45
I aparıcı: Bəli, Məhsəti şeirlərində insan psixologiyası çox təbii
və inandırıcı şəkildə əks olunub.
Dərddən söz açmağa məndə hanı can,
Ya qəm şərh etməyə ürək, ey canan?
Kağızı, qələmi cansız, ürəksiz,
Alır, ağlayıram, atıram, aman!
Rübai lirik qəhrəmanın vəziyyətini, duyğular aləmini və
ümidsizliyini təsvir etmək nöqteyi-nəzərdən çox maraqlıdır. XII
əsrin birinci yarısında yazıb-yaradıb, incə rübailəri ilə şöhrət
tapan şairənin yetişməsi Azərbaycan xalqının ictimai-siyasi və
mədəni həyatında qazandığı nailiyyətlərin təzahürüdür.
Onun yaradıcılığında Şərq qadınının azad və xoşbəxt həyatı
haqqında arzuları da əks olunmuşdur. İlk dəfə olaraq Səhab
Tahiri tərəfindən Məhsətinin müxtəlif mənbələrdən rübai, qitə
və qəzəlləri toplanmış və 1957-ci ildə 200-ə yaxın şeir
parçasından ibarət divanını tərtib etmişdir. Alman alimi Frits
Meyer 1963 – cü ildə “Gözəl Məhsəti” monoqrafiyasını yazmış
və 257 rübai, 30 yaxın şeir parçasını burada toplamışdır.
Azərbaycan alimləri və tədqiqatçılarının da Məhsətinin həyat
və yaradıcılığının araşdırılmasında çox böyük rolları olmuşdur.
Belə tədqiqatçılardan biri də professor, filologiya elmləri
doktoru Xəlil Yusifov “Məhsəti Gəncəvi” əsərini yazmış və
sonda 190-a qədər rübaini əruzla Azərbaycan dilinə çevirmişdir.
Məhsəti Gəncəvinin rübailəri təkcə Azərbaycan dilinə deyil,
ingilis, italyan, alman, fransız və s dillərə tərcümə edilmişdir.
Araşdırmalardan belə nəticə çıxır ki, XI əsrin sonları – XII əsrin
əvvəllərində yaşamış Məhsəti Gəncəvi Azərbaycan intibahının
parlaq nümayəndəsi və həqiqətidir. XII əsr Azərbaycan klassik
şeirinin görkəmli və gözəl nümayəndələrindən biri olan Məhsəti
Gəncəvi öz rübailəri ilə daha çox şöhrət qazanmışdır.
46
Söhbət rübailərdən düşmüşkən, gəlin oxucularımızın ifasında
sevimli şairəmizin rübailərini dinləyək:
***
Qəm görmüşə hər gün yeni bir qəm yetişər,
Dərd ilə yanan qəlbə dava kəm yetişər.
Aşiqləri öldürməyə çox meyl etmə,
Bir gün sənə də bəla, ey sənəm, yetişər.
***
Görsən məni bir söylə nədən dinmirsən?
Qan tökməyə təşnədir gözün, dönmürsən.
Çərxinmi cəfasıdır çatılmış qaşlar,
Cəlladmısan, insanlığa öyrənmisən?
***
Sən söylədin, ey gözəl: “Üzüm bir cənnət,
Yurdun, yuvan ondan tapacaq min ziynət”
Düzdürmü sənin sözün, yalandır yoxsa,
Dillənməyə könlündə kimin var cürət?
***
Güllər gül üzündən lap əcəb qaldı xəcil,
Ağzın dadını gördü, rütəb qaldı xəcil.
Könlündə ədəbsizlik əgər varsa, çəkin
Etsən də ədəbsizlik, ədəb qaldı xəcil
II aparıcı: Məhsəti Azərbaycan və Şərq ədəbiyyatının dövründə
yaşamışdır. Həmin dövrdə Nizami, Xaqani kimi dahi sənətkarlar
yetişmiş, Əbül – Üla, Fələki, Mücirəddin kimi şairlər yazıb –
yaratmışlar. Bu dövrdə dahi Nizami tərəfindən nəinki təkcə
Azərbaycan, bəlkə bütün Yaxın və Orta Şərq intibahının ən
parlaq ədəbi nümunələri yaradılmışdır.
Söhbət dahi sənətkarlarımız Nizamidən düşmüşkən gəlin sevimli
şairəmiz Nigar Rəfibəylinin “Məhsəti” dramatik poemasından
47
dahi şairlərimiz Nizami ilə Məhsətinin söhbətindən bir parçaya
tamaşa edək.
Səhnəyə əsərə uyğun paltarlarda Məhsəti Gəncəvinin və Nizami
Gəncəvinin sözlərini ifa edən oxucular çıxırlar. Məhsəti çox
fikirlidir. Nizami Məhsətini görməyə gəlir.
Məhsəti: Ustad!
Nizami: Mənim şair qızım yenə qəmlidir,
Yoxsa ağlamısan, gözün nəmlidir.
Məhsəti: Könlüm açılmayır, nədəndir ustad,
Sönmüş bir ocaqdır sanki kainat.
Gözümdə nuru yox günəşin də bax,
Mənimçün dünyada sən varsan ancaq
Məni əzir, ustad, sıxır bu dövran,
Heç könlüm açılmır nədənsə inan!
Nizami: Sən bir bəzəyisən bu kainatın,
Kədərlə keçməsin bu gənc həyatın.
Sabahın yelləri oxşasın səni,
Götürsün üstündən qara kölgəni.
Məhsəti: Eh, kaş bu saraydan, bu dəbdəbədən
Ömrüm boyu, ustad, iraq olaydım!
O sənin kimsəsiz, yoxsul evində
Həzin-həzin yanan çıraq olaydım.
Nizami: Sən ey mələksima, ey nazik ürək,
Sən olan evlərdə çıraq nə gərək?
Məhsəti: Gəl, ustad, qəlbimi açma, yaradır,
Xan mənim ağlımı, gözəlliyimi
Bir oyuncaq kimi satmaq istəyir,
48
Eşqimi, hissimi, məhəbbətimi
Şöhrət girdabına atmaq istəyir.
Nizami: Gəncliyin yaraşmır üzünə məlal,
Ümidin dostudur bil ki, istiqbal.
Sənin saf qəlbindən qopan hər fəğan
Ölməz, əsrlərlə yaşayır, inan!
Məhsəti: Könlümün dərdləri gəlməzdir saya,
Anamın yanınca düşdüm saraya...
Güvənib ağlıma, istedadıma
Xan da “qızım” dedi mənim adıma.
Nizami: Qapılma, acıdır xatirələr bil.
Məhsəti: Susdurmaz onları nə hiss, nə ağıl!..
Çox şey istəmədim mən ki həyatdan.
Nizami: Azadlıq eşqiylə yaşayır insan!..
Məhsəti: Sənətin tükənməz xəzinəsindən
Əlimdə qiymətli bir gövhərim yox.
Rayihələr saçan şeir bağında
Açılan ətirli süsənbərim yox.
Böyük şairlərin yaratdıqları
Bu əlvan dəstədə lalələrim yox.
Nə Şirinki kimi xoş qəzəllərim
Nə də Fərhad kimi bir hünərim yox.
Nizami: Sədəflə bəslənən incidir, dürdür,
Su deyil bu axıb gedən, ömürdür.
Şikayət eyləmə yoxsulluğundan,
Baxsan almazın da əsli kömürdür.
Dostları ilə paylaş: |