-Əlbəttə, qızım. Allaha hər anımız üçün şükr etməliyik. Sənin yaşadıqların,
acıların hamısı qismətdir. Düşün ki, bundan da pis ola bilərdi. Bax onda Allaha
hər gün şükr edərsən ki, nə yaxşı ki, zamanında sənin gözlərini açdı. Bəlkə, sən
onunla heç xoşbəxt olmayacaqdın da... Axı bu iki ildə səni xoşbəxt edə
bilməyib. Sənsə hey arzusunda olduğun övladı gözləmisən. Şükr elə, qızım, şükr
elə. Hər şey üçün şükr elə.
-Ana, iki il arzuladım dua etdim. Övlad istədim. Mənə onu vermədi. Əksinə
ailəmdən etdi. Vahidin evli olduğunu öyrəndiyim an həyatım söndü. Onun mənə
"Get atan evinə bir də qayıtma. Onsuz da uşaq da olmur. Get yaşa həyatını. Unut
bizi. Yığışdır nəyin var get. Gələndə səni gözüm görməsin."- sözündən sonra isə
içimdəki inamım etibarım, sevgim öldü. Başa düşürsən?
Bu vaxt darvaza açıldı:
- Dilarə, xala! Evdəsən? Tərlanın şalvarını tikmisənsə, ver aparım geyinsin.
İşə gecikir.
Bəli, bu Arifə idi. Tərlanın anasının gözünə girməyi bacarmışdı. Artıq o,
əsgər gəlib Sevincin ərə getdiyini öyrənəndə aylarla qəlbində yas saxladı.
Sevinci çox sevirdi. Tezliklə bir işə düzəlib başını qatdı. Anası da hər gün baş-
beynini doldururdu ki, "Arifə çox yaxşı qızdı. Mənə sən olmayanda hər gün baş
çəkirdi. Gəl ona elçi düşüm. Evlənin də. Gözümün önündə böyüyüb. Anasını da,
atasını da tanıyıram. " Tərlan isə hər zaman qəti etiraz edərdi. Amma bir qış
günü anası pilləkənlər sürüşkən olduğu üçün yıxıldı. Ayağı bərk əzildi. Müalicə
etdilər. Amma həkim Tərlana tapşırdı ki, ona kömək lazmdır. Qəti ağır iş
görməsin. Pilləkənləri bir müddət çıxıb düşməsin. Elə o gündən sonra Arifə gün
boyu onlarda olurdu. Bir axşamdan axşama yatmağa evlərinə gedirdi. Anasına
Tərlanı sevdiyini və onun anasına da daim kömək etmək istədiyini demişdi.
Tərlan da məcburiyyətdən anasına kömək olsun deyə Arifə ilə evləndi. Həm də
Sevinc artıq ona aid deyildi. Bunu həm də mənəvi dərk edə bilsəydi...
- Sevinc? Sən hara, bura hara?
Arifə darvaza önündə dayanmaq əvəzinə yuxarı başa keçmişdi. Sevinci
divanda anası ilə əl-ələ tutub oturduğunu görəndə təəccüb etdi.
- Ay qız, deyəsən yolunu azmısan, hə? İki ildi getmisən, heç demirsən, bu
Arifəyə bir sağol deyim.
- Sənə sağol düşmür.
Sevinc hirsindən ayağa qalxdı. Mat qalan Arifənin gözlərinin içinə baxa-baxa
dedi:
-Sən və sənin əmin qızı olmasaydız, mən indi bədbəxt olmazdım. Getdin,
şəklimi gizlin göndərdin. Əmin qizi oğlan tapdı iki daş arasında. Heç
soruşmadın ki, bu oğlan evlidir, ya yox?
-Necə məgər? Vahid evli idi ki?
-Hə! İki ekiz qızı da var. Özü də Rusiyada evi -eşiyi, işi- gücü. Ona ata-
anasına, bacısına qulluqçu lazım imiş. Sən də məni göstərdin. Bunun üçün sağol
istəyirsənsə, onda eşit- Çox sağol!
-Sevinc, vallah bilməmişəm. İnan mənim heç nədən xəbərim yoxdu.
-İnanmıram Arifə. Daha kimsəyə inanmıram. Nə üçün gəlmişdinsə götür, get
bir də bu qapıdan içəri girmə.
-Tər-tər-tərlanın şalvarı üçün gəlmişdim.
Arifə dili topuq vura-vura sözünü deyə bildi. Dilarə şalvarı gətirib verdi.
Amma heç Arifənin üzünə də baxmadı. Arifə rəngi ağarmış vəziyyətdə qapıdan
çıxdı.
"Yəni bu bizim Sevinc idi?" qəlbində təəccüb edirdi. "Gör, sakit təbiətli,
kimsəyə acı söz deməyən, canla- başla köməyə qaçan, hər işdə uğur qazanan,
hamının sevimlisi olan Sevinc necə də dəyişilib."
-Qızım sən kinli olma. Unut getsin. Arifə də pislik etmək istəməyib sənə.
Əminəm ki, bilsəydi, heç zaman göz görə-görə səni oda atmazdı. Xəbərin yoxdu
axı sənin Tərlan əsgər gələndə anası yıxıldı. Ayağı sındı. O da məcbur qaldı
Arifə ilə evləndi ki, anasına kömək olsun. Yaman yaxşı uşaqdı Tərlan. Allah ona
da övlad versin.
-Onun da uşağı yoxdu?
-Hə qızım. Həkimdən yoxlanıblar keçən ay. Arifə məcbur apardı onu. Getdilər
şəhərə analiz verdilər. Cavab çıxdı ki, Tərlan sonsuzdur. Amma Arifənin uşağı
ola bilər. İndi Arifə də bir cür bədbəxtdir də. Tək sən deyilsən ki? Ona görə sən
Allahına şükr elə. Nə qədər ki, mən varam, səni ac qoymaram. Sən də istəsən,
mənə kömək olarsan. Yaxşı dərziliyi də öyrətmişəm vaxtında. Başımızı aşağı
salıb dolanarıq balam.
-Can, Ana. Nə yaxşı ki, sən varsan. Allahım , sənə şükrlər olsun. Elə hər şey
üçün min şükr!
Bəli, Sevinc artıq şürk edirdi. Bir neçə gün keçdi. Dayısı Cavid də Sevincin
geri dönməsindən xəbər tutdu. Elə bütün kənd də. Dayısı qəzəbləndi. Amma
səbəbi biləndə bir söz demədi. Anası kimi normal qarşılayan çox oldu. Kimsə
kimsənin qəlbində deyil və nələr yaşadıqlarını bilə bilməz.
Arifə də hər gün Tərlana göz qoymağa başladı. Hiss edirdi ki, Tərlan hələ də
Sevinci sevir. İllər keçməsinə baxmayaraq Sevinci bir dəfə uzaqdan görəndə
tanımışdı. Yaxınlaşmağa belə çəkinmişdi. Axı heç subay vaxtı Allahın salamını
verməyə utanırdı. İndi necə yaxınlaşsın? Nə desin. Onun həyatının belə
qurulmasına üzülürdü. Əlində olsaydı hər şey edərdi ki, təki yenidən Sevincin
yanağında həmişəki təbəssümü görsün. Lakin mümkün deyildi. Daha hər şey
fərqli idi. O ərindən ayrılmış gəlin. Tərlan isə evli bir kişi idi. Sevincin adına
ləkə gəlməsin deyə hər gün işdən sonra çayxanaya gedərdi. Gün ərzində olan
bitən orda kəndin kişiləri tərəfindən müzakirə edilirdi deyə, düşünürdü ki, birdən
kimsə onun haqda nəsə danışar. Lazım olsa ağzının payını verər. Amma Sevinc
heç yerə çıxmırdı. Kimsə onu görmürdü. Cəmi iki dəfə anası ilə tikilmiş paltarı
sahibinə verməyə gedəndə görmüşdü onu uzaqdan. Ondan sonra çıxmamışdı heç
yerə. Heç gedəsi yeri də yox idi axı.
Vahidin evini tərk etdiyi gündən artıq iki həftə keçirdi. Sevinc səhər yuxudan
oyanar-oyanmaz başı hərləndi. Dilarə türkə-çarələr ilə ona kömək oldu. Amma
hardansa gələn yumurta qoxusu onun ürəyini bulandırdı. Özünü güclə çölə atdı.
Mədəsi qaynıyırdı. Dilarə nə baş verdiyini anlamırdı. Birdən qonşuluğundakı
həkim Cəmilə xanım yadına düşdü. Elə Sevinci o vəziyyətdəcə qoyub həkim
arxasınca gedə bilməzdi. Ağlına gəldi ki, küçədən keçən bir tanış olsa, etibarlı
biri ona tapşırsın həkimi çağırmağı. Belə də etdi. Qaçdı darvazanı açdı. Küçədən
Tərlan keçirdi. Nə etsin qızının halı pis idi. Məcbur qaldı. Həm də Tərlandan
etibarlı kim ola bilərdi ki.
-Tərlan, oğul! Sevincin halı pisləşib. Sən Allah get Cəmilə xanımı bizə gətir.
- Sevincə nə olub, Dilarə xala?
- Bilmirəm bala, suala tutma. Get Cəmilə xanımı tez gətir.
Dostları ilə paylaş: |