Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

 --Daha nə olacaq... Fələk güclü, mən gücsüz. 
 --Dərd etməyin bu qədər.  Biz tezliklə işin üstünü açacağıq. 
 --Yaxşı! De görüm mərhumla bağlı nə öyrənə bildin? 
 --Yoldaş  Məmmədzadə,  mərhumun  adı  Vahid  Zamandır.  1950-ci  ildə  mart 
ayının 10-da Şamaxı şəhərində anadan olub. Atası vaxtilə müəllim olmuş, anası 
isə  evdar  qadın.  Bir  qardaşı  və  bacısı  var.  Qardaşı  da  həmçinin  ticarətçidir. 
Bacısı  isə  evdar  qadındır.  Vahid  Zaman  özü  iş  adamıdır.  Şəhərimizdə  tikinti 
materiallarının  istehsalı  ilə  məşğul  olan  bir  fabriki,  iki  ticarət  obyekti  və  bir 
avtomobil  servisi  vardır  ki,  orada  da  həm  avtomobil  satılır,  həm  də  avtomobil 
hissələri. Şəxsi ofisi fabrikində yerləşir. Ailə vəziyyəti - evlidir. Yoldaşı şəhərin 
mərkəzində  yerləşən  “Moda  evi”  -nin  sahibəsi  Vəfa  Zamandır.  Evlənməzdən 
əvvəl  daşıdığı  soyad  Musalı  olmuşdur.  Qönçə  adında  bir  qızları  vardır.  O  da 
Səyavuş Ömərovla ailəlidir. Övladları yoxdur. 
 --Ailəsini xəbərdar etdin? 
 --Bu dəqiqələrdə xəbər almış olmalıdırlar. 
 --Xadimənin vəziyyəti necədir? 
 --Həkimlər  3-4  gün  xəstəxanada  yatmağını  məsləhət  gördülər.  Hadisə  ilə  bağlı 
yeni  bir  şey  öyrənə  bilmədim.  Xadimə  öz  ifadəsində  eyni  sözləri  təkrar  etdi. 
“Hər  həftədə  bir  gün  işə  gəlirəm.  Səhərdən  axşama  kimi  təmizliklə  məşğul 
oluram.”  Bu  gün  səhər  gələndə  görüb  ki,  Vahid  bəy  şəxsi  kabinetində  ölüb. 
Kabinetdəki  eyvanın  qapıları  da  taybatay  açıq  olub.  O  zaman  ağlına  gəlib  ki, 
polis çağırsın.  Polis gələnə kimi həyətdə gözləyib. 
--Yaxşı.  Bəs  ekspertlər  nə  deyirlər?  -deyən  Məmmədzadə  gözlərini  Qədirin 
ağzına dikdi. 
--Ekspertizanın cavabı hələ məlum deyil. Çox güman ki, nahardan sonra məlum 
olacaq. – Qədir dilxor halda  cavab verdi. 
--Maraqlıdır. 
--Nə?- Qədir təəccübləndi. 
--Bu ölüm. 
--Düzdür. Maraqlı, həm də qəribə. 


--Razıyam-Məmmədzadə  bir  qədər  fikrə  gedib  –  Qədir,  səncə  bu  ölüm  nəyin 
zəminində törədilə bilərdi? 
--Doğrusunu  desəm  Asif  müəllim,  vərəq  gözümə  sataşmasaydı  bu  ölümü  elə 
intihar kimi də biləcəkdim. Lakin vərəqin boşluğu, hətta qarşısında olmağı məni 
şübhələndirdi. 
--Məsələn? -  Məmmədzadə diqqətlə Qədirə baxdı. 
--Əyər  mən özümü  öldürürəmsə  niyə qarşıma ağ  vərəq qoyum?  Etiraf  məktubu 
yazıramsa niyə yazmayım? Bir sözlə mənə elə gəlir ki, həmin vərəq ya əvvəldən 
orada  masanın  üzərində  olub,  ya  da  qatil  bizim  yanlış  yolla  addımlamağımızı 
istəyir. 
--Yox.  Nədənsə  səninlə  razılaşa  bilmirəm  Qədir.  Birincisi  masanın  üzərində 
əvvəlcədən  olmağına  gələk.  İş  burasındadır  ki,  mən  kabinetə  girməzdən  əvvəl 
hər tərəfə diqqətlə göz gəzdirdim. O evdə daha doğrusu o iş otağında çoxdandır 
ki,  oturulmurdu.  Bunu  məhz  masanın  üzərindəki  boşluqdan  əsaslanaraq 
deyirəm. Əyər mən o qədər mülk sahibi olsam iş masamda ən azı üç qovluq, ailə 
rəsmlərim, cib telefonum, ev telefonum, kompüterim, qayçı, qələm, pozan və. s 
qoymaq  üçün  xüsusi  qabım  olardı.  Mən  buna  misal  şəxsən  öz  iş  masamı 
deyərdim. Bax - polkovnik-leytenant öz iş masasını işarə etdi - İş görən insanın 
masası  ən  az  bu  cür  olmalıdır.  Odur  ki,  əvvəlcədən  orada  vərəq  olduğuna 
inanmıram. O ki, qaldı ikinci fərziyyənə, deyə bilərəm ki, qatil vərəqlə bağlı nə 
isə düşünməyib. Bəlkə də heç ağlına da gəlməzdi ki, mən və sən bu qətlin intihar 
olduğuna  şübhə  edəcəyik.  Özü  də  məhz  vərəqə  görə.  Burda  nə  isə  var.  Amma 
nə? Bax mənə maraqlı olan budur. 
--Hər  halda  ekspertizanın  cavabını  alandan  sonra  bu  işlə  bağlı  dəqiq  söz  deyə 
bilərik.  –deyərək  Qədir  əlindəki  sənədləri  gözdən  keçirtdi  –  Mən  əyər  bu 
hadisənin  qətl  olduğuna  inansam  düşünürəm  ki,  qatil  bu  cinayəti  ya  pul 
zəminində  törətmiş  ola  bilər,  ya  da  rəqabət  zəminində.  Göründüyü  kimi, 
mərhum Vahid Zaman iş adamıdır. Bəs sizcə necə? 
Ayağa  qalxıb  çənəsini  əlləri  arasında  ovuşduran  polkovnik-leytenant 
Məmmədzadənin qaşları düyünləndi: 
--Mənə elə gəlir ki, ölüm səbəblərini araşdırmaq hələ tezdir. Əvvəla gərək 
ekspertizanın rəyi ilə tanış olaq. Sonra mərhumun ailə üzvlərinin və yaxınlarının 
ifadələrini  alaq.  İşimiz  çoxdur.  Nahardan  sonra  səni  ekspertizanın  cavabları  ilə 
burada gözləyəcəyəm. İndi isə gedə bilərsən. 
--Oldu! 


Əyləşdiyi  stulu  irəli  çəkən  Mayor  Eyvazov  iri  addımlarla  otaqdan  çıxdı. 
Bu  andan  etibarən  otağa  dərin  sükut  çökdü.  Məmmədzadə  qayıdıb  yerinə 
əyləşdi. İki əlini birləşdirib masanın üzərinə vurdu. Bununla bütün narahatlığını 
fikrini, dərdini sanki bir neçə dəqiqəlik unutdu. Binada demək olar hər kəs nahar 
etməyə  getmişdilər.  Odur  ki,  Məmmədzadə  yaxın  bir  saat  ərzində  kabinetinə 
kiminsə  gəlməyəcəyinə  əmin  idi.  Pencəyini  soyunub  əyləşdiyi  stulun  başına 
keçirtdi.  Özü  də  qapıya  yaxın  yerdə  qoyulmuş  yığcam  divana  uzandı.  Əllərini 
boynunun  altına  qoyub  bir  qədər  düşünməyə  başladı:  -  Kimə  lazım  ola  bilərdi 
Vahid  bəyin  ölümü?  Onun  iki  əlli  masa  üzərinə  sərilməsi...  Silahın  sol  əldə 
olması...  Qələmin  isə  sağ  tərəfdə  masa  üzərində  olması...  Boş  vərəq...  Sol  əllə 
revolverlə  sol  gicgaha  yaxın  məsafədən  atəş  açılması...  Axı  bütün  bunlar  nə 
deməkdir?  Əyər  mən  özümü  öldürmək  niyyətindəyəmsə  ən  əvvəl  ailəmə  bir 
kəlmə  söz  yazaram.  Sonra  tətiyi  çəkərəm.  Yox...  yox...  belə  alınmaz.  Burda  nə 
isə  var.  Nə  isə...  bu  “nə  isə”  -lər  məni  lap  əldən  salacaq.  Görəsən  əynində  niyə 
idman  geyimi  vardı?  Hadisənin  dəqiq  törədildiyi  vaxt  məlum  olsaydı.  Əsas 
ekspertizanın  cavabıdır.  Ya  torpaq  parçası?  O  tər  təmiz  xalça  üzərində  nə 
gəzirdi?  Mərhumun  idman  ayaqqabısındanmı?  Yoxsa  qatilə  məxsusdu?  Əyər 
qatilə aiddirsə onda əlimdən qaça bilməz. Necə deyərlər-Qaçan büdrəyər.  
Bu zaman Məmmədzadə xatırladı ki, dostu Muradlının məktubunu hələ də 
oxumayıb.  Cəld  ayağa  qalxıb  iş  stolunun  arxasına  əyləşdi.  Masa  üzərinə 
qoyulmuş  noutbukunu  işə  salıb  elektron  ünvanına  daxil  oldu.  Bir  neçə  məktub 
işarəsini  ötdükdən  sonra  nəhayət  axtardığını  tapdı.  Bu  polkovnik-
leytenant  Murad  Muradlıdan  aldığı  məktub  idi.  Zərf  işarəsi  üzərindən  basıb 
açılmış məktubu ürəyində oxumağa başladı: 
“ Qardaşım Asif, Necəsən? İşlər necə gedir? Son aldığım məktubuna gec 
cavab  yazdığım  üçün  üzr  istəyirəm.  İnan  ki,  burda  keçən  həftədən  törədilmiş 
cinayətə başım qarışdığından fürsət olmurdu yazmağa. 
Yazdığın  son  məktubda  da  mənim  araşdırdığım  cinayətlə  maraqlanırdın. 
Mən sənə keçmiş yox, dünən açdığım cinayət hadisəsindən yazacam. Demək bağ 
evlərin  birində  səhər  9-da  bir  qadın  cəsədi  aşkar  olunur.  Cəsəd  deyəndə  ki, 
öldürülmüş yaşlı qadın skeleti tapılıb. Cəsədi evin yeni sahibi Valentin  tikəcəyi 
evin  təməlini  qoyarkən  tapıb.  İlk  baxışdan  heç  də  qətlə  bənzəmirdi.  Lakin 
ekspertizanın  nəticəsi  məlum  olduqdan  sonra  işi  mənə  tapşırdılar.  Demək 
mərhum düz 20 il əvvəl boğularaq öldürülüb. Elə həmin evin qarajında torpağa 
tapşırılıb.  Cinayəti  iki  həftəlik  araşdırmadan  sonra  nəhayət  ki,  aça  bildim. 
Həmin  qadın  yəni  Olqa  Sergeyevna  37-  il  əvvəl  övladlığa  götürdüyü  erməni 
mənşəli Edik tərəfindən qətlə yetirilib. Səbəbi isə heç  qatilin özü də bilmir... 
Səni  bu  cür  cinayətlərlə  yormaq  istəmirəm.  Amma  nədənsə  hər 
məktubunda  yeni-yeni  qətllər  haqqında  maraqlanırsan.  Bu  dəfə  isə  mənə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə