Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   46   47   48   49   50   51   52   53   ...   60

 --Asif müəllim, sizin zənginizdən sonra axşamı gözləyə bilmədim. Deyin 
görək  məni  nədən ötrü çağırmısız? – soruşan Mayor  Hikmət  Paşazadə iki  həftə 
olardı  ki,  ezamiyyətdə  idi.  Odur  ki,  bura  çağırılmasının  səbəbini  heç  də  adi 
hesab etmirdi. 
 --Hikmət, səni bura ona görə çağırmışam ki, dünən baş vermiş bir cinayət 
hadisəsi  ilə  bağlı  məlumatın  olsun.  Bu  gündən  ezamiyyətin  başa  çatmış  sayılır. 
Sən burda çox lazım olacaqsan. 
 --Oldu! Siz necə deyirsiniz elə də olsun! 
 --Mayor  Eyvazov  gəlsin  birlikdə  mərhumun  yaxınlarının  ifadələrini 
alacağıq. 
 --Asif  müəllim,  icazənizlə Qədir  gələnə kimi  mən bu  işlə  yaxından  tanış 
olum. 
 --Əlbəttə.  Al  işi  incələ.  Bu  da  ekspertlərin  rəyi.  Oxu  sualların  olsa 
verərsən. 
 --Oldu. Yoldaş Məmmədzadə. 
Məmmədzadə  Hikməti  ezamiyyətdən  vaxtından  əvvəl  çağırmaqla  axtarış 
qrupunu genişləndirmək istəyirdi.  Onun təcrübəsinə hər zaman arxayın idi. Hələ 
keçənlərdə baş vermiş bir cinayət işini elə məhz Paşazadə özü açmışdı. Qatili də 
iki  günə  tapmışdı.  Bunun  üçün  heç  rəisindən  kömək  filan  da  istəməmişdi. 
Hikmətin qeyri -adi bacarığı var idi. O sanki qarşısındakı insanın içini oxumağı 
bacarırdı.  Hikmətin  dediyinə  görə  hər  bir  insanın  gözləri  və  ən  əsası  əllərinin 
qurluşu  sahibinin  daxilindən  xəbər  verir.  Elmdə  bunun  adı  “Xiromantiya” 
adlanır.  Bir  qabiliyyəti  da  güclü  yaddaşa  malik  olması  idi.  Hikmət  bir  dəfə 
gördüyü  istənilən  əşyanı,  istənilən  insanı  qəti  unutmazdı.  Harda  görsə 
xatırlayardı.  Bunun  üçün  də  Məmmədzadə  ezamiyyətdə  olan  bir  neçə  işçi 
arasından yalnız Hikməti çağırtdırmışdı. Ona özü qədər inanırdı. 
Bir  neçə  dəqiqədən  sonra  kabinetə  Mayor  Eyvazov  daxil  oldu.  Öz 
həmkarı və yaxın dostu olan Hikməti gördükdə sevincini və təəccübünü gizlədə 
bilmədi. 
-- Salam.–Məmmədzadəyə salam verib, üzünü dostuna tutdu-Hikmət? Sən 
nə zaman gəldin? 
--Demək olar ki, yarım saat olar. Bir başa bura gəlmişəm. Necəsən? 


--Yaxşıyam.  Çox  sağ  ol!  De  görək  nə  əcəb  səndən?  Axı  bildiyimə  görə 
ezamiyyətin hələ iki həftəyə ancaq bitəcəkdi?! 
--Düzdür. Lakin... 
--Onu  mən  çağırmışam.  -  Məmmədzadə  Hikmətin  sözünü  yarım  qoyub 
dedi.  
Kabinetə bir neçə dəqiqəlik sükut çökdü. Hikmət cinayət işi ilə tanış olub 
qovluğu qarşısına qoydu. Sanki nə isə düşünürdü. Bu zaman Məmmədzadə: 
--Paşazadə, fikrin nədir çinayət barədə? 
--Bilirsiniz,  Asif  müəllim  əvvəlcə  şəkillərə  baxdım.  Görünüş  tamamilə 
intihara bənzəyir. Lakin dəqiq desəm mən əminəm ki, bu qətldir. 
--Nəyə  əsaslanaraq  dedin?  –Hikmətin  fikirləri  ilə  daha  yaxından  tanış 
olmaq istəyən polkovnik-leytenant soruşdu. 
--Qələm! 
--Qələm? - Sualında daha çox təəccüb hiss olunan Məmmədzadə soruşdu. 
--Bəli!  Bu  qələm  niyə  sağdadır?  Silah  isə  solda?  Yəni  Vahid  özünü 
öldürdüyü ərəfədə sağ əli ilə qələm tutub? Sol əli ilə silah?! Bəs onda niyə yazılı 
vərəq  mərhumun  qarşısında  deyil?  Demək  ki,  qatil  o  vərəqi  Vahid  bəyə 
imzaladaraq  götürüb. 
--Maraqlı  fərziyyələrin  var.  Mənim  də  diqqətimi  ağ  vərəq  cəlb  etmişdi. 
Axı  çoxdan  bəri  istifadə  olunmayan  masada  boş  ağ  vərəq  və  qələm  nəyə  lazım 
idi?  Beləliklə ekspertlərin  vərəq  üzərində  apardıqları araşdırmalara  görə  məlum 
oldu  ki,  vərəq  üç  ədəd  imiş.  Yəni  üst  hissədə  olan  vərəqdə  yazı  yazılıb  və 
kiminsə  tərəfindən  götürülüb.  Bunun  əsasında  ikinci  və  alt  hissədəki  vərəq 
üzərinə qələmlə yazılmış bəzi hərflərin izi keçib. 
--Maraqlıdır. Mən hələ ekspertlərin rəyi ilə tanış olmamışdım. 
--Elə isə oxuyun. Bu barədə  hər  ikinizin  fikirləri  mənim  üçün  maraqlıdır. 
Onu da qeyd edim ki, ekspertlər qələmin də üzərində mərhumun əl izlərinə rast 
gəliblər. Yəni Vahid bəy o qələmlə dəqiq nəsə yazıb imza atıb. Lakin mərhumun 
silah olan əlində cüzi də olsa barıt izinə rast gəlinməyib. Heç tətiyin üzərində də 
Vahid  bəyin  barmaq  izi  olmayıb.  Silahdan  atəş  açarkən  tətiyi  barmaqla  da  olsa 
bərk basmaq  lazımdır.  Yalnız bu zaman barmaq  izi tətik  üzərinə düşəcək. Belə 
nəticəyə  gəlmək  olar  ki,  Vahid  Zaman  həqiqətən  qətlə  yetirilib.  Çünki  heç  kəs 
tətiyi çəkmədən atəş aça bilməz. Üstəlik də “46” ölçülü ayaqqabı izi. 


--Düzdür. Sizinlə tamamilə razıyam. Mən inanıram ki, bu ayaqqabı ölçüsü 
hər kəsdə rast gəlinmir. Odur ki, qatil bununla aşkarlana bilər –başını aşağı salıb 
bir  an  düşündükdən  sonra  -  Əgər  istəsəniz  ifadə  almaq  üçün  dəhlizdəki 
şəxslərdən dəvət edə bilərsiniz. Mən də arada sualım olarsa verərəm. 
--Yaxşı  fikirdir  –  əlini  masanın  üzərindəki  xüsusi  düyməyə  basaraq  - 
Dəhlizdəkiləri 
ardıcıl 
olaraq 
ifadə 
verməyə 
çağırın. 
Leytenant 
Nəsirovu  ifadələri yazmaq üçün kabinetimə göndərin! 
İki saniyəlik sükutu qapının döyüntüsü pozdu. 
--Gəlmək  olar?  -  Üzünə  tökülmüş  saçını  əli  ilə  qulağının  arxasına  çəkən 
Qönçə soruşdu. 
--Buyurun  keçin.  Əyləşin!  –mayor  Eyvazov  əli  ilə  masanın  kənarında 
qoyulmuş  stulu  göstərdi.  Qönçəni  başdan  ayağa  süzərək  –  Xahiş  edirəm 
özünüzü təqdim edin. 
--Qönçə  Vahid  qızı  Ömərova.  1981-ci  il  təvəllüdlüyəm.  Musiqi 
məktəbində müəllimə işləyirəm. Piano dərsi verirəm. 
--İşinizi çox sevirsiz? - gözlənilmədən polkovnik-leytenant sual verdi. 
--Əlbəttə. Musiqini də çox sevirəm. Onu öyrətməyi də. 
--Biz də işimizi sevirik. Lakin siçan pişik oynamağı qəti xoşlamırıq. Odur 
ki,  verilən  suallarımızı  dəqiq  və  doğru  cavablandırın.  Sizin  də  ürəyiniz  artıq 
düşüncələrdən,  fikirlərdən  rahat  olar,  bizim  də  işimiz  öz  yolunda  gedər  – 
Məmmədzadə dedi. 
--Mən  sizi  başa  düşürəm.  Lakin  hələ  də  anlaya  bilmirəm  ki,  atam  nədən 
ölüb? 
--Qönçə  xanım,  -  Qədir  stulda  öz  yerini  rahatlayaraq  səsləndi  -  ağır  da 
olsa bunu bilməyə haqqınız vardır. İş burasındadır ki, atanızı öldürüblər. 
--Necə?  Atamı  öldürüblər?  -  titrəyə-titrəyə  ayağa  qalxan  Qönçə  bərəlmiş 
gözlərini ətrafındakılara zillədərək tutqun səslə soruşdu. 
--Bəli!  Allah  rəhmət  eləsin!  Özünüzü  ələ  alın  ki,  bizə  istintaqın 
gedişində  köməklik  edəsiniz.  Qatili  tezliklə  tapmaq  lazımdır.  –  Məmmədzadə 
dilləndi. 
--Axı  niyə  öldürüblər  atamı?  Kim  edə  bilərdi  bunu?  -  hələ  də  təəccüb  və 
narahatlıq içində olan Qönçə ağlaya-ağlaya soruşdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə