Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

Yoldaşlarımız  rəfiqə  idilər.  Sonra  yenidən  evləndi  və  yoldaşım  onun 
evinə  getməyimə  danışmağa  başladı.  Nə  deyəsən,  qadın  milləti 
belədir  də.  Öz  ailəmdə  söz-söhbət  olmasın  deyə  daha  Fərhadgilə 
getmədim.  Onu  görmək  üçün  işinə  gedərdim.  Hər  səhər  nəvələrimi 
bağçaya  qoyandan  sonra  gedərdim  düz  onun  yanına.  Yazıq  Cavad! 
Çox  yaxşı  uşaq  idi.  Atasını  yaman  sevərdi.  Ailələrində  heç  mübahisə 
düşməzdi.  Fərhad  qardaş  hər  zaman  indiki  yoldaşından  çox  razı 
danışardı. Uşaqlarına olan rəftarına heyran olduğunu deyərdi. Cavad 
ona “Ana” deyərdi. Cavad evlənmək istəyirdi. Bunun üçün atasını elçi 
getməyə razı salmağı  xahiş etmişdi.  
 
Rəşid  bəy  danışdıqca  rəislə  mən  oturub  sanki  gözəl  əsərə  qulaq  asırmış 
kimi susmuşduq. Axı bu cür mehriban ata və oğulu kim öldürmək istəsin?! Rəis 
ayağa qalxıb otaqda o başa-bu başa getməyə başladı. Birdən dayanıb diqqətlə 
Rəşid bəyə baxdı. Nəhayət soruşdu? 

Bəs siz nə işlə məşğulsuz? 

Cənab  müstəntiq  mən  o  vaxtlar  mühəndis  idim.  İndi  aylıq  əmək 
haqqımı alıram. Elə yoldaşım da. Bu bizə bəs edir.  
Fərhadla harda tanış olmusuz? 

Bu  binaya  onda  Fərhad  təzə  köçmüşdür.  Cavan  idi.  Mən  ondan  düz 
on  beş  yaş  böyüyəm.  Yeni  evlənmişdi.  Binanın  işığı  yandığı  halda 
Fərhadın  işığı  qəfildən  sönmüşdü.  Bir  də  gördüm  blokdan  səs  gəlir. 
Qapını  açıb  baxdım  ki,  Fərhad  öz  qapı  qonşusu  ilə  işıq  naqillərini 
qurdalayırlar.  Yaxınlaşıb  kömək  etdim.  Az  bir  zamanda  işıqlarını 
yandırdım.  O  da  bunun  əvəzində  məni  öz  yoldaşımla  evinə  dəvət 
etdi.  Biz  də  getdik.  Yoldaşım  məndən  17  yaş  kiçikdir.  Elə  Fərhadın 
yoldaşı ilə həm yaşıddırlar. Bax bu cür başladı bu dostluq. 

Fərhad  yoldaşına  necə  münasibət  göstərirdi?  –  polkovnik-leytenant 
soruşdu. 

Mən  onda  çox  da  fikir  verməmişdim.  Amma  sonralar  evlərindəki 
mübahisələrdən  bezən  dostum  mənimlə  dərdləşirdi.  Mübahisələrə 
səbəb  elə  Zərifə  xanım  idi.  Hər  gün  işdən  yorğun  gələn  yoldaşına 
qulluq  etmək  belə  yorucu  gəlirdi.  Özündən  başqa  heç  nə  ilə 
maraqlanmazdı.  Arada  Zərifənin  hansısa  işə  düzəlmək  istədiyi  üçün 
mübahisə  edərdilər.  Fərhad  da  bütün  bunlardan  bezmişdi.  Bir  dəfə 
mənə  də  bax  deyə,  geyimimlə  evimlə  maraqlan  deyə  qışqırardı. 
Sonra  öyrəndim  ki,  əkiz  uşaqları  olub.  Cavad  və  Səbinə.  Fərhad  çox 
sevinirdi. Uşaqların 3-4 yaşları olardı ki,  ayrıldılar.  

Bəs uşaqların vərəsəliyi kimdə idi?- Mən soruşdum. 



Zərifə  xanım  boşananda  uşaqları  götürmək  istəməmişdi.  O  çox 
imkanlı  bir  şəxssin  qızı  idi.  Atası  nəvələrini  nəinki  görmək,  hətta 
onları qəbul etmək istəmirdi. Qızına da demişdi ki, Əgər boşandıqdan 
sonra  uşaqları özü ilə  götürsə onu  hər şeydən  məhrum edəcək.  Bu 
da  azmış  kimi  ölümündən  sonra  da  bir  qəpik  pul  verməyəcək. 
Yoldaşım deyirdi ki, atasının bu əmrinə tabe olmaq Zərifə xanıma çox 
baha  başa  gəlib.  Uşaqlarını  çöllərdə  ac  susuz  necə  saxlayacağını, 
onlara  ali  təhsil  verə  bilməyəcəyini  düşünüb  uşaqlarından  imtina 
etməyə  məcbur  qalıb.  Boşanmadan  düz  bir  il  sonra  Fərhad  Sahibə 
xanımla evlənir.  Lakin onların bu evliliklərindən övladı olmadı. Buna 
baxmayaraq  bir-birilərini  sidqi  ürəkdən  sevirdilər.  İnciklik,  küsülük 
demək olar ki olmazdı, ya da elə ciddi olmazdı.  
 

Bəs  siz  Zərifə  xanımın  harada  yaşadığını  bilirsiniz?  -  Mən  qəfildən 
soruşdum. 

Mən  yox.  Ancaq  yoldaşımla  hələ  də  əlaqə  saxladıqlarına  görə  çox 
güman ki, o bilər. 

Bu  foto  şəkildəki  şəxssi  tanıyırsızmı?  Ya  da  Fərhad  bəyin,Cavadın 
tanışları arasında rast gəlmisizmi? 

Xeyir.  İlk  dəfədir  bu  şəxssi  görürəm.  –Diqqətlə  şəkilə  baxan  Rəşid  
dedi. 

Yoldaşınızı  bir  saat  ərzində  bura  gətirsəniz  yaxşı  olar.  -  deyən 
Məmmədzadə Rəşidə   ciddi nəzərlərlə baxdı. 

Baş üstə cənab müstəntiq! Bir saata qalmaz gələrik.  
 
Bu  sözlərdən  sonra  Rəşid  tələsik  çıxdı.  Məmmədzadə  isə  asta-asta 
addımlarla  pəncərəyə  yaxınlaşdı.  Onun  nə  fikirləşdiyi  mənim  üçün  də  çox 
maraqlı idi. 

Qədir,  sən  bu  cinayət  barədə  nə  kimi  fikrə  gəldin?  Səncə  qatil 
kimdir? 

Asif  müəllim,  mən  hələ  o  qışqıran  qadını  yəni  əsas  şahidi 
görməmişəm  və  Əgər  onunla  danışsaq  əminəm  ki,  tez  bir  zamanda 
qatili tutarıq. 

Bəs  görəsən  o  qadın  kim  ola  bilər?  Yaxşı  bu  iki  gündə  niyə  özünü 
gizlədir?  Çox  güman  ki,  qatil  onun  qışqırığını  eşitdiyi  üçün  Fərhad 
bəyi  öldürməyə  macal  tapmır,  beləliklə  yaralı  vəziyyətdə  qoyub 
qaçmağa  məcbur  olub.  Digər  fərziyyəm  də    o  qadının  qatillə  əlbir 
olmasıdır.    Bu  zamana  kimi  polis  idarəsinə  gəlib  bir  söz  deməməyi 
buna  sübutdur.  –  Məmmədzadə  pəncərə  önündəki  stulda  əyləşib 
alnını iki əlli ovuşdurmağa başladı. - Görəsən Səfərli hansı məlumatla 
gəlir? 



Gəlir?- deyə yerimdən soruşdum. 

Hə  maşından  indi  düşdü:  -  Polkovnik  pəncərəni  işarə  etdi.  Cəmi  üç 
dəqiqə  sonra  Səfərli  qapıdan  içəri  girdi.  Hər  ikimiz  onun  ağzını 
güdürdük. Bəlkə, cinayətlə bağlı ip  ucu  məhz onun əlindədir?   O  isə 
kabinetə  daxil  olduğu  andan  susdu.  Dinmədən  stullardan  birində 
əyləşdi.  Sanki  bizim  nə  düşündüyümüzü  anlamışdı.  Məmmədzadə 
ona doğru inamla addımlayıb: 

Nə oldu Yusif? Nə isə baş verib? 

Yox...  İş  ondadır  ki,  mənə  bağladığınız  ümidlərin  puç  olmasını  sizə 
deməyə  cəsarətim  yoxdur.  Sizinlə  vidalaşıb  getdim  həmin 
məntəqəyə.  Orda  Fərhad  bəyi  hətta  yoldan  keçənlərdən  də 
soruşdum.  Kim  onu  tanıyırdısa  Cavadı  da,  Fərhad  bəyi  də  çox  yaxşı 
geniş ürəkli insan kimi tanıyırdılar. Heç kəslə mübahisə, ya da bir fikir 
ayrılığı olmadığını deyirlər. 

Axı  niyə  bu  cinayət  belə  qarışıqdr?  Görən  qatil  bu  cür  mehriban, 
əliaçıq  insanlardan  nə  istəyib?  -  əlini  havada  yellədərək  gileylənən 
polkovnik-leytenant yenidən Yusifə müraciət etdi: 

Sən  də  bax  qatilin  foto  şəklini  çəkiblər.  Lakin  həqiqətən  qatil 
budurmu? Burası çox vacibdir. 
 
Səfərli  foto  şəkilə  və  özünün  yoxluğunda  mənim  dindirdiyim  şahidlərin 
ifadələrini nəzərdən keçirməyə başladı. Bir az sükutdan sonra o: 

Mənim  fikrimə  görə  yenidən  Sahib  adlı  şahidi  və  Fərhad  bəyin  ilk 
yoldaşı Zərifə xanımı, Cavadın da yaxın dostu Rüstəmi dindirməliyik. 
Bu necə olursa olsun o qadın oğlunun öldürüldüyünü bilməyə haqqı 
var. Bəlkə  də  qatilin  kimliyini üzə çıxartmağa kömək oldu. Nədənsə 
mənə elə gəlir ki, o qışqıran qadın Zərifə xanım ola bilər.  

Tutaq  ki,  fərziyyələrin  doğru  oldu.  Bəs  Sahibi  ikinci  dəfə  niyə 
danışdıraq? 

Asif  müəllim,  siz  düşünürsünüz  ki,  əlimizdə  olan  ilk  şahid  gördüyü 
hər  şeri  deyib?  Bəlkə  qatillə  əl-bir  olub?  Nədənsə  onun  ifadəsi 
qəribə  görünür.  Hansı  qatil  əl  qolunu  sallayaraq  cinayət  yerindən 
uzaqlaşar? Həm də camaat artıq hadisə yerinə toplananda. 

Sənin  fikirlərin  çox  maraqlıdır  Yusif.  -  Ayağa  qalxıb  sözümə  davam 
etdim: Bəs səncə səhər saat 7-də Zərifə xanım küçədə nə edirmiş? 

Bax  bunu  dəqiq  öyrənmək  lazımdır:  -  deyən  Məmmədzadə 
barmağının  ucu  ilə  yenidən  pəncərəni  göstərdi.  Heç  bir  dəqiqə 
keçməmiş Rəşidin yoldaşı Simuzər xanımla içəri daxil oldu. 

Rəis olar? 

Buyurun keçin, əyləşin! Adınız və soyadınız? 
 
 Simuzər xanım ona göstərilən yerdə əyləşib:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə