23
Uşaqların xüsusi təlim-tərbiyə, yaxud ixtisaslaşdırılmış tibb
müəssisələrinə göndərilməsinə yalnız Azərbaycan Respublikası-
nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir.
Xüsusi təlim-tərbiyə və ya ixtisaslaşdırılmış tibb müəssisələ-
rində olan uşaqların onlarla humanist davranması, səhhətinin
mühafizəsi, zəruri təhsil və peşə hazırlığı almaq, məzuniyyət,
yazışma, valideynləri və qohumları ilə görüşmək hüququ vardır.
Maddə 42. Cinayət icraatı qaydalarının uşaqlara tətbiqi-
nin xüsusiyyətləri
Uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci,
apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləri
Azərbaycan Respublikasının Cinayət-prosessual Məcəlləsi ilə
müəyyən edilir.
V Fəsil. Yekun müddəalar
Maddə 43. Uşaq hüquqlarına əməl edilməsi üzərində
nəzarətin və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili
Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq
baxımsızlığına qarşı mübarizənin təşkili müvafiq icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilir.
Maddə 44. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
məsuliyyət daşıyırlar.
Maddə 45. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin
beynəlxaq müqavilələr tətbiq edilir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 1998-ci il
№ 499-IQ
24
Ədəbiyyat
1997
1.
Respublika mətbuatı insan hüquqları və demokratik
azadlıqlar haqqında: [layihə] /Sülh və Demokratiya İnstitutu
“İnsan Hüquqlarının Müdafiəsi” Departamentinin Layihəsi;
layihənin koordinatoru S.Qocamanlı.- Bakı, 1997.- 15 s.
İnstitutun fəaliyyəti regionda sülhün qorunması yollarının,
təhlükəsizlik, demokratik, hüquqi cəmiyyətin qurulması və
müstəqil Azərbaycan dövlətçiliyinin inkişafı problemlərinin
tədqiqi və təhlilinə yönəlmişdir.
1998
2.
Respublika mətbuatı insan hüquqları və demokratik
azadlıqlar haqqında: [layihə] /Sülh və Demokratiya İnstitutu
“İnsan Hüquqlarının Müdafiəsi” Departamentinin Layihəsi;
layihənin koordinatoru S.Qocamanlı.- Bakı, 1998.-16 s.
İnstitutun fəaliyyəti regionda sülhün qorunması yollarının,
təhlükəsizlik, demokratik, hüquqi cəmiyyətin qurulması və
müstəqil Azərbaycan dövlətçiliyinin inkişafı problemlərinin
tədqiqi və təhlilinə yönəlmişdir.
3.
Uşaq hüquqları haqqında Azərbaycan Respublikası-
nın Qanunu.- Bakı: Təhsil, 1998.- 16 s.
1999
4.
Uşaq hüquqları /tərc.: T.Vəliyev; “İnam” Plüralizm
Mərkəzi.- Bakı: Azərbaycan, 1999.- 44 s.
5.
Uşaq hüquqları konvensiya: Konvensiyanın qeyri-rəsmi
şərhlər və məlumat materialı ilə birlikdə tam mətni /BMT-nin
insan hüquqları mərkəzi.- Bakı, 1999.- 18 s.
Uşaq hüquqları Konvensiyası dünya birliyinin uşaqlar barə-
sində arzu və istəklərinin daha dəqiq və hərtərəfli ifadəsi kimi
insan hüquqları sahəsində beynəlxalq hüquqda xüsusi yer tutur.
25
Konvensiyanın 54 məddəsi vahid bir sənəddir. Konvensiya BMT
Baş Məclisi tərəfindən 1989-cu ildə qəbul edilmışdir. 1993-cü il
mayın 18-nə olan məlumata görə, Konvensiyanı 136 ölkə təsdiq
etmiş 23 ölkə imzalamışdır.
2000
6.
Sizin hüquqlarınız: [dərs vəsaiti] /tərt. Z.İsmayılova; red.
N.Quliyev; rəssam O.Hüseynov.- Bakı: İstedad, İşıq, 2000.- 63,
[1] s.
Kitab Ümumdünya insan hüquqları deklarasiyasının orjinal
şərhidir və məktəblilər üçün dərs vəsaiti kimi istifadə oluna bilər.
7.
Uşaq hüquqları: Beynəlxalq standartlar və yerli
qanunvericilik /Hüquq Maarifçiliyi Cəmiyyəti; İSAR; tərt. ed. və
burax. məsul İ.Əliyev.- Bakı: İsmayıl NPM, 2000.- 664 s.
Kitab uşaq hüquqları sahəsində beynəlxalq və yerli normativ
hüquqi aktların sistemləşdirilməsi istiqamətində ilk addımdır.
Kitaba uşaq hüquqları sahəsində beynəlxalq hüquqi aktlar və ölkə
qanunvericiliyinin uşaq hüquqları ilə norma institutları ilə yanaşı,
Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının yerli
qanunvericilikdə statusu ilə bağlı araşdırma, uşaq hüquqlarının
müdafiəsi ilə məşğul olan şəxslər üçün praktiki əhəmiyyəti olan
materiallar daxil edilmişdir.
2001
8.
İnsan hüquqları: Bəşər rifahının təməli: şərhlər və
beynəlxalq sənədlər /“İnam” Plüralizm Mərkəzi; tərt. ed.
V.Pərvizoğlu; məsləhətçi R.Musabəyov; tərc. T.Vəliyev.- Bakı:
BDU, 2001.- 608 s.
Kitabda insan hüquqları sahəsində beynəlxalq və milli
normalar ətrafli şərh edilməklə yanaşı, bəzi ən vacib beynəlxalq
hüquqi sənədlərin Azərbaycan dilinə tərcüməsi verilmişdir.