1
F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının
yaranmasının 50 illiyinə həsr edilmişdir
Uşaq Hüquqları
Respublika Uşaq Kitabxanaları
üçün tövsiyə biblioqrafiyası
Bakı-2015
2
Tərtibçi:
Nazilə Tahirova
Redaktor və
buraxılışa məsul:
Şəhla Qəmbərova
Uşaq hüquqları: tövsiyə biblioqrafiyası /tərt. ed. N.Tahirova;
red. və bur. məs. Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq
Kitabxanası.- Bakı, 2015.- 39s.
©F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2015
3
TƏRTİBÇİDƏN
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin təşəbbüsü
ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edi-
lərək qüvvəyə minmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən
sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı
olanları da var. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquq-
ları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın
iki əlavə protokoluna qoşulub.
Bu gün Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev
cənabları tərəfindən uğurla davam etdirilir. Belə ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr
2008-ci il tarixli 103 nömrəli Sərəncamı ilə 2009-cu ilin “Uşaq
ili” elan edilməsi uşaqların vəziyyətinin yaxşılaşdırılması, uşaq
hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından yeni bir
mərhələ açdı.
Bütün bunları nəzərə alaraq Firidun bəy Köçərli adına Res-
publika Uşaq kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyat
şöbəsi kitabxananın 50 illik yubleyi münasibəti ilə tövsiyə
biblioqrafiyas;hazırlamışdır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstərici tövsiyə
olunan ədəbiyyatdan ibarətdir. Girişdə mövzu haqqında ətraflı
məlumat verilmişdir.
Tövsiyə göstəricisində kitablarda, məcmuə və dövri mətbuat
səhifələrində dərc edilmiş materiallar Azərbaycan və rus dillərin-
də öz əksini tapmışdır. Vəsaitdə ədəbiyyat xronoloji prinsip əsa-
sında daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılmışdır.
Nəşrlə bağlı arzu və rəylərini bildirəcək hər bir mütəxəssisə
və oxucuya əvvəlcədən minnətdarlığımızı bildiririk.
Ünvan: Bakı şəh., S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
4
“Uşaqlar bizim sevincimiz, xoşbəxtli-
yimiz, cəmiyyətin gələcəyidir. Ona görə
də, hər bir insanpərvər cəmiyyətdə uşaq-
lara daim xüsusi qayğı, xüsusi diqqət
göstərilməlidir.”
Heydər Əliyev,
ümummilli lider
Giriş
Qanunvericiliyə əsasən 18 yaşına çatmayanlar uşaq hesab
olunur. Statistikaya görə Azərbaycanda 2.800.000-dən çox uşaq
var. 18 yaşadək uşaqlar ölkə əhalisinin 29 faizini təşkil edir.
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin təşəbbüsü
ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya
edilərək qüvvəyə minmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən
sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı
olanları da var. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquq-
ları haqqında” Konvensiyasına, 2002-ci ildə isə konvensiyanın iki
əlavə protokoluna qoşulub.
Uşaq Hüquqları Konvensiyası uşaq hüquqları sahəsində
qəbul edilmiş sənədlərlə müqayisədə ən dolğun və bu hüquqların
beynəlxalq hüquq normaları qüvvəsində qəbul olunmuş
ilk
sənəddir. Konvensiyada insan hüquqlarının tərkib hissəsi kimi
uşaqlar üçün bəyan edilmiş hüquqlar şərti olaraq 4 qrupa bölünür:
Yaşamaq hüququ – uşaqların yaşamaq hüququnu və
yaşamaq üçün zəruri olan təlabatlarını əhatə edir. Bura müvafiq
həyat standartları – sığınacaq, qida və tibbi yardım almaq
imkanları daxildir.
İnkişaf hüququ – özünün ən yüksək inkişaf potensialına
nail olmaq üçün uşaqların ehtiyacları olduğu hüquq və azadlıq-
lardan ibarətdir. Bura daxildir: təhsil hüququ, asudə vaxt, oyunlar,