Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   8   9   10   11   12   13   14   15   ...   60


Hə əyildim qalan pullarımı yığım, bir qadının çığırdığını eşitdim. O an 
başımı  qaldırıb  gördüm  ki,  həmin  kişi  2  bina  arasında  gözdən  itdi. 
Fərhad bəy Cavad da yerə səriliblər.  

Bəs qatil? Qaçaraq uzaqlaşdı?  

Yox.... qaçana oxşamırdı. 

Sizcə Fərhad kişini və Cavadı o vurub? 

Əlbəttə başqa kim var idi ki?  

Yaxşı Əgər vurubsa bəs niyə hadisə yerindən qaçaraq uzaqlaşmadı? 

Nə bilim ay müstəntiq. Mən haradan bilim?! 

Bəs qışqıran qadın kim idi?  

Qadın? Bax onu heç görmədim.- Sahib başını yellədərək cavab verdi. 

Siz mümkünsə daha dəqiq deyin görək qadın nə zaman qışqırdı? Kişi 
həmin an cinayəti işləyirdi, yoxsa artıq uzaqlaşmışdı? 

Qadın  qışqırdı.  Başımı  qaldırdım  ki,  kişi  iki  bina  arasına  girdi.  Həmin 
an ata-bala artıq yerdə idilər. 

Sən buna əminsən! 

Bəli. Əminəm! 

Yaxşı  leytenant  Həsənli  ilə  fotorobot-rəssamın  yanına  gedin. 
Gördüyünüz  şəxssin  şəklini  çəkdirin.  -  İfadəsini  şahidə  uzadaraq 
qəfildən soruşdum- Dayan! Harda işləyirsən? 

Marketdə. Gedə bilərəm? 

Hə  get.  Lazım  olsan  bir  daha  çağıracağıq.  Həsənli,  foto  şəkili  mənə 
gətirərəsən. 

Oldu, yoldaş mayor! 
 
Bu  şahidlə  danışandan  sonra  bir  az  da  olsa  məlumat  əldə  etdim.  Şahid 
çıxmazdan  əvvəl  imzaladığı  ifadəni  cinayət  işinə  ayırdığım  qovluğa  bərkitdim. 
Bu  zaman  qapı  açıldı.  İçəri  Fərhad  kişinin  qızı  Səbinə  girdi.  Bu  xanımın  çox 
gözəl gözləri varmış. Xəstəxanada o qədər ağlayırdı ki, üzünə baxmamışdım. O 
incə dodaqları ilə : 
- Olar? 

Buyurun keçin əyləşin. 

Çox  sağ  olun.  Sizinlə  keçən  gün  çox  kobud  rəftar  etdiyimə  görə  üzr 
istəyirəm.  Asan  deyil  yaşadıqlarımız.  Bir  tərəfdən  də  atamın  ağır 
vəziyyəti....  -  Səbinə  sözünü  bitirə  bilmədi.  Qırmızı  yanaqlarına 
süzülən göz yaşları onun qəlbindəkiləri açıq aşkar göstərirdi. 

Bəs siz həmin hadisə baş verəndə harda idiz?   

Mən həmin vaxt evdə yatırdım.  

Bəs bu acı xəbəri sizə kim dedi? 



Sahibə xanım... 

O kimdir? 

Atamın  ikinci  yoldaşı.  Siz  və  digər  zabit  xəstəxanada  onunla 
danışırdınız? Daha doğrusu onun ifadəsini alırdız? 

Demək Sahibə xanım atanızın ikinci yoldaşıdır.. Bəs ananız? 

Onlar  hələ  biz  uşaqkən  ayrılmışdılar.  Qardaşımla  mən  onu 
xatırlamırıq. Onun barədə heç nə bilmirik.  

Demək  bu  yaşınıza  kimi  ananızı  tanımamısız?  Bəs  onu  axtarmaq 
istəməmisiz? 

Yox istəməmişik. 

Sahibə xanım atanızla və Cavadla necə davranırdı? 

Normal. Çoxları onun ögey olduğunu bilmirdilər. Atamla  bir-birlərini 
çox  sevirlər.  Cavad  da  ona  elə  uşaqlıqdan  “Ana”  deyirdi.  Bu 
hadisədən  sonra  çətin  ki  özünə  gələ.  Artıq  2  gündür  dilinə  bir  tikə 
çörək vurmur. Tezliklə atamın sağalmağını gözləyir.  

Atanızın səhhətinin yaxşılaşmağı bizim üçün də gərəkdir. Hal-hazırda 
əlimizdə  bir  şahid  yoxdur  ki,  qatili  əməlli  başlı  təsvir  edə.  -  Azacıq 
sükutdan sonra yenidən soruşdum - Sizcə Cavadı kim öldürə bilərdi? 

Qardaşımı? Bilmirəm .- Bir qədər susduqdan sonra - O çox cəsur idi. 
Məni  çox  sevərdi.  Yaxın  tanışları  çox  idi.  Amma  onun  ən  yaxın 
dostunu  tanıyırdım.  Adı  Rüstəmdir.  O  ki,  qaldı  ölümünə  səbəb,  nə 
deyim? Bilmirəm. Gedə bilərəm? 

Mümkünsə  bir  sualıma  da  cavab  verin.  Sizin  atanız  işə  hər  zaman 
Cavadla eyni vaxta gedərdi? 

Demək olar həftənin ən az 5 günü birgə gedərdilər.  

Oldu çox sağ olun. 
 
Səbinə  xanım  da  getdikdən  sonra  düşünməyə  vaxtım  çox  oldu.. 
Cinayətkarı  necə  ifşa  edə  biləcəyimizə  dair  götür  qoy  etdirdim  ki,  qapı 
döyüldü: 
-Gəlin! 
- Mayor Eyvazov, foto şəkil hazırdır. Onu da qeyd edim ki, bazamızda olan işlər 
arasında bu şəkilə bənzər hər hansı bir cinayətkar tapılmadı.   
Şəkil  demək  olar  natamam  idi.  Lakin  bu  şəxss  cinayətkar  ola  bilərdi.  Qatilin 
alnında çapıq vardı. Növbəti ip ucu əlimizdə idi.  
 
 


Dördüncü fəsil 
 
 
Səhəri gün işə lap tez gəldim dünənki ifadələri yenidən gözdən keçirirdim 
ki,  bu  zaman  yoldaş  Məmmədzadə  içəri  daxil  oldu.  Qarşımdakı  ifadələrə 
diqqətə baxdığımı görüb: 

Qədir sənə nə olub? 

Polkovnik? -Cəld ayağa qalxdım- Sizin gəlişinizi eşitməmişəm. 

Heç  nə  olmaz.  Axı  demişdiz  ki,  şahidləri  dindirirəm.  Cəmi  iki  şahid 
gəlib? 

Yoldaş  Məmmədzadə  bu  qovluqda  cəmi  üç  nəfərin  ifadəsi  var. 
Sahibə  xanımın,  Səbinə  xanımın  və  Sahib  bəyin.  Üstəlik  Sahib  bəyin 
şahidliyi  ilə foto şəkil  tərtib edilib. Dünən  iki nəfərin ifadəsini almalı 
idim. Lakin cəmi bir nəfər ifadə verdi.   

Bəs  başqa  şahid  yoxdur?  –Məmmədzadə  foto  şəkilə  baxaraq 
soruşdu. 

Əfsuslar  olsun  ki,  var.  Və  biz  onun  kimliyini  bilmirik.  İş  ondadır  ki, 
hadisə  baş  verən  zaman  bir  qadın  qışqırmışdı.  Məni  də  yuxudan 
oyadan  o  səs  idi.  Düşünürəm  ki,  qatili  dəqiqliklə  görən  və  hadisəni 
necə  törətdiyini  Fərhad  kişidən  başqa  görən  tək  şəxss  odur.  Lakin  o 
qadın kimliyini gizlədir. Buyurun siz əlimizdəki ifadələrlə tanış olun.  
 
Mayor Məmmədzadə ifadələri oxumağa başlamışdı ki, qapı döyüldü. 

Gəlmək olar? 
 
Qapıdan boğunuq səsli hündür boylu, qara pencəkli lakin çox arıq ağ saçlı 
bir kişi boylandı. 

Əlbəttə, keçin! Sizə nə köməyimiz dəyə bilər? 

Cənab müstəntiq, mən Fərhad bəyin yaxın dostu Rəşid Ağabala oğlu 
Orucovam.  Dünən  gəlmişdim.  Bir  az  gözləyirdim  ki,  şahidlər  çıxıb 
getsinlər sonra gəlim. Sahib adlı bir nəfər dedi çox gözləmə aşağısı 2 
saata  çıxacağam.  Mənim  də  tələsən  yerim  vardı.  Nəvələrimi 
bağçadan götürməli idim.  

Hə nə deyirəm, əsas odur ki, gəldiniz. Buyurun bildiklərinizi danışın. 

Mən  hər  səhər  Fərhadla  onun  şəxssi  pul  dəyişmə  məntəqəsində 
görüşərdim.  Hal-əhval  tutardıq,  həm  də  ki,  evim  onun  yaşadığı 
binada  yerləşir.  Demək  olar  ki,  həm  dostum,  həm  də  qonşumdur. 
Bilirsiniz,  yoldaşı  ilə  ayrılandan  sonra  ailəvi  gediş-gəlişimiz  azaldı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə