Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   21   22   23   24   25   26   27   28   ...   60

   Tərlan  işə  getmək  üçün  çıxmışdı  evdən.  Amma  Sevincin  sağlamlığı  ona 
işindən  də  vacib  idi.  Odur  ki,  gözünü  belə  qırpmadan  Cəmilə  həkimin  evinə 
getdi.   
   -Ana, götür burdan yumurtanı. İyrənirəm.  
   -Qızım, hər səhər yumurta yeyən sən deyilsən? Niyə iyrənirsən? 
   -Başım partlayır. Uzanmağa gedirəm. 
    -Uzan  qızım,  uzan!  Cəmilə  xanım  da  indi  gələcək.  Tərlanı  gördüm  küçədə. 
Dedim. Getdi gətirməyə. 
   -Nahaq yerə. Mən artıq  yaxşıyam. Tərlan da işindən oldu indi. 
   -Hanı xəstəmiz?  
 Şirin dil Cəmilə  həkim tənginəfəs girdi  içəri. Tərlan da onunla bərabər. Amma 
bir  an  içində  Sevincin  solmuş  bənizini  görüb  ürkdü.  Daha  qəlbi  dözmədi.  Tez 
ordan uzaqlaşdı. 
   - Sevinc! Qızım, nə oldu sənə? 
    -  Bilmirəm,  Cəmilə  xanım!  Oyanan  kimi  başım  hərlənirdi.  Sonra  ürəyim 
bulandı.  
   - Aha. Bəs quzu bala, de görək ürəyini nə bulandırdı? 
    -  Hm,  Cəmilə  xanım  bu  hər  səhər  yumurta  yeyən  adam  bu  gün  deyir 
yumurtadan ürəyim bulanır. İyrənirəm.  
   - Aha. Demək belə. İndi Dilarə, canım, icazənlə mən Sevinci müayinə edim.  
   - Sən Allah doktor, ciddi şeyi yoxdu ki? 
   - Canım Dilarəm, dedim axı, müayinə edim bəlli olacaq. 
    Cəmilə  həkim  20  il  əvvəl  elə  burda-  bu  evdə  Sevincin  dunyaya  gəlməsinə 
səbəbkar  olmuşdu.  Elə  Musaya  da  qızının  doğulduğunu  xəbər  verən  o  idi.  İllər 
keçməsinə  baxmayaraq  həmişəki  kimi  şirin  dili  ilə  hər  kəsə  "qızım,  quzum" 
deyərdi. 
   Bir neçə dəqiqə keçdi və artıq Cəmilə xanım yatağın kənarından durub stulda 
əyləşdi.  


   - Cəmilə xanım, sizcə mənə nə olub? 
    -  Ax  quzu  bala,  sənə  verdiyim  suallara  cavabın  və  hal-hazırkı  vəziyyətin 
yalnız və yalnız bir şeyi izah edir. 
   - Ay həkim, axı nəyi???  
   - Ay Dilarə, səni də, elə qızım səni də təbrik edirəm. Sevinc hamilədir. 
      O  an  hər  kəsin  səsi  bir-birinə  qarışdı.  Sevinc  bilmirdi  sevinsin,  ya  ağlasın. 
Dilarə  gah  həkimə  sağol  deyir,  gah  Allaha  şükr  edirdi.  Gah  da  Sevinci 
qucaqlayıb öpürdü.  
     Tərlanın  fikri  Sevincdə  qaldığından  işə  zəng  edib  gec  gələcəyini  dedi.  Evə 
girib biraz uzandı. Arifə nə baş verdiyini soruşanda hər şeyi  olduğu kimi dedi. 
    -Birdən  kömək  lazım  olar  deyə  gözləyirəm.  Ayıbdır  kişi  xeylağı  yoxdur 
evlərində, mənə ehtiyac olar birdən. 
   -Məgər Sevincə nə ola bilər ki? 
   Arifə  ən  çox  da  marağından  getdi  Sevincgilə.  Guya  canı  yandı  eşidəndə 
Tərlandan. Darvazaya  yaxınlaşanda  sevinc  dolu  səs-küyü  eşidib  lap  çox 
maraqlandı. 
   - Ay Dilarə xala, Sevinc necədi? 
   - Gəl Arifə, Gəl. 
   - Çox sağolun ey, Tərlan dedi. Mən də  gəldim görüm nolub? 
   - Gəl, qızım! Sən ki, yad deyilsən. Keç Sevincin yanına.  
 Arifə  yataqada  uzanmış  Sevincin  yanına  keçib  salam  verdi.  Sonra  bir  küncdə 
ondan  küsübmüş  kimi  oturdu.  Dilarə  xanım  da  Cəmilə  xanımı  şirinliklə  yola 
salıb evə girdi. 
   - Ay, qızım, belə Allah səni də yada salsın. Sənə də qismət eləsin. 
   - Çox sağolun Dilarə xala, Amma nəyi ? 
   - Mənim nəvəm olacaq ey! Həkim indicə dedi. 
 Paxıllıqdan  içi alışıb  yanan  Arifə bir  yandan da sevindi ki,  "hamilədirsə Vahid 
gəlib onu aparar. Tərlanın da fikri yenə mənə qayıdar". 


   - Çox sevindim, Sevinc. Çox. Allah başacan versin.  
    -  Hələ  sabah  Sevinci  rayona  aparacam.  Qoy  öz  həkimi  olsun.  Daim  nəzarət 
eləsin. 
   - Ay Dilarə xala, bəs Vahidə zəng etməyəcəksiz? 
   - Vahidə? Görüm elə başı batsın onun. İki qızına yiyə çıxmayan  gəlib  mənim 
nəvəmə yiyə çıxacaq? 
   - Yox axı, atasıdır. Bilməyə haqqı var. Sevinc düz demirəm? 
   - Mən Vahidə deyəcəm, ana. Qoy bilsin. 
   - Yaxşı bala. Həyat sənindir. Qarışmaram. Get zəng elə. 
 Dilarə  əslində  qızının  qərarını  dəstəkləmirdi.  Amma  məcbur  idi.  Əgər  Sevinc 
xoşbəxtliyini Vahidlə görürdüsə,  razı olmaq borcu idi. 
   - Ana, gedirəm Arifəgildən zəng etməyə. 
   - Get qızım. Allah köməyin olsun. Zəng elə tez gəl. 
      Arifə  Sevincin  qoluna  girdi  və  sanki  ona  dəstək  olacaqmış  kimi,  "rəfiqəlik" 
etmək istədi. 
    -  Sevinc,  bu  kişilər  belədir  də.  Etibar  yoxdu  onlara.  Amma  sən  gəl  Vahidi 
bağışla.  Balanız  da  olacaq.  Peşiman  olacaq  eşitsə.  Səni  də  gəlib  evinizə 
aparacaq. 
    - Mən sadəcə ona bir balası olacağını deyəcəm. Daha heç nə! 
   Artıq telefonun dəstəyi əlində idi. Nömrə də yığılmışdı. Tərlan  yatdığını  desə 
də,  əslində  Sevincin  səsini  eşidib  qapıdan  qulaq  asmağa  başlamışdı.   Arifə  də 
guya  onu  telefonda  rahat  danışsın  deyə  tək  qoymuşdu.  Halbuki,  o  da  digər 
qapıdan qulaq asırdı.  
   - Alo, kimdir? 
   - Salam, Vahid evdədi? 
   - Yox, evdə yoxdu. Kimdi soruşan? 
   - Sevincdi. 


   - Salam Sevinc, Əsmərdi. Niyə getmisən ora? 
    -  Vahidin  evli  olduğunu  bildim.  O  da  gizlətmədi.  Vahid  özü  dedi  get  atan 
evinə. 
    -  Ay  qız,  qardaşım  elədir  də.  İki  ildə  tanımadın  onu  sən?  Son  sözünü  birinci 
deyir həmişə. Dur qayıt evinə gəl. Sabah da Vahid gələcək. Barışarsız. 
    - Yox, Əsmər, Vahidə deyərsən ki, hamiləyəm balamız olacaq. 
    -A-a-a! Nə yaxşı. Səni şad xəbər olasan. Nə vaxt bildin? 
    - Elə bugün həkim dedi.  
      -  Sən  narahat  olma.  Sabah  gəlsin  onun  qulağını  çəkəcəm.  Sevinci  incitmək 
nədir biləcək.  
    Birdən  Sevinc  dəstəyin  o  biri  ucunda  qaynanasının  kobud  səsini  eşitdi:  "Ay 
qız kimlə danışırsan? Gəl, çay süz mənə."  Sevinc özündən aslı olmadan dəstəyi 
qoymaq istədi. Məcbur sözünü kəsə etdi. 
    -Yaxşı sağol Əsmər! Sadəcə  Vahid bilsin, bəsimdir. 
     Tərlan  qulaqlarına  inana  bilmirdi.  İçində  olan  son  ümid  də  ölmüşdü  artıq. 
Amma  yenə  də  sevindi.  Çox  sevindi.  Axı  Sevinc  iki  ildir  övlad  arzusunda  idi. 
Nəhayət arzusu gerçək olacaqdı.  
   - Arifə çox sağol! Mən gedim evə. 
   - Danışdın? - guya heç nə eşitməmiş kimi davrandı. 
   - Hə, baldızım idi. Dedi sabah gələcək deyəcəm.  
   - Gördün ki, səni o evdə hələ də, istəyən var.  
   - Sağol Arifə... 
    O  gün  Sevinc  üçün  qeyri-adi  başladı.  İki  il  sonra  məhz  bu  gün  ana  olacağını 
öyrəndi.  Bu  xəbəri  Vahidin  evində  olanda  alsaydı  başqa  cür  sevinərdi.  Amma 
indi  başqa  şərtlər  altında  idi.  Görən  Vahid  məni  aparmağa  gəlsə,  unuda 
bilərəmmi  yaşadıqlarımı?  Axı  onun  iki  balası  var,  bir  də  Nadejdası.  Bəs,  mən 
onu  bağışlaya  bilərəmmi?  Onun  son  sözlərini...  Hələ  anasının  dediklərini? 
....Yox! Əsla bağışlamaram! 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə