17
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ
Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan
maddi təminat almaq hüququ vardır.
Maddə 14. Uşağın vicdan, fikir və söz azadlığı
Hər bir uşağın, fikir və söz azadlığı vardır.
Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan,
fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar.
Uşağın səhhətində zərərli təsir göstərən dini ayinlərin icrası-
na cəlb edilməsi qadağandır.
Maddə 15. Uşağın məlumat azadlığı
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən
məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ
vardır.
Maddə 16. Uşağın əsas vəzifələri
Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan
Respublikasının dövlət rəmizlərinə bələd olmaq, biliklərə yiyə-
lənmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər
vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa
xalqların ənənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq,
tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək uşağın borcudur.
Bu vəzifələrin uşaqlar tərəfindən dərk edilməsinə və icrasına
valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin
uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur.
II Fəsil. Uşaq və ailə
Maddə 17. Uşağın ailədə yaşamaq hüququ
Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı
görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallar-
18
dan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayır-
maq qadağandır.
Maddə 18. Valideynlərindən ayrı yaşayan uşağın hüququ
Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan
uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə,
valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
Maddə 19. Valideynlərin hüquq və vəzifələri
Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələ-
ri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli
dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdır-
lar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və
mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin
mühafizəsi valideynlərin əsas vəzifələridir.
Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin
həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız
qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə
yol verilə bilər.
Uşağın vurduğu maddi ziyana görə onun valideynləri,
övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
Maddə 20. Uşağın mənzil hüququ
Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları
mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.
Maddə 21. Uşağın vərəsəlik və valideynlərinin əmlakı
hesabına saxlanma hüququ
Hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin əmla-
kına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən hər
ikisi və ya biri xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə
isə onların əmlakı hesabına saxlanmaq hüququ vardır.
III Fəsil. Uşaq və Cəmiyyət
Maddə 22. Uşağın təhsil almaq hüququ
19
Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunve-
riciliyinə uyğun olaraq təhsil almaq hüququ vardır.
Dövlət təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri
bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır.
Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.
Maddə 23. Fitri istedada malik uşaqlara dövlət qayğısı
Dövlət fitri istedada malik uşaqların erkən yaşdan üzə
çıxarılması və onların qabiliyyətinin qiymətləndirilməsi üçün təd-
birlər görür, onlar üçün adlı və xüsusi təqaüdlər müəyyən edir,
xüsusi təhsil müəssisələrinin sistemini yaradır və maliyyələşdirir,
bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirir.
Maddə 24. Uşağın əmək hüquqları
Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı
səviyyəsinə uyğun olaraq əmək hüququ vardır.
Uşaqların əmək hüququnun yaranmasının və həyata keçiril-
məsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericili-
yi ilə müəyyən edilir.
Maddə 25. Uşağın istirahət hüququ
Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək
hüququ vardır.
Maddə 26. Uşaqların ictimai təşkilatlarda birləşmək
hüququ
Uşaqların təhsil və ya yaşayış yerlərində Azərbaycan Res-
publikasının qanunvericiliyində müəyən edilmiş qaydada ictimai
birliklər və ictimai özfəaliyyət orqanları yaratmaq və onlarda
birləşmək hüququ vardır.
Maddə 27.Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ
Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ
vardır.
Uşaqların şərəf və ləyaqətinə qəsd edilməsi Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə
səbəb olur.
Maddə 28. Uşağın istismardan və zərərli təsirlərdən
mühafizəsi
Dostları ilə paylaş: |