İndi axşam nə yeyəcəksiniz?
- Budur ey, xiyar, pomidor salatı. Ayranın yaman dadlıdır, - Əvəz fincandakı üstünə
göyərti doğranmış ayranı başına çəkib arvadını başından eləmək üçün dil-ağız eləmək
istədi.
- Mən bilirdim sən evə əliboş dönəcəksən. Özün deyirsən ki, institutda iş yoxdur.
Elə sənin kimi avara alimlər gedib qol çəkib gəlirsiniz. Nə bilim qalıb şahmat
oynayırsınız. Səhər doqquzda getmisən, günorta ikidir artıq evdəsən. Divanda uzanıb
pişik kimi yatacaqsan. Hələ narazısan da ki, hökümət sənə az pul verir. İşləməyən adama
bunu verir, böyük şeydi.
- Yaxşı pulu bəri ver, düşüb aşağıdan özüm alaram.


2
- Pul yoxdur. Əvəz çəngəllə qaldırdığı badımcanı ağzına apardı.
- Zarafatı qurtar, ayın axırına çox az pulumuz qalıb. Bunu borc eləmişəm.
- Zarafat-zad eləmirəm, - pulu verdim Orxana. Dostları ilə dənizə getmək istəyirdi.
Elə yol pulu, dondurma pulu ancaq eləyər.
Gülər istədi desin bu nə oyundu ata-bala çıxarırsınız. Sabah yeməyə heç nə
tapmayanda deyərəm sizə. Dərdinizi çəkməkdən çərləmişəm. Sən başı dolu, cibi boş
alimsən, o da instituta girə bilməyən avara. Payızda tutub əsgər aparacaqlar. Əsgər deyən
kimi yadına yas çadırları düşdü. Ürəyi sıxıldı. İlahi, bir oğlu var, gözünün ağı-qarası, onu
cəbhəyə, odun-alovun içinə yola salmalıdır.
- Evdə oturmaqdan dilxordur. Qoy bir az eyni açılsın. Dustaq-zad deyil ki, dörd
divar arasında saxlayaraq, - oğlunun tərəfini saxlayan Əvəz salatı qabağına çəkdi. Gülərin
deyinməsindən yaxa qurtarmaqdan ötrü badımcanları elə iştahla ötürürdü ki, deyərdin.
Ən arzuladığı yeməklərdəndir. Fağırlıq yağan üzü adamda mərhəmət doğururdu.
- İndi ki, belə oldu onda axşama kartof soyutmasından başqa heç nəyimiz
olmayacaq. – Gülər bildirdi, otağa keçib divana uzandı.
Əslində kişini danlamaqdan nə çıxacaqdı. O gün qəzetdə oxumuşdu ki, hansı elmlər
namizədisə intihar edib. Allah eləməmiş birdən Əvəz də bu fikrə düşər. İyirmi beş  yaşı
yoxdu ki, həyata təzədən atılsın, yaşayışının dövrün tələblərinə uyğun qursun.
Gecələr kabinetində oxumaqla özünü məşğul göstərsə də Gülər ərinin xiffət
elədiyini bilirdi. Elmi axtarışları yarımçıq qalmışdı. Ciddi bir iş görmək üçün də pul
lazım idi. Onun kimi nə qədər alim acınacaqlı vəziyyətə düşmüşdü. Gülər qonşulardan
eşidirdi ki, Əvəz iş axtarır. Kişi lap fəhləliyə razı idi. Oğlu da bu gündəydi. Tibb
institutuna girə bilməmişdi. Başqa fakültəni də istəmirdi. Karına gələr deyə məktəb
proqramından əlavə ingilis dilini ona öyrətmişdi. Bunun da ailəyə çox xeyri dəymişdi.
Yaşının az olması da Orxanın əlindən tuturdu. O ucuz tərcüməçi axtaran xariciləri
şəhərdə gəzdirərək gidlik edirdi. Aldığı yaşıl pulları bizimkinə çevirəndə xeyli olurdu ki,
oğlu bunu özünə yox, ata-anasına xərcləyirdi. Atasının əyninə dar olan, rəngi solmuş
kostyumunu çıxartdırıb təzəsini almışdı. Anasının dərisi partlamış, dabanı getmiş tuflisini
də atdırmışdı. Oğlunun böyük qəlb yiyəsi olduğunu düşünən Gülər fəxr etmək əvəzinə
kədərlənirdi. Bu ürəklə, bu qəlblə o, çox iş görə bilər! Amma onun qəlbini, ürəyini görən
tapılacaqdımı?! İsti ana qucağından çıxıb soyuq səngərə düşəcək balası kim bilir hansı
ürəksiz komandirin əmrlərini icra etməli olacaqdı. Qonşu Mahirənin oğlu Asifin
cəbhədən evə yazdığı yeganə məktub oradakı anlaşılmaz mövqelərdən idi. Heç kəsdən
şikayətlənməyən Asifin məktubunda komandirlərdən sətiraltı narazılıq hiss olunurdu.
Asif:  «Burada intizam biz zənn etdiyimiz təki deyil» - yazmışdı. Nə demək istəyirdi
bilinmirdi. Amma heç beş ay vuruşmadı meyidi gəldi. Allah, uzaq elə!
Orxanın cəbhəyə gedəcəyini düşünəndə belə-belə hadisələri yada salan Gülər özünə
yer tapmırdı.
- Samir qəzetləri gətirib? – Əvəz soruşdu.
- Yox, bizə borcu yoxdu ki?
- Köhnələri gətirir də. Deyir Əvəz əmi, bilirəm qəzet oxuyansan. Qəzet ə pul vermə!
Bizim şirkətə o qədər gəlir, heç oxuyan yoxdu. Qalıb toz basır.
Əvvəllər kişinin stolunun üstündə xarici jurnallar, qəzetlər, məcmuələr əskik
olmurdu. İngilis dilindən maraqlandığı elmi məqalələri Gülər özü ona tərcümə edərdi.
Əvəz mətbuatı institutun kitabxanasından alır, təcili oxuyub qaytarırdı. İndi ora da heç
bir qəzet gəlmirdi. Elmdəki kəşfləri, yenilikləri bilmədən, axı necə keçinə bilərdi?!
Qapını yumruqla döyəcləyirdilər. Həyasızlığa bax. – Gülər mızıldadı, ancaq
yerindən tərpənmədi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə