35
Şölə xanımın anası Pəri xanımı və bacısı Nisə xanımı evində
saxlayır. Nəticədə qadınlar birləşib müxtəlif çətinliklərdən ağıl və
tədbirlə çıxırlar. Komediyanın dördüncü məclisində pərdə
arxasında gizlənmiş Teymur ağanı qaçırmaq üçün Pəri xanım
ağıllı və gülünc bir vasitə tapır. O, vəzirin başına badya keçirir və
Teymur ağanı pərdənin arxasından çıxarıb qaçırdır. “Vəzir gülünc
bir mövqedə qalır, tamaşaçı özündən ağıllı adam bilməyən bu
vəzirin ağlına, rütbəsinə, vəziyyətinə qəhqəhə çəkərək gülür.”
(208,169)
Şölə ərəb dilində “nur, işıq, ziya” deməkdir. Şölə xanım XIX
əsrdə daha sonrakı nəslin nümayəndəsidir, gələcək nəslin
“işığıdır, şöləsidir ki, nuru nisbətən köhnə nəslin də üzərinə
düşmüşdür.” Onun həyata baxışı daha müasirdir. Özü sevgi hissi
ilə ailə qurmasa da, bacısı Nisə xanımın məhz məhəbbət əsasında
ərə getməsinə çalışır.
M.F.Axundov “Hekayəti-xırs-quldurbacan” komediyasını rus
dilinə tərcümə edərək “Kavkaz” qəzetində çap etdirmişdir. Həmin
tərcümə əsərin ilk variantıdır, “Təmsilat”da çap olunan isə əsərin
iknci variantıdır. (23, 255) Əsərin birinci variantında Molla Şaban
adlı ruhani və Redkiy familiyalı divanbəyi olmuşdur. Molla
Şaban əsərin əsas obrazlarından biri olub ətalətin, geriliyin
düşməni kimi qələmə verilmişdir. “Şəban” sözü ərəb dilində
“doymuş”, “qarnı tox olan canlı” mənalarında və ərəb qəməri
təqviminin səkkizinci ayının adı kimi işlənir. Şaban obrazının
satirik bir din xadimi olduğunu nəzərə alsaq, onomun obraza
verilməsindəki üslubi cəhəti başa düşərik.
Dramaturq divanbəyi obrazı ilə polis məmurlarının özba-
şınalığını, rüşvətxorluğu, dövlətin idarə еdilməsində mövcud olan
qanunsuzluğu kəskin tənqid atəşinə tutmuşdur. M.F.Axundov
36
divanbəyinin familiyası – “Redkiy” (rus dilində tərcüməsi “nadir,
az tapılan” deməkdir) ilə bir daha göstərmək istəmişdir ki, yerli
xalqa rəğbət bəsləyən çar hakimlərinə ölkədə nadir hallarda rast
gəlmək olar. (23, 256) N.Məmmədovun yuxarıda verdiyi
izahından bir daha aydın olur ki, sənətkar dəqiq seçilmiş
antroponimlər vasitəsi ilə elə obrazlar sistеmi yaratmışdır ki,
həmin obrazlar M.F.Aхundovun yaşadığı cəmiyyəti, dövrü tam
qüvvəsi ilə əks etdirmişdir.
M.F.Axundovun digər komediyalarına nisbətən “Hekayəti-xırs
quldurbasan”da süjet daha sadədir: iki gənc – Pərzad və Bayram
bir-birini sevirlər. Onların sevgisinə bir mane olan var – bu, qorxaq
Tarverdidir.
Bayram əsas obrazlardan biri olub yaşadığı mühitin övla-
dıdır. O, Şahbaz bəydən (“Hekayəti-Müsyö Jordan və Dərviş
Məstəli şah”) tamamilə fərqli düşünür. Şahbaz bəy Parisə gedib
fransız dilini öyrənməklə həyatda müəyyən mövqe tutmaq
arzusundadır, daha sonra isə sevdiyi qızla evlənmək istəyir.
Bayram isə xoşbəxtliyini sevdiyi qızla evlənməkdə görür, lakin
Pərzad kimi dövlətli bir qızla evlənmək üçün pul lazımdır. De-
məli, bu iki gəncin arasındakı maneə yalnız Tarverdi deyil, həm
də ictimai və iqtisadi bərabərsizlikdir. Bayram sevgisinə sadiq və
səmimidir. Tarverdinin Pərzadla ailə qurmaq arzusu onu
əsəbləşdirir, özündən cıxarır və Tarverdini aradan götürmək üçün
kələk qurur, Tarverdi də bu kələyin qurbanı olur. Ona xas olan
sevgiyə sadiqlik, qoçaqlıq və səmimilik kimi sifətlər Teymur ağa
(“Sərgüzəşti-vəziri-xani-Lənkəran”) obrazının da əsas xarakterik
cəhəti olsa da, Bayram məhz xalqı təmsil edir.
“Bayram” türk mənşəli addır, “tarixi, milli, dini və s. ha-
disələrlə bağlı keçirilən günlərdəki şənliklər, şadyanalıqlar” mə-
37
nasında işlənir. Çox zaman oğul gözləyən ailədə oğlan uşaqları
dünyaya gələrkən bu ad verilir. (29, 67) Çox güman ki, obrazın
həm xalqı təmsil etməsi, həm də xarakterində bədbin hisslərin
olmaması ilə əlaqədar olaraq, yazıçı ona məhz türk mənşəli
“Bayram” onomunu seçmişdir.
Oxucu M.F.Axundovun qadın tiplərində daha çox müsbət
keyfiyyətlər görür. Bayramı böyük məhəbbətlə sevən, bu mə-
həbbət uğrunda ölümə də getməyə hazır olan Pərzad ağıllıdır,
yaşadığı cəmiyyətin nöqsanlarını görür, anlayır: “Əmim istərmi
ki, məni özgəyə versin, atamdan qalan sürünü, ilxını özgəyə
tapşırsın? Əmim dövlətli, zorlu kişidir. Bu yaxında heç vaxt məni
sənin əlində qoymaz. Başına yüz min qalmaqal açar, üstünə təqsir
yıxar, divana salar, nə bilim nə edər? ” (23, 68) Bütün bunlarla
yanaşı, Pərzad Bayrama olan eşqi naminə belə “zorlu” kişiyə qarşı
çıxmağa qorxmur və əsər Pərzadla Bayramın qələbəsi ilə bitir.
“Pərzad” fars mənşəli söz olub “pəridən doğulmuş, pəri kimi
gözəl, kicik pəri” anlamlarını bildirir. (29, 90) Göründüyü kimi,
obrazın xarici və daxili, mənəvi və fiziki keyfiyyətləri ilə
antroponim arasında vəhdət vardır. Bu vəhdət sənətkarlarımızın
müsbət qadın surətlərinin adlandırılmasında daha çox nəzərə
çarpır. Bu zaman gündəlik həyatımızda rast gəldiyimiz adlar
ədəbi dilin bədii üslubuna gətirilərək müхtəlif üslubi məqamlarda
istifadə olunur.
N.Vəzirovun “Daldan atılan daş topuğa dəyər” komеdiyasında
ifşaçı obraz olan qaravaş və Ə.Haqvеrdiyеvin “Dağılan tifaq”
faciəsində Sona хanımın bacılığı “Pəri” adlandırılmışdır. Hər iki
qadın müsbət obrazlardır. Qaravaş Pəri öz хanımına sadiqdir,
onun yanlış hərəkətlərini görür, tеzliklə onun mühitin gülüş
hədəfinə çеvriləcəyini anlayır, o həm də əyalətdə olan mülkədar,
38
bəy arvadlarının еybəcər simalarını açır. Digər Pəri obrazı isə öz
bacılığının dərdinə şərik olur, tеzliklə Sona хanımın əri Nəcəfin
qumardan, kеfdən uzaqlaşıb, ailəsinə qayıdacağını ona
inandırmağa çalışır, mənəvi dayaq olur.
Bayramla Pərzadın sevgisinə mane olan Tarverdi dövlətli bir
kişinin oğludur. Bu var-dövlət Tarverdinin üzünə bir çox qapıları
açıb, buna görə də Tarverdi Pərzadla evlənəcəyinə əmindir. O,
kütbeyin olduğu üçün Bayramın ona qurduğu tələyə düşür.
Tarverdi qorxaqdır, bu qorxaqlıq heyvanxana sahibi Frans Fotla
rastlaşdığı zaman meydana çıxır. Tarvеrdi həm də hiyləgərdir. O,
Frans Fotla üz-üzə gələrkən qarşısındakının da qorxaq olduğunu
anlayır və bu vəziyyətdən istifadə etməyi bacarır.
Tarverdi çox varlı-dövlətli bir ailədə dünyaya gəlmişdir. O,
atası Qurban bəyin nəslinin davamçısı və varisidir. Adətən, belə
varlı-dövlətli bir ailədə oğlan uşağının dünyaya gəlməsi böyük
sevinc bəxş edir, bu sevinc Allahın, Tanrının payı hesab olunur.
Müəllif bu səbəbdən də obraza “Tarverdi” onomunu seçmişdir.
Tarverdi - “Tanrıverdi” adının deformasiyaya uğramış biçimidir,
“Allahın bəxş etdiyi insan” deməkdir. Bəzən sənətkar bədii
əsərlərdə obrazı xarakterizə etmək üçün şəxs adlarından olduğu
kimi istifadə etmir, yəni antroponimlərin tərkib sabitliyi həmişə
onu qane etmir və buna görə də müəyyən dəyişikliklər edir. Bədii
əsərlərdə deformasiya edilmiş adlardan müхtəlif satirik
vəziyyətlərdə istifadə edilir. M.Ə.Sabir yaradıcılığının sənətkarlıq
xüsusiyyətlərindən bəhs edən Cəfər Xəndan yazmışdır: “O,
Məhəmmədəli şahı sadəcə olaraq Məmdəli adlandırmaqla həm
gülüş doğurmuş, həm də öz mənfi münasibətini bildirərək şahı
hörmətdən salmışdır.” (118, 264) M.F.Axundov da obrazın
Dostları ilə paylaş: |