398
26 Noyabr – Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Şahlar İsa oğlunun
50 illiyi, (1968-1992)
Hüseynov Şahlar İsa oğlu 26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək
mahalının Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə
burada təhsilini rus dilində başa vurmuşdur. 1986-1988-ci illərdə hərbi xidmətdə
olmuşdur. Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri
hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz
bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. 10
aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni
qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət
göstərərək qəhrəmancasına həlak oldu. Subay idi. Gəncə şəhərinin Şəhidlər
xiyabanında dəfn edilmişdir. Gəncə şəhərində adına küçə var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı
fərmanı ilə Hüseynov Şahlar İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adı verilmişdir.
İnternetdə:
https://az.wikipedia.org
399
Dekabr
Əlamətdar tarixi günlər və bayramlar
1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü, (1988)
3 Dekabr – Beynəlxalq Əlillər Günü, (1992)
6 Dekabr – Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçiləri Günü, (2006)
7 Dekabr – Beynəlxalq Mülki Aviasiya Günü, (1996)
10 Dekabr – Ümumdünya Futbol Günü
10 Dekabr – Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü, (1950)
11 Dekabr – Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri Günü, (1994)
11 Dekabr – Beynəlxalq Dağlar Günü, (2003)
12 Dekabr – Ümummilli lider Heydər Əliyevin Anım Günü, (2003)
15 Dekabr – Beynəlxalq Çay Günü, (2004-2005)
25 Dekabr – “Qızıl qələmlər” Ədəbi Cəmiyyətinin Yarandığı Gün, (1925)
28 Dekabr – Beynəlxalq Kino Günü, (1895)
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, (1991)
Bu tarixi unutmayaq
26 Dekabr – Xankəndinin işğalı günü, (1991)
Azərbaycanın tanınmış şəxsiyyətləri
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyi, (22.12.1918-1944)
Yubilyar yazıçılar
Şair Zeynalov Zeynalabdin İsmayıl oğlunun (Zeynal Vəfa) 80 illiyi, (02.12.1938)
Yazıçı, tənqidçi Cəlal Məmmədovun 100 illiyi, (09.12.1918-1983)
Şair Ələkbər Cəfərovun (Ələkbər Ziyatay) 105 illiyi, (21.12.1913-1982)
Yazıçı Yasif Nəsirlinin 80 illiyi, (23.12.1938-2012)
Şair İbrahim Kəbirlinin 100 illiyi, (28.12.1918-1995)
Ədəbiyyatşünas, tənqidçi Abbas Səmədovun 85 illiyi, (31.12.1933)
Xarici ədəbiyyat
Rus yazıçısı, Nobel mükafatı laureatı Soljenitsın Aleksandr İsayeviçin
100 illiyi, (11.12.1918-03.08.2008)
Qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi, (12.12.1928-10.06.2008)
Türk şairi Məhməd Akif Ərsoyun 145 illiyi, (20.12.1873-27.12.1936)
Polyak şairi Adam Mitskeviçin 220 illiyi, (24.12.1798-26.11.1855)
400
İncəsənət
Xalq rəssamı Xələfov Rasim Həşim oğlunun 90 illiyi, (03.12.1928-2010)
Xalq artisti, aktyor Abbas Mirzə Şərifzadənin 125 illiyi, (12.12.1893-1938)
Xalq rəssamı Xalıqov Qəzənfər Ələkbər oğlunun 120 illiyi, (16.12.1898-1981)
Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin 75 illiyi, (19.12.1943)
Xalq artisti, xanəndə Tükəzban İsmayılovanın 95 illiyi, (21.12.1923-24.03.2008)
Xalq artisti, aktrisa Safurə İbrahimovanın 80 illiyi, (27.12.1938)
Milli Qəhrəmanlar Zirvəsi
Azərbaycanın Milli Qəhrəmanı Arazov Ənvər Talış oğlunun 65 illiyi,
(02.12.1953-02.11.1992)
Azərbaycanın Milli Qəhrəmanı Şikarov Şikar Şükür oğlunun 65 illiyi,
(03.12.1953-13.06.1992)
Azərbaycanın Milli Qəhrəmanı Məmmədov İbrahim İsmayıl oğlunun 60 illiyi,
(20.12.1958-16.02.1994)
401
Əlamətdar tarixi günlər və bayramlar
1 Dekabr – QİÇS-lə Mübarizə Günü, (1988)
Bu gün 1988-ci ildə təsis edilmişdir. HİV – infeksiyası
pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər
sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə
Birləşmiş
proqramının və Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün
6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan
isə AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer
kürəsində HİV-lə yaşayan insanların sayı 33,2 milyon
təşkil etmişdir ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır.
Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq daim Səhiyyə
Nazirliyinin nəzarətindədir. Respublikamızda HİV-ə yoluxma səviyyəsi aşağı olan
ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan
inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan
vətəndaşları arasında təkcə 2009-cu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə yoluxma
hallarının 63,3%-i, ümumilikdə isə 1992-01.12.2009-cu il tarixinə olan dövrdə
yoluxma hallarının 64,4%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.
Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin
1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası
təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2138 nəfəri
(96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir. HİV-ə yoluxmuş
Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. AİDS
mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 448 nəfər, AİDS-dən dünyasını
dəyişmiş vətəndaşların sayı 274 nəfər olmuşdur. Azərbaycan vətəndaşında ilk dəfə
HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək
2138 HİV-ə yoluxmuş insandan 634-ü (29,7%) Bakı şəhəri və Abşeron rayonunda,
1465-i (68,5%) respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan
şəxslərdir, 39 nəfərin (1,8%) yaşayış yeri naməlumdur.1992-ci ildən 2009-cu ilin 1
dekabr tarixinədək Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınmışdır.
Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq
və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə
Mərkəzində davam etdirilir.
İnternetdə:
www.books.google.com