F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   ...   8   9   10   11   12   13   14   15   16

45 

 

I aparıcı:  Bəli, Məhsəti şeirlərində insan psixologiyası çox təbii 

və inandırıcı  şəkildə əks olunub. 

             Dərddən söz açmağa məndə hanı can, 

             Ya qəm şərh etməyə ürək, ey canan? 

             Kağızı, qələmi cansız, ürəksiz, 

             Alır, ağlayıram, atıram, aman! 

     Rübai  lirik  qəhrəmanın  vəziyyətini,  duyğular  aləmini  və 

ümidsizliyini təsvir etmək nöqteyi-nəzərdən çox maraqlıdır. XII 

əsrin  birinci  yarısında  yazıb-yaradıb,  incə  rübailəri  ilə  şöhrət 

tapan şairənin  yetişməsi Azərbaycan xalqının ictimai-siyasi və 

mədəni həyatında qazandığı nailiyyətlərin təzahürüdür.  

     Onun yaradıcılığında Şərq qadınının azad və xoşbəxt həyatı 

haqqında  arzuları  da  əks  olunmuşdur.  İlk  dəfə  olaraq  Səhab 

Tahiri  tərəfindən  Məhsətinin  müxtəlif  mənbələrdən  rübai,  qitə 

və  qəzəlləri  toplanmış  və  1957-ci  ildə  200-ə  yaxın  şeir 

parçasından  ibarət  divanını  tərtib  etmişdir.  Alman  alimi  Frits 

Meyer 1963 – cü ildə “Gözəl Məhsəti” monoqrafiyasını yazmış 

və 257 rübai, 30 yaxın şeir parçasını burada toplamışdır.  

     Azərbaycan alimləri və tədqiqatçılarının da Məhsətinin həyat 

və yaradıcılığının araşdırılmasında çox böyük rolları olmuşdur. 

Belə  tədqiqatçılardan  biri  də  professor,  filologiya  elmləri 

doktoru  Xəlil  Yusifov  “Məhsəti  Gəncəvi”  əsərini  yazmış  və 

sonda 190-a qədər rübaini əruzla Azərbaycan dilinə çevirmişdir. 

Məhsəti  Gəncəvinin  rübailəri  təkcə  Azərbaycan  dilinə  deyil, 

ingilis,  italyan,  alman,  fransız  və  s  dillərə  tərcümə  edilmişdir. 

Araşdırmalardan belə nəticə çıxır ki, XI əsrin sonları – XII əsrin 

əvvəllərində yaşamış Məhsəti Gəncəvi Azərbaycan intibahının 

parlaq nümayəndəsi və həqiqətidir. XII əsr Azərbaycan klassik 

şeirinin görkəmli və gözəl nümayəndələrindən biri olan Məhsəti 

Gəncəvi öz rübailəri ilə daha çox şöhrət qazanmışdır. 



 


46 

 

Söhbət  rübailərdən  düşmüşkən,  gəlin  oxucularımızın  ifasında 



sevimli şairəmizin rübailərini dinləyək: 

                            *** 

Qəm görmüşə hər gün yeni bir qəm yetişər,          

Dərd ilə yanan qəlbə dava kəm yetişər. 

Aşiqləri öldürməyə çox meyl etmə, 

Bir gün sənə də bəla, ey sənəm, yetişər. 

                            *** 

Görsən məni bir söylə nədən dinmirsən? 

Qan tökməyə təşnədir gözün, dönmürsən. 

Çərxinmi cəfasıdır çatılmış qaşlar,  

Cəlladmısan, insanlığa öyrənmisən? 

                            *** 

Sən söylədin, ey gözəl: “Üzüm bir cənnət,  

Yurdun, yuvan ondan tapacaq min ziynət” 

Düzdürmü sənin sözün, yalandır yoxsa, 

Dillənməyə könlündə kimin var cürət? 

                            *** 

Güllər gül üzündən lap əcəb qaldı xəcil, 

Ağzın dadını gördü, rütəb qaldı xəcil. 

Könlündə ədəbsizlik əgər varsa, çəkin 

Etsən də ədəbsizlik, ədəb qaldı xəcil 

 

II aparıcı: Məhsəti Azərbaycan və Şərq ədəbiyyatının dövründə 

yaşamışdır. Həmin dövrdə Nizami, Xaqani kimi dahi sənətkarlar 

yetişmiş,  Əbül  –  Üla,  Fələki,  Mücirəddin  kimi  şairlər  yazıb  – 

yaratmışlar.  Bu  dövrdə  dahi  Nizami  tərəfindən  nəinki  təkcə 

Azərbaycan,  bəlkə  bütün  Yaxın  və  Orta  Şərq  intibahının  ən 

parlaq ədəbi nümunələri yaradılmışdır. 

Söhbət dahi sənətkarlarımız Nizamidən düşmüşkən gəlin sevimli 

şairəmiz Nigar Rəfibəylinin “Məhsəti” dramatik poemasından 



47 

 

dahi şairlərimiz Nizami ilə Məhsətinin söhbətindən bir parçaya 



tamaşa edək

Səhnəyə əsərə uyğun paltarlarda Məhsəti Gəncəvinin və Nizami 

Gəncəvinin  sözlərini  ifa  edən  oxucular  çıxırlar.  Məhsəti  çox 

fikirlidir.  Nizami Məhsətini görməyə gəlir. 

Məhsəti:    Ustad! 

 

Nizami:      Mənim şair qızım yenə qəmlidir, 

                   Yoxsa ağlamısan, gözün nəmlidir. 

 

Məhsəti:     Könlüm açılmayır, nədəndir ustad, 

                    Sönmüş bir ocaqdır sanki kainat. 

                    Gözümdə nuru yox günəşin də bax, 

                    Mənimçün dünyada sən varsan ancaq 

                    Məni əzir, ustad, sıxır bu dövran, 

                    Heç könlüm açılmır nədənsə inan! 

 

 



Nizami:      Sən bir bəzəyisən bu kainatın, 

                    Kədərlə keçməsin bu gənc həyatın. 

                    Sabahın yelləri oxşasın səni, 

                    Götürsün üstündən qara kölgəni. 

 

Məhsəti:     Eh, kaş bu saraydan, bu dəbdəbədən 

                    Ömrüm boyu, ustad, iraq olaydım! 

                    O sənin kimsəsiz, yoxsul evində 

                    Həzin-həzin yanan çıraq olaydım. 



Nizami:      Sən ey mələksima, ey nazik ürək

                    Sən olan evlərdə çıraq nə gərək? 

 

Məhsəti:     Gəl, ustad, qəlbimi açma, yaradır, 

                    Xan mənim ağlımı, gözəlliyimi 

                    Bir oyuncaq kimi satmaq istəyir, 



48 

 

                    Eşqimi, hissimi, məhəbbətimi 



                    Şöhrət girdabına atmaq istəyir. 

Nizami:       Gəncliyin yaraşmır üzünə məlal

                    Ümidin dostudur bil ki, istiqbal. 

                    Sənin saf qəlbindən qopan hər fəğan 

                    Ölməz, əsrlərlə yaşayır, inan! 

 

Məhsəti:     Könlümün dərdləri gəlməzdir saya

                    Anamın yanınca düşdüm saraya... 

                    Güvənib ağlıma, istedadıma 

                    Xan da “qızım” dedi mənim adıma. 

 

Nizami:      Qapılma, acıdır xatirələr bil. 

 

Məhsəti:     Susdurmaz onları nə hiss, nə ağıl!.. 

                    Çox şey istəmədim mən ki həyatdan. 

 

Nizami:       Azadlıq eşqiylə yaşayır insan!.. 

 

Məhsəti:      Sənətin tükənməz xəzinəsindən 

                     Əlimdə qiymətli bir gövhərim yox. 

                     Rayihələr saçan şeir bağında 

                     Açılan ətirli süsənbərim yox. 

                     Böyük şairlərin yaratdıqları 

                     Bu əlvan dəstədə lalələrim yox. 

                   

                     Nə Şirinki kimi xoş qəzəllərim 

                     Nə də Fərhad kimi bir hünərim yox. 

 

Nizami:        Sədəflə bəslənən incidir, dürdür, 

                     Su deyil bu axıb gedən, ömürdür. 

                     Şikayət eyləmə yoxsulluğundan, 

                     Baxsan almazın da əsli kömürdür. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə