F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   ...   8   9   10   11   12   13   14   15   16

52 

 

 



Məhsəti: Deyirdim ölsəm də nə qəm, ellərə 

Mən ki, bir xəzinə qoyub gedirəm. 

Xanəmlə dağıldı yazdıqlarım da, 

Hanı, dünyada nə qoyub gedirəm? 

Cəngi mənə verin, dinləyim barı 

Onun telindəki hıçqırıqları. 



Məhsəti əlinə çəngi götürüb çalır. 

Mənə nə bilirdin, zaman eylədin 

Gücün çatan qədər divan eylədin. 

Çırpdın daşdan – daşa, ruzigar, məni. 

Bəs yara neylədim, atdı yar məni, 

Deyirdim o çətin unudar məni. 

Eşqim məhbus oldu dərdli sinədə, 

Döndərdi xəzana o bahar məni. 



İlyas Məhsəti xanıma təskinlik verir. 

Yox, Məhsəti xanım, bahar sizsiniz

Siz gözəl Gəncədə əvəzsizsiniz. 

Ömrünü  bitirib ötdükcə illər, 

Sizi sinəsinə yazacaq ellər. 

Məhsəti isə cavabında söyləyir: 

Mən haqqın yolunda sönən bir şamam, 

Tufanlı səhərdim, indi axşamam. 

Lütf edib dinləyin, ey növcavanlar, 

Ölüm ayağında sizə sözüm var. 

Gözünüz önündə qoyub həyatı. 

Dinləməyin əsla puç xurafatı. 

Elin çağrılmamış qonağıdır o, 

İnanmayın, böhtan çanağıdır o, 

İlyas, bir yaxın gəl, gəl dinlə məni, 

Sənə tapşırıram dərdli vətəni

Yaz, qoy yazdıqların bir aləm olsun, 

Yaralı vətənə o məlhəm olsun. 



53 

 

Məhsəti bu sözləri deyib, gözlərini həyata əbədilik yumur. 



İlyas onun başını dizləri üstə alaraq söyləyir

Sən bir ülkər idin, işıq saçardın, 

Bu işıq gözü kor dövrana düşdü. 

Şadlığı çox sevən o böyük qəlbin 

Əfsus! Gülzara yox, tufana düşdü. 

Bu an Əşrəf Məhsəti Gəncəvinin cənazəsi önündə diz çökür və 

deyir: 

                   Aman, yandı canım, bu ölüm nədir? 

                   Özün demirdinmi vətən canımdır? 

                   Ayrılıb dünyadan bir dünya gedir, 

                   Axı, sən deyirdin el dərmanımdır. 

                   Budur, dövrəndədir sevdiyin ellər, 

                   Əzizim, torpaqlar yaraşmır sənə. 

                   Deyirdin qürbətdə ölərsəm əgər, 

                   Vətən torpağında dirilləm yenə. 

                   Hanı, dediklərin söylə bəs hanı? 

                   Söndürdü xurafat ömür şamını, 

                   Fəqət rahat uyu, ey mehribanım, 

                   Alar oğulların intiqamını. 

 

İlyas:         Yox, yox, o ölməmiş, inanmıram mən, 

                   Fəqət üz çevirmiş zəmanəsindən. 

                   O öz atəşiylə nura büründü, 

                   Əsrin göylərində parladı, söndü. 

                   Fəqət inanıram, gələcək zaman. 

                   Onun göylərinin aydınlığından. 

                   Can alıb yuxudan o oyanacaq, 

                   O ulduz parlayıb yenə yanacaq. 

Tamaşanın sonunda iştirakçılar baş əyib, səhnədən ayrılırlar. 

II  aparıcı:  Təxminən  XIV  əsrdə  yarandığı  ehtimal  edilən  bu 

kitabın özündə də Məhsətiyə rəğbət hissi duyulur, onun yüksək 

istedadı,  mərdliyi,  xoş  təbiəti  göstərilir.  Məhsəti  Gəncəvi 



54 

 

yaradıcılığına rəvayətlərə əsasən yanaşmaq, əlbəttə, böyük səhv 



olardı. Məhsəti şairənin təxəllüsüdür. Necə ki, Xaqani, Nizami, 

Xətai  də  olduğu  kimi.  Əsrlər  keçməsinə  baxmayaraq  dərin 

insani  duyğuların  tərcümanı  olan  şeirlərin  müəllifi  Məhsəti 

unudulmamış, həmişə sevilmişdir. Məhsəti Gəncəvi bəzən Dəbir 

deyə xatırlanmışdır. XII  –XIII  əsrlərdə  yaşamış  görkəmli  İran 

şairi Fəridəddin Əttar “İlahinamə” poemasında Məhsətini Dəbir 

adlandırmışdır. Məhsəti dövrünə yaxın olan Əttar şairəni təmiz 

gövhərli Dəbir adlandırır. Dəbir katib, yazan, yazı işlərini aparan 

mənasını daşıyır. Dəbir yüksək savada, gözəl xəttə malik olmalı, 

hazırcavablığı, incə zövqü, diplomatik keyfiyyətləri ilə seçilməli 

idi.  Məhsəti  Gəncəvidə  bu  xüsusiyyətlərin  hər  biri  var  idi. 

Şairənin  bədahətən  şeirlər  deyə  bilməsi  də  bu  işdə  köməyinə 

gəlirmiş.  Bizə  görə, Məhsətinin  Dəbir deyə xatırlanması onun 

yüksək  savada  malik  bir  ziyalı  olduğunu,  Sultan  Səncər 

sarayında  aparılan  yazışmalarda  yaxından  iştirak  etdiyini 

göstərir. 



I  aparıcı:  Təzkirə  və  tarix  müəllifləri  də  Məhsətidən  gəncəli 

şairi  kimi  bəhs  etmiş,  əsərlərindən  nümunələr  vermişlər. 

Məhsəti  haqqındakı  məlumatlar  göstərir  ki,  o,  XII  əsr 

Azərbaycan şeirinin istedadlı nümayəndələrindən biri olmuşdur. 

Məhsətinin  ədəbi  irsi  zamanı  keşməkeşləri  nəticəsində 

pərakəndə düşmüş, bütöv bir məcmuə, ya divan şəklində gəlib 

bizə çatmışdır. Lakin xoşbəxtlikdən bu gözəl qadın şairənin irsi 

tamamilə  itib  batmamışdır.  Şeir  və  sənət  həvəskarları  onun 

şeirlərini 

əzbərləmiş, 

haqqında 

rəvayətlər 

düzəltmiş, 

şeirlərindən əldə edə bildiklərini dəftərlərinə köçürmüşlər.  



     Məhsətinin 

lirik 


qəhrəmanı 

məhz  dövrün  mənəvi 

buxovlarından  azad  olmuş  insandır.  Şairənin  rübailərində 

insanın psixologiyası çox təbii və inandırıcı əks olunur. Psixoloji 

cəhətdən  şeir  o  qədər  məharətlə  qurulmuşdur  ki,  həsrət  və 

düşüncə məngənəsində sıxılan aşiqin əhvali-ruhiyyəsi haqqında 




55 

 

oxucuda  aydın  təsəvvür  yaradır.  Məhsətinin  rübailərinin 



qəhrəmanı Məcnunun müasiridir.  

     Məhsətinin ayrı-ayrı peşə sahiblərinə həsr olunmuş rübailəri 

tarixilik  baxımından  da  əhəmiyyətlidir.  Həmin  şeirlər  ümumi 

şəkildə olsa da, o dövrkü Azərbaycan şəhərlərində olan sənət və 

sənətkarlar  haqqında  məlumat  verir.  Məhsətinin  peşə  və  sənət 

adamlarına  belə  rəğbətli  münasibəti  onun  əxilərə,  əxi 

görüşlərinə yaxınlığı haqqında düşünməyə imkan verir. Şairənin 

Gəncədə  yaşadığı Xarabat məhəlləsi əxilərin də çox toplaşdığı 

yer idi. Məhsətinin sadə əmək adamları ilə bağlılığı bu şeirlərdə 

aydın  hiss  olunur.  Məhsəti  rübainin  imkanları  daxilində 

mədhiyyə  ənənələrinə  sadiq  qalaraq  çox  maraqlı  əsərlər 

yaratmışdır.  

 

Üç min il dolanıb günəş dünyanı, 



Yaradar bir qızıl, ya gövhər kanı. 

Əlimi, ovcumu bir sözlə, ey şah, 

Sən etdin həm qızıl, həm gövhər kanı. 

 

     Bu rübaidə də Məhsəti böyük ustalıqla ona nə münasibətləsə 



bolluca bəxşiş verən hökmdara öz minnətdarlığını bildirir.  

     Məhsəti özünü qolsuz-qanadsız, zəif bir quşa, zəmanəsini isə 

onu  pərvazlanmağa,  ürəyinin  istəyincə  qanadlanmağa  macal 

verməyən  bir  qəfəsə  oxşadırdı.  Şairə  bu  rübaidə  öz  qüdrətini 

nümayiş etdirə bilmişdir.  Şairə hökmdarın səxavətini tərifləmək 

üçün  onu  üç  min  il  ərzində  bir  qızıl  mədəni  yetirən  günəşlə 

müqayisə  edir.  Məhsəti  folklor  havalı,  folklor  ruhlu  bir 

sənətkardır. Məhsəti bir şair kimi ədəbiyyatımızın qanunauyğun 

inkişafı ilə,  öz yaradıcılığı ilə bu tərəqqiyə yeni izlər qoydu, söz 

sənətimizin  yüksəlişinə  təsirli  xidmətlər  göstərdi.  Fars,  ərəb, 

türkdilli  şeirdə  on  üç  əsrlik  zəngin  ənənəsi  olan  rübaiçilikdə 

Məhsətinin  xüsusi  yeri  var.  O,  Xəyyamla  birgə  Şərq 

ədəbiyyatında  ən  qüdrətli  rübai  ustası  kimi  şöhrətlənmişdir.   



56 

 

Onun  ədəbi  irsindəki  yeni  mövzular,  cəsarətli  ideyalar, 



sələflərindən  tamamilə  fərqlənən  obrazlar  sistemi  rübaiçiliyi 

zənginləşdirmiş,  ideya-tematik  hüdudlarını  bir  qədər  də 

genişləndirmiş,  ifadə  tərzini  bir  qədər  də  əlvanlaşdırmışdır. 

Məhz elə buna görə sonralar rübaiyə üz tutan bir çox sənətkarlar 

Məhsəti  ənənələrini  davam  etdirmiş,  Məhsəti  rübailərinə 

nəzirələr, bənzətmələr yazmışlar. 



II  aparıcı:  Məhsətinin  yaşadığı  dövrdən  keçən  bir  zaman 

ərzində  heç  kəs  onun  bir  şairə  kimi  tarixi  şəxsiyyət  olmasına 

şübhə  ilə  yanaşmamışdır.  Məhsəti  Gəncəvinin  tarixi  şəxsiyyət 

olmasını  bir  çox  orta  əsr  şair  və  alimlərinin  müxtəlif  qeydləri 

təsdiq edir. Öz incə ruhlu şeirlər ilə şöhrətlənən şairə ömrünün 

müəyyən müddətini Sultan Mahmud Səlcuqi və Sultan Səncər 

saraylarında  keçirmişdir.  O,  rübai  janrının  ən  görkəmli 

nümayəndəsi kimi tanınmışdır. Məhsətinin həyatı və şeirləri öz 

zəmanəsindən  başlayaraq  şeir  və  sənət  adamlarının  diqqətini 

cəlb  etmişdir.  Qadın,  onun  mənəvi  haqqı,  idealları,  arzu    və  

istəkləri    Məhsəti    şeirində    heyrətamiz  bir  ustalıqla  qələmə 

alınmışdır.  Bu  baxımdan  ədəbiyyatlarımızın  Məhsətidən  çox 

sonrakı  inkişaf  mərhələlərində  də  gəncəli  şairənin  ucaldığı 

səviyyəyə 

qalxan 

ikinci 


sənətkar 

görmürük.  Məhsəti 

Azərbaycan  şeirində  ilk  dəfə  şəhraşüb  janrına  müraciət  etmiş, 

bütün  Şərq  şeirində  rübai  –  şəhraşüblar  silsiləsinin  ən 

mükəmməl  örnəklərindən  birini  qələmə  almışdır.  Məhsəti 

irsinin poetik incəlikləri saysız – qədərsizdir. Bəli Məhsəti söz 

tariximizin ilk böyük  şairəsidir. 

     Məhsəti Gəncəvi intibah dövründə Azərbaycan ədəbiyyatının 

asimanında  öz  yeri  olan,  gözə  tez  çarpan  parlaq  ulduzlardan 

biridir.  Məhsətinin  Nigar  Rəfibəyli  tərəfindən  ustalıqla 

Azərbaycan türkcəsinə  çevirilmiş  rübailəri oxucular tərəfindən 

rəğbətlə qarşılanmış, dönə - dönə çapdan çıxmışdır. 

 



57 

 

Söhbət  rübailərdən  düşmüşkən  gəlin  məktəbli  oxucularımızın 



ifasında rübailərə qulaq asaq. 

I Oxucu:         Hər iki dünyanın kərimi Sənsən 

Qocaya, cavana kömək edənsən! 

Sənin rəhmətinə əminik, Allah, 

Könlümüz şad olur sənin feyzindən. 

II Oxucu:        Məni kam almağa qoymadı zaman, 

                       Gücü çatan qədər elədi divan 

                       Deyəsən əhd etmiş,dolandıqca hey 

Məni də özüylə hərlətsin dövran. 

I Oxucu          Özgədən heç zaman gözləmə kömək, 

                       Quru budaq kölgə salmaz, ey ürək! 

                       Qənaət əzizlər, tamah  xar edər, 

                       Az olan şeylərə qənaət gərək. 

II Oxucu:        Ey ürək! Ömrünü vermisən badə, 

                       Gülüb yetməmisən kamə, murada. 

                       Kimsə yetişmədi dadıma, heyhat! 

                       Mən sənin əlindən gəldim fəryadə. 

I Oxucu:         Yudun xətaləri, sən ey lütfkar

                       Qulluq sırğan bütün qulaqlarda var. 

                       Günahın yükünü götür, ey Allah, 

                       Dar gündə kimsəni sən eyləmə xar! 

I  aparıcı:  Bu  gün  Məhsətinin  danışdığı  dillərin  sayı  çoxdur. 

Gəncəli şairənin poetik yadigarlarının sərhədi getdikcə böyüyür. 

Rübailər almancaya, fransızcaya, ingiliscəyə, italyancaya və s. 

dillərə  çevrilib.  Bir  sözlə,  Məhsəti  şöhrətinin,  Məhsəti 

fəthlərinin  fəzaları  hüdudsuzdur.  Məhsəti  sözünün  cazibəsi 

doqquz  yüz  il  bundan  əvvəl  olduğu  məqamında  qalır,  yenə 

oxucusunu heyran edir   Bu gün dünyada bizi – Azərbaycanı həm 

də Məhsətiyə görə tanıyırlar. Məhsəti Gəncəvi ölməz sənəti ilə 

bütöv  Azərbaycanda  özünə  abidə  ucaldıb.  Təsəvvürümüzə 



58 

 

sığmayacaq  qədər  nəhəng  zamanlar  boyu  Məhsətinin  adı  və 



şeirləri  illərimizi  aydınladacaq,  köhnəlməyən  gerçəkləriylə 

köhnə dünyaya hayan olacaq. 



     Ötkəm şəxsiyyəti, üstün ağlı, sərhədsiz duyğular dünyasıyla 

vəhdətdə  olan  qələminin  bəhrələrini  xalqına  əbədi  miras  edən 

Məhsətinin  millətinə  və  məmləkətinə  xidmətlərindən  biri  də 

adının  yanında  Gəncə  sözünün  olmasıdır.  Məhsəti  uca 

varlığıyla,  yaşarı  irsiylə  adının  yanındakı  vətəni  hər  zaman 

qorudu. Məhsəti nəğməsinin, Məhsəti sözünün, Məhsəti adının 

yeni  əsrdə,  yeni minillikdə daha böyük diqqətlərə və sevgilərə 

layiq görüləcəyinə hamımız inanırıq. Məhsətinin söz övladları, 

şeir  balaları  doqquz  yüz  əsrdən  çoxdur  diridir,  sağdır.  Onun 

əsərləri  zehinlərdə,  könüllərdə  daim  yaşayacaq  və  yeni 

doğulacaq əsərlərdə əks-səda verəcək... 

      Ədəbi hadisə olan Məhsəti Gəncəvi tək milli şeirimizin, tək 

Şərqin deyil, bütün dünya ədəbiyyatının bəzəyi olmağa layiqdir. 

II aparıcı:Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, 

Azərbaycanın  birinci  xanımı,   Heydər  Əliyev   Fondunun  

prezidenti,  UNESCO-nun  və  İSESCO-nun   xoşməramlı  səfiri 

Mehriban  Əliyevanın  dəstəyi  ilə  Azərbaycanda,  Avropanın  

Fransa, Avstriya, İtaliya kimi dövlətlərində, Şərqin  və  dünyanın  

digər    ölkələrində    musiqi    axşamları,  sərgilər,  ədəbi  gecələr, 

teatrlar  təşkil  edilib. Bəli, XI əsrin sonu – XII əsrin əvvəllərində 

yaşamış  böyük  Azərbaycan  şairəsi  Məhsəti  Gəncəvi 

mədəniyyətimizin    intibahının    parlaq  nümayəndəsi  olub.  Bu 

gün  dünyada  bizi  –  Azərbaycanı  həm  də  Məhsətiyə  görə 

tanıyırlar.  Məhsəti  Gəncəvi  ölməz  sənəti  ilə  bütöv 

Azərbaycanda özünə abidə ucaldıb. 

     Təsəvvürümüzə  sığmayacaq  qədər  nəhəng  zamanlar  boyu 

Məhsətinin adı və şeirləri illərimizi aydınladacaq, köhnəlməyən 

gerçəkləriylə köhnə dünyaya hayan olacaq. Millətinə bağışladığı 

bu  əbədi  birincilik  və  o  birinciliyin  gətirdiyi  milli  iftixar 

duyğusu Gəncəli Məhsətini həmişə gənc edəcək! 



59 

 

Ədəbiyyat siyahısı 



 

Əsərləri 

Məhsəti Gəncəvi nəğmələri : Məhsəti Gəncəvi rübailəri Rafael 

Hüseynovun farscadan tərcümələrində və Rizvan Sədirxanovun 

bəstələrində - Bakı : Şərq-Qərb, 2013. - 71 s.  

Rübaidən - rübaiyə : Seçmə tərcümələr. - Bakı : Elm və Təhsil, 

2012. - 208 s.  

Rübailər.  -  Bakı  :  Lider  nəşriyyatı,  2004.  -  144  s.  -  (Klassik 

Azərbaycan Ədəbiyyatı).  



Rübailər //

 

Azərbaycan qadın şairləri antologiyası : Poeziya. 

-  Bakı  :  Avrasiya  Press,  2005.  –  S.  12-19.  (Ədəbiyyat 

antologiyaları).  



Şeirlər // Seçilmiş əsərləri. - Bakı : Çaşıoğlu, 2006. - 232 s.  - 

(Azərbaycan Ədəbiyyatı).  

 

Haqqında 

Hüseynov R.  Məhsəti - necə varsa. - Bakı : Yazıçı, 1989. - 336 

s.  - kiril əlifbası ilə. 



Hüseynov R. Məhsəti Gəncəvi-özü, sözü, izi. - Bakı : Nurlan, 

2005. - 560 s.  



Hüseynov R.  Məhsəti  Gəncəvi:  portret-oçerk.  -  Bakı  :  Şərq-

Qərb,  2013.  -  80  s.  -  Kitab  Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyevin  Məhsəti  Gəncəvinin  900  illik 

yubileyinin  keçirilməsi  haqqında  16  yanvar  2013-cü  il  tarixli 

Sərəncamına  əsasən  nəşr  olunur.  -  Kitab  Azərbaycan  Milli 

Elmlər 


Akademiyasının  Nizami  Gəncəvi  adına  Milli 

Azərbaycan 

Ədəbiyyatı 

Muzeyində 

hazırlanmışdır. 

Frontispisdə  verilmiş  Məhsəti  Gəncəvinin  portretinin  müəllifi 



rəssam Güllü Mustafayevadır.  


60 

 

Hüseynov R.  Söz tək gözəl - Məhsəti : monoqrafiya. - Bakı : 

Şərq-Qərb, 2013. - 560 s.   

Məhsəti Gəncəvi // Varlıq : Ensiklopedik toplu. - Bakı : Zaman, 

1998. – S. 205.

  

Qacar  Ç.  Sufi  krallığının  birinci  xanımı  Məhsəti  Gəncəvi  // 

Azərbaycan  qədim  və  orta  əsrlərdə.  Görkəmli  şəxsiyyətlər.  - 

Bakı : OKA ofset, 2012. - S. 136-146. 

 

Məhsəti xanım obrazı bədii ədəbiyyatda 

 

Dilbazi M. Məhsəti : mənzum pyes // Seçilmiş əsərləri. - Bakı : 

Lider, 2007. - S. 249-270.  



Kəmalə. Məhsəti : 4 pərdəli mənzum pyes // Məhsəti : mənzum 

pyeslər. - Bakı : Yazıçı, 2001. – S.5-96. 



Ordubadi M.S. Qılınc və qələm. –  Bakı : Şərq-Qərb, 2005. – 

344 s. 


Rəfibəyli N. Məhsəti : dramatik poemadan bir parça // Seçilmiş 

əsərləri. - Bakı : Şərq-Qərb, 2004. - S. 244-253.  

 

 

 



 

 

 

 

 

 

 

 

 

 


61 

 

Humanizmi, nikbinliyi ilə seçilən şairə



 

(metodik vəsait) 

 

 



 

 

 



 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 21 

Çapa imzalanmışdır: 27.02.2018 

Tirajı:100 

Pulsuz 


 

 

 



 

 

 



 

 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə