Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   47   48   49   50   51   52   53   54   ...   60

--Baxın  bu  suala  sizin  də  köməkliyinizlə  cavab  tapa  bilərik.  Deyin  görək 
atanızı  sonuncu  dəfə  harada  və  nə  vaxt  görmüşdüz?–  Polkovnik-leytenant  əsas 
mətləbə keçdi. 
--Mən bir həftə idi ki, onunla görüşmürdüm. Adətən o fabrikə gedəndə yol 
üstü  mənə  də  baş  çəkərdi.  İndi  isə  bunu  da  edə  bilməyəcək-sözünü  bitirməyə 
macal tapmamış hönkür-hönkür ağlamağa başladı. 
--Xahiş  edirəm  xanım,  özünüzü  ələ  alın.  Acınızı  yaxşı  başa  düşürük. 
Lakin  biz  də  sizə  kömək  etmək  üçün  burdayıq.  Bizə  atanızın  qatilini  tapmaq 
önəmlidir. Atanız torpaq altında yatarkən qatil ayağını ayağı üstünə aşırıb kefini 
çəkməyini istəmirsizsə bizim bütün suallarımıza cavab verin! 
--Yox, elə şey istəmərəm. Nə lazım olsa soruşun. 
--Onda  mümkünsə  yenidən  başlayaq.  Verilən  bütün  suallara  bacardığınız 
qədər dəqiq cavab verməlisiniz. – Qədir dedi. 
--Siz suallarınızı verin. Mən də bacardıqca dəqiq cavab verəcəm. 
--Deyin görək bir həftə əvvəl atanızla nə barədə danışırdınız? 
--Atam  hər  dəfə  olduğu  kimi  iş  yerimə  gəlmişdi.  Soruşdum  ki,  necəsən? 
Dedi  lap  əlayam.  Bircə  nəvəm  də  olsa  məndən  xoşbəxti  ola  bilməz.  Mən  də 
güldüm.  O  gün  yaman  gülmüşdük.  Demək  olar  çox  gülmüşdük.  Atamın  kefi 
yaxşı  idi.  Bunun  səbəbini  bilmək  istəyəndə  dedi  sənə  sürprizim  var.  Odur  ki, 
hələlik  deyə  bilmərəm.  Bilirsiniz,  -  üzünü  Məmmədzadəyə  tutan  Qönçə  titrək 
səslə  dilləndi  -  sabah  mənim  ad  günümdür.  O  də  mənə  ad  günümə  sürpriz 
edəcəkdi. 
--Deməli siz o sürprizdən bixəbərsiniz? 
--Bilirsinizmi, mənə elə gəlir ki, atam mənə doğum günü hədiyyəsi olaraq 
dediyi  sürprizi  maşındır.  Bir  daha  deyirəm  ki,  bu  mənim  təxminimə  görədir. 
Başqa  düşünə  bildiyim  heç  nə  yoxdur.  Çünki  o  bilirdi  ki,  mən  bir  ildir  maşın 
almaq istəyirəm. 
--Demək  təxmininizə  görə  maşın  sizə  deyilən  doğum  günü  sürprizidir?! 
Yaxşın atanızla özgə nədən danışdız? 
--Özgə deyəndə ki, işimdən. Şagirdlərimdən. 
--Konkret olaraq nədən? 


--Dedim bir şagirdim var. Rüstəm. O gün Motsartın simfoniyasını pianoda 
ifa edərək şagirdlərimə başa salırdım.  Rüstəm  isə  mənə qəti qulaq asmırdı. Elə 
hey pəncərəyə boylanırdı. Buna görə ona cəza verəcəkdim. Lakin ürək etmədim. 
Yanıma  çağırıb  sual  verdim.  Soruşdum:  Rüstəm,   Amadey  Motsart  kimdir? 
Rüstəm  gözünü  yerə  zilləyib  durmuşdu.  Sualımı  yenə  verdim.  Cavabında  isə  - 
Nədənsə  bu  an  Qönçə  gülümsədi  –  Dedi  ki,  Müəllimə  məgər  Amadey  Motsart 
məni  tanıyır  ki,  mən  də  onu  tanıyım?!  Bircə  görəydiniz  atama  bunu  danışanda 
necə qəşş edib güldü. Səsi kabinetimə yayılmışdı. Beləcə danışdıq getdi. 
--Belə çıxır ki, sizinlə son görüşü heç də vacib hadisə ilə yadda qalmayıb. 
--Əlbəttə. Nə ola bilərdi axı? 
--Qönçə  xanım,  bəs  siz  avqustun  4-ü  gecə  10-11  arası  nə  işlə  məşğul 
idiniz? 
--Bu nə deməkdir? Siz məndən şübhələnirsiniz? 
--Bilirsinizmi, bu cinayətdir. Və biz Vahid Zamanı tanıyan tanımayan hər 
kəsdən  şübhələnirik.  Xətrinizə  dəysə  də  bunu  bilmək  haqqımızdır.  Dəqiq  deyin 
harada və kiminlə idiz? 
--Evimizdə.  Bir  az  televizora  baxdım.  Sonra  salat  hazırladım.  Bir  qab  da 
ondan yedim. Təxmini desəm 11 də artıq yerimə uzanmışdım. Lakin səhərə kimi 
gördüyüm  qorxunc  yuxular  məni  rahat  yatmağa  qoymadı.  Hətta  düşündüm  ki, 
bəlkə  işə  getməyib  rahat  yatam.  Lakin  o  da  alınmadı.  Demək  olar  günortaya 
kimi  yerimin  içində  o  başa  bu  başa  fırlanmışam.  Haradan  bilərdim  ki,  o  gecə 
atamı öldürüblər. – Gözləri yenidən doldu. 
--Qönçə  xanım  özünüzü  ələ  alın.  Biz  əlimizdən  gələni  edəcəyik  ki,  qatili 
tezliklə tapaq. Bəs yoldaşınız Səyavuş harda idi? – Hikmət təmkinlə soruşdu. 
--O gecə onun işdə gecə növbəsi var idi. 
--O nə işləyir? 
--Səyavuş  Broylerin birində  nəzarətçisidir. Atam özü bu işi ona tanışlıqla 
düzəldib.  Əslinə  qalsa  Səyavuş  əziyyət  çəkmək  istəyir.  Yəni  hər  gün  yorğun 
gəlmək  istəyir.  Amma  atam  onun  nəzarətçi  kimi  daha  çox  qabağa  gedəcəyinə 
inanırdı.   
 --Səyavuş o gecə həmin fabrikdə olub? 
--Hə. O gecə onun öz qrafikinə görə gecə növbəsi idi. 


--Niyə öz qrafikinə görə? 
--Bilirsinizmi,  Səyavuş  özünü  adi  işçilərdən  qəti  fərqləndirmir.  Odur  ki, 
tərtib  etdiyi  gecə  növbətçisi  siyahısına  öz  adını  da  əlavə  edib.  Ayda  bir  ya  iki 
dəfə  gecə  orada  olur.  Özü  də  bir  yerdə  duran  deyil.  Yuxusu  gəlməsin  deyə 
gecəni səhərə kimi yaşıllaşdırma işi ilə məşğul olur. 
--Gecə növbəsində o tək olur? 
--Bəzən hə. Bəzən də yox. 
--Bunu necə anlayaq? 
--Yəni ki, bir dəfə tək olur. Bir dəfə də işçilərdən kimsə ilə. 
--Qönçə xanım, yoldaşınızın ayaqqabı ölçüsü neçədir? 
--Başa  düşmürəm  bunun  nə  dəxili  var  atamın  ölümünə?!  –  Qönçə 
təəccüblə soruşdu. 
--Qönçə xanım, artıq sizə dedik ki, bu cinayət işidir. Və biz kim olur olsun 
hər  birinizdən  şübhələnirik.  Odur  ki,  səbrimizlə  oynamayın.  Sizə  nə  sual 
verilirsə cavablandırın. – Məmmədzadə əsəbi halda dedi. 
--Səyavuşun ayaqqabı ölçüsü 46-dır. 
--46? – qəfildən Eyvazov yerindən soruşdu. 
--Bəli. 
--Atanızla yoldaşınızın münasibəti necə idi? 
--Atam  biz  hələ  uşaq  ikən  Səyavuşu  bağımıza  işə  götürmüşdü.  Onu  oğlu 
kimi sevirdi. Səyavuş da atama öz atası kimi baxırdı.  Atam  Səyavuşu da, onun 
qardaşını da oxudub. Biz hər zaman mehriban olmuşuq. 
--Demək  istəyirsiniz  ki,  Səyavuş  atanızı  heç  bir  səbəbə  görə  öldürə 
bilməz?  –  kinayə  dolu  baxışlarla  qarşısında  əyləşən  xanımı  süzən  Hikmət 
soruşdu. 
--Bəli. Səyavuş kimsəni öldürməz. Atamı öz atası kimi sevib. Onun çörəyi 
ilə böyüyüb. Onun  yeganə qızı  ilə ailə qurub. Onun tanışlığı  ilə ən  gözəl gəlirli 
işdə işləyir. Sizcə hansı insan öz çörək verənini öldürər? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə