Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   45   46   47   48   49   50   51   52   ...   60

  --Ana! 
Qönçənin qəfil səsindən  xəyallardan ayılan Vəfa  xanım pəncərə önündən 
çəkilir. Divanın bir küncündə hələ də gözü yaşlı qızına baxıb: 
--Qönçə, özünü ələ al. 
--Ana, mənim başım hərlənir. Özümü çox pis hiss edirəm. 
--Niyə qızım? Sənə nə oldu? Görürsən bayaqdan ağlayırsan söz eşitmirsən 
ki-Stol  üzərindəki  su  ilə  dolu  stəkanı  qızına  uzadıb  -  Heç  olmasa  bir 
qurtum su iç. Sərinlənərsən.  
Sudan  iki  –üç  qurtum  içən  Qönçə  anasını  daha  da  narahat  etmək 
istəmədiyindən qayğılı səslə dedi: 
--Artıq yaxşı oldum. Keç əyləş. –yenidən qapıya tərəf boylanıb soruşur:  - 
Səyavuş harada qaldı görəsən? 
--İndi harada olsa gələr. Sən onu özünə dərd etmə.  
Bu  zaman  qapı  döyüldü.  Qönçə  anasına   möhkəm  görünmək  üçün  qapını 
açır. Gələn Səyavuş idi. Qızarmış və bir qədər şişmiş gözündən ağladığı və çox 
dilxor  olduğu  bilinirdi.  Fikirli  halda  Qönçənin  çiynindən  tutub  qonaq  otağına 
keçdilər.  Vəfa  xanım  artıq  divanda  əyləşmişdi.  Qönçə  də  Səyavuşun  qolundan 
çıxıb divanın digər küncündə oturub narahat halda soruşdu: 
--Səyavuş, hara getmişdin? 
--Getdim  morqa  dedilər  ekspertlər  baxmalıdırlar.  Sonra  getdim  polis 
idarəsinə  dedilər  nahardan  sonra  gəl.  İndi  də  ayağım  getmək  istəmir. 
Bayaqdan blokun qarşısında oturmuşam. Bilmirəm bu necə ola bilərdi? 
Sağlam bir insan birdən birə necə ölə bilərdi? 
--Necə öldüyünü dedilər? 
--Yox,  Qönçə!  Orda  bir  zabit  dedi  ki,  rəis  bizi  sabah  9-da  kabinetində 
görmək  istəyir.  Mən  də  düşündüm  ki,  onsuz  da  indi  bizə  bir  kəlmə 
deməyəcəklər məcbur səhəri gözləməliyik. 
--Düz  etmisən  oğul!  Səhər  açılsın  mən  də  sizinlə  gedəcəm.  Axı  Vahid 
nədən ölə bilərdi? Onun təkcə qan təzyiqi var idi. Mən bilən bu elə də 
ölümcül deyildi. 
--Orasını dəqiq deyə bilmərəm. Amma... 


Səyavuş  qəflətən  susmağa  üstünlük  verdi.  Cəld  ayağa  qalxıb  Qönçədən 
yeməyə  nə  isə bişirib  bişirmədiyini  soruşdu.  Qönçə  yoldaşının  üzündəki 
dəyişikliyi  və  bir  qədər  fikirli  olduğunu  hələ  gələndən  hiss  etmişdi.  Lakin 
soruşmamışdı. İndi isə Səyavuşun ağzından çıxan “Amma...” onu düşündürürdü. 
Nədənsə ona elə gəldi ki, Səyavuş ondan söz gizlədir. Odur ki, divandan qalxıb 
mətbəxə  keçib,  gözünün  yaşını  axıda  axıda  yemək  isidirdi.  Əli  heç  nəyə 
yatmırdı.  Lakin  Səyavuşu  da  itirmək  istəmirdi.  Onu  çox  sevirdi.  Atasının 
yoxluğuna  yalnız  Səyavuşun  varlığı  ilə  tab  gətirə  bilərdi.  Dözməli  idi.  Bunu 
bacaracaqdı.  Əlindəki  işini  bitirib  Səyavuşu  süfrəyə  çağırdı.    Artıq  Qönçə 
ağlamırdı.  Dərin-dərin  düşünürdü.  Səyavuşun  bəyaq  demədiyi  o  “amma..”nı,  
ondan  nə  gizlədə biləcəyini düşünürdü. Soruşmağa  isə ürəyi  gəlmirdi. Daha bir 
bəd  xəbərə  dözə  bilməyəcəyini  anlayırdı.  Yemək  sadəcə  bəhanə  idi.  Yetər  ki 
sözünün arxasını deməsin. Yeməkdən bir qaşıq içən Səyavuş: 
--Nə duzludur!? 
--Nə? 
--Xörək! 
--Yadımdan çıxıb ki, 2 dəfə düz atmışam. Başqa nəsə bişirməmişəm.  
--Heç lazım da deyil. Düşünmürəm ki, yeməyə iştahımız ola. 
--Yox sən heç olmasa bir tikə çörək ye. Yoxsa sənə də bir şey olsa mən nə 
edərəm? - kədərli halda Qönçə dedi. 
--Allahın  köməkliyi  ilə  son  nəfəsimə  kimi  yanında  olacam.  Bunu  özünə 
dərd etmə. Xörəkdir də bir gün duzlu olar, bir gün də şit. Əsas odur ki, 
onu sən bişirmisən. Əllərinlə hazırladığın zəhəri belə ləzzətlə yeyərəm. 
Allah səni mənə çox görməsin. 
--Atam səncə nədən ölə bilərdi? 
Qönçə  bunu  Səyavuşun  gözlərinin  içinə  baxaraq  soruşdu.  Bu  qəmli  və 
eyni  zamanda  fikirli  Qönçəyə  yalan  demək  isə  Səyavuşa  yaraşmazdı.  Odur  ki, 
başını aşağı salıb əlindəki cib telefonunu qurdalamağa başladı. 
--Qönçə,  hər  şey  səhər  məlum  olacaq.  Mənim  nə  düşünməyimin  bir 
əhəmiyyəti yoxdur. Səbr elə. 
--Bircə gecə tez keçsəydi. Lap ürəyim sıxılır. 
--Zaman bütün  yaraların  məlhəmidir. - deyən Səyavuş yaşlı insanlar kimi 
təskinlik verdi.  


Qönçənin  səsindəki  kədər  hələ  də  hiss  olunurdu.  Asan  deyildi  axı.  O 
boyda insanı itirmişdilər. Səyavuş yeməyinə daha toxunmadı elə hər ikisi də zala 
Vəfa  xanımın  yanına  gəldilər.  Vəfa  xanım  isə  gözlərini  bir  nöqtəyə  zilləyib 
kənardan heç kəsin hiss etmədiyi və hətta hər kəsdən gizlətdiyi incə göz yaşları 
axıdırdı.  Qızı  və  kürəkəni  onun  ağladığını  anlamasınlar  deyə  cəld  ayağa  qalxıb 
pəncərə  önündə  dayandı.  Artıq  hava  qaralmışdı.  Otağın  işığı  pəncərə  önündə 
dayanmış  Vəfa  xanımı  bir  ayna  kimi  özündə  əks  etdirirdi.  Dənizi  isə  görmək 
qeyri-mümkün  idi.  O,  dərdini  unutmağa  çalışırdı.  Lakin  özü  də  bilirdi  ki,  insan 
həqiqətdən  qaça  bilməz.  Olan  olub  və  artıq  nə  isə  tədbir  görmək  lazım  idi. 
Səhərin  açılmağını  ayaq  üstündə  gözləmək  olmazdı.  Mütləq  yatmaq  dincəlmək 
lazım idi. Odur ki, Qönçəyə: 
--Qızım,  mümkünsə  mən  bu  gecə  sizdə  qalım.  Səhər  elə  birlikdə 
məntəqəyə gedərik. 
--Əlbəttə, anacan! Sənə bu saat yer açaram.  
Qönçə bunu deyib qonaq otağına döşək gətirib üzərinə ağ çəkdi. Səliqəyə 
saldı.  Az  sonra  anasını  səsləyib  yatmağa  dəvət  etdi.  Özü  də  Səyavuşla  yataq 
otağına  keçdi.  Yuxuya  gedəcəyinə  inanmasa  da  uzandı.  Və  beləcə  səhərin 
açılacağını  gözlədi.  Çünki,  atasının  müəmmalı  ölümü  ilə  bağlı  hər  şey  səhər 
məlum olacaqdı.   
Altıncı fəsil.  
          Cinayət  axtarış  bölməsinin  dəhlizində  bir  neçə  insanın  səsi  yüksəlməyə 
başladı. Səsdən narahat olan polkovnik-leytenant Asif Məmmədzadə qaşqabaqlı 
halda kabinetindən çıxdı: 
--Nə var? Niyə qışqırışırsız? 
 --Biz  iki  saatdır  ki,  burada  gözləyirik  -  hirsli  halda  Vəfa  xanım  dilləndi  - 
Suallarımıza cavab verən də yoxdur. Yoldaşım nədən ölüb? 
 --Bir  az  da  səbir  edin  öyrənəcəksiniz.  Sakitliyə  riayət  edin.  Əks  halda  məndən 
inciməyin.  
Sözlərini tamamlayıb yenidən kabinetinə girdi. Daha əlavə səs kəsilmişdi. 
Polkovnik-leytenant masasının arxasına keçər keçməz qapı döyülərək açıldı: 
--Olar?  -  qapıdan  cavan,  hündür,  eynəkli  mülki  formalı  şəxs  içəri 
boylandı. 
 --Gəl, Hikmət! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə