F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

30 

 

     Məhsəti  Gəncəvi  misralarda  süzgün  baxışların  təsvirindən 



doğan dərin məhəbbət hissinin  yaranmasını ifadə etmişdir. Bu 

məhəbbət  hissini ərəb əlifbasında hərflərin  yaratdığı  iki sözün 

müqayisəsi  yolu  ilə  ifadə  etməkdə  çox  böyük  ustalıq 

göstərmişdir. Belə ki, ikinci misrada adları çəkilən “eyn”, “şin”, 

“qaf”  hərflərinin  birləşməsindən  yaranan  “Eşq”  sözü,  üçüncü 

misrada  adları  çəkilən  “sin”,  “nun”  və  “kaf”  həriflərinin 

yaratdığı “səng” (daş) sözü ilə (ərəb əlifbasında sait səslər yazıda 

ifadəsini  tapmır)  müqayisə  etmişdir.  Lirik  parçanın  məzmunu 

belədir:  “Sənin  baxışların  məndə  sənə  qarşı  olan  eşqin 

(məhəbbətin) ifadəsidir. Mən daş deyiləm, bu süzgün baxışların 

mənasını  başa  düşürəm:  Məhsəti  Gəncəvi  sözün  müxtəlif 

çalarlarından məqamında məharətlə istifadə etməyi bacaran bir 

şairdir.  Eyni  sözün  müxtəlif  mənalarda  işlədilməsi  Məhsəti 

rübailərinin poetik xüsusiyyətlərindəndir. Aşağıdakı rübaini bu 

baxımdan nəzərdən keçirməyi lazım bilirik. 

Xöşbəxtdir rüxünə rüx qoysa hər kəs

Rüxün eyləyəni şah edə bilməz. 

Mən oyuna baxım, yoxsa rüxünə? 

Bu halda neyləyim, mat qalmayım bəs? 

     Şair  həmin  rübaidə  bu  gün  də  fikri  prosesin,  düşüncənin 

fəallığı  üçün  çox  mühüm  vasitə  olan  şahmat  oyununun 

xüsusiyyətindən  danışır.  Cəmi  4  misradan  ibarət  olan  şeir 

parçasında  rüx  sözü  bir  neçə  dəfə  təkrar  olunur,  lakin  həmin 

sözlər ayrı-ayrı mənalarda işlənir: Birinci misrada rüx sözü fars 

dilində  üz  mənasında  işlədilmişdir.  İkinci  misradakı  rüx  sözü 

gedişi ilə fərqlənən şahmat oyunundakı fiqurun adıdır.         

     Yuxarıda qeyd edildiyi kimi, Məhsəti Gəncəvinin bədahətən 

söz demək qabiliyyətinə malik  olmasıdır ki,  rübaidə öz əksini 

tapır. Belə ki, bütün tədqiqat əsərlərində deyildiyi kimi, Məhsəti 

Gəncəvi gözəl şahmat oynamağı sevirmiş. Bu rübainin yaranma 

tarixçəsi  belə  olmuşdur:  həyat  yoldaşı  Xətiboğlu  ilə  şahmat 



31 

 

oynayır.  Rübaidən  də  aydın  olduğu  kimi,  Xətiboğlu  simaca 



gözəl bir adam olub. Xətiboğlu oyun prosesində rüxlə(vəzirlə) 

şah  elan  edir.  Məhsəti  xanımın  şahı  gizlətməyə  yeri  olmadığı 

üçün  mat  vəziyyətdə  qalır.  O,  pərt  olmamaq  üçün  bədahətən 

həmin rübaini deyir. Rübainin lirik məzmunu ondan ibarətdir ki: 

sən o qədər gözəlsən ki, sifətinin gözəlliyi mənim diqqətimi cəlb 

elədi,  fikrim  oyundan  yayındı.  Belə  halda  mən  necə  mat 

olmayım.  Gətirilən  nümunələrdən  aydın  olur  ki,  Məhsəti 

Gəncəvi  təsirləndiyi  hər  kiçik  hadisə  ilə  bağlı  bədahətən  şeir 

deməyə  qadir  olmuşdur.  Həm  də  bu  şeirlər  poetikanın 

tələblərinə  cavab  verən  ahəngi,  qafiyə  sistemi,  ölçüsü  ilə 

oxucunun  diqqətini  cəlb  edən,  dərin  fəlsəfi  məna  daşıyan 

nümunələrdir.  Məhsəti  Gəncəvi  rübailəri  başqa  klassik  söz 

sənətkarlarının  əsərləri  kimi,  xalqın  milli  sərvətidir.  Doqquz 

əsrin  sənət  süzgəcindən  keçib  gələn  bu  nümunələri  gəncliyə 

çatdırmaq  isə  bizim  vəzifəmizdir.  Hazırda,  başqa  sahələrdə 

olduğu  kimi,  ədəbiyyatda  da  kirikulum  və  dərsliklərin 

hazırlanması üzərində iş davam edir. Azərbaycan ədəbiyyatında 

M.Gəncəvinin yerini nəzərə alaraq, inteqrasiya yolu ilə Məhsəti 

rubailərinin mahiyyətinin gəncliyə çatdırılması məqsədə uyğun 

olardı. Belə ki, həmin rübailər şagirdin düşünmə qabiliyyətinin 

artırılmasına,  nitqinin  inkişaf  etdirilməsinə  fayda  verəcəyi 

şübhəsizdir.                                                                                                             

     Orta yaş qrup oxucular arasında Məhsəti Gəncəvinin yubileyi 

münasibətilə sual-cavab gecələri, testlər və ya ədəbi viktorinalar 

təşkil  oluna  bilər.  Sual-cavab  gecəsi  kitabxanaçı  tərəfindən 

təşkil olunur və oxuculara suallar təqdim olunur. 



Suallar: 

1.Məhsəti Gəncəvi neçənci əsrdə yazıb-yaratmışdır? 

Cavab: M.Gəncəvi XII əsrin əvvəllərində yazıb-yaratmışdır. 

2. Məhsəti Gəncəvi kimdir? 

Cavab:  Məhsəti  Gəncəvi  gözəl  şairə,  rübai  ustası,  tarixi 

şəxsiyyətdir.  Onun  tarixi  şəxsiyyət  olmasını  Fəridəddin  Əttar, 




32 

 

Şəmsəddin  Məhəmməd  Ben  Qeys  Razi,  Həmdullah  Qəzvini, 



Dövlətşah  Səmərqəndi,  Əmin  Əhməd  Razi,  Qiyasəddin 

Xondəmir və başqa şairlər təsdiq edirlər.  

3.  Məhsəti  Gəncəviyə  həsr  olunmuş    əsərlər  haqqında    nə 

məlumatınız var? 

Cavab:  Gövhəri  Zərgərin  “Əmir  Əhməd  və  Məhsəti”  dastanı, 

Mirvarid  Dilbazinin  “Məhsəti”  pyesi,  Nigar  Rəfibəylinin 

“Məhsəti”  poeması,  Kəmalə  Ağayevanın  “Məhsəti”  pyesi, 

Fəridə Ləmanın “Məhsəti” şeiri və  s. 

4.  Məhsəti  Gəncəvi  haqqında  yazılmış  kitablar  haqqında  nə 

məlumatınız var? 

Cavab:  Rəfael  Hüseynovun  “Məhsəti  necə  varsa”,  “Məhsəti 

Gəncəvinin  özü,  sözü,  izi”,  Frits  Meyerin  “Gözəl  Məhsəti” 

kitabları və s. 

5. Məhsəti adı nə məna kəsb edir? 

Cavab:  Məh  sözü  ay  və  böyük  mənasını,  siti  isə  xanım 

mənasında işlənmişdir. 

6.  Hansı  şairlər  Məhsəti  Gəncəvi  ilə  eyni  dövrdə  yazıb, 

yaratmışlar? 

Cavab: Nizami, Xaqani, Əbül-Üla, Mucirəddin və s. 

7. Hansı şairlərin, yazıçıların əsərlərində Məhsətinin adına rast 

gəlmisiniz? 

Cavab: Məhsəti Gəncəvi haqqında ilk qeyd Nizami Gəncəvinin 

“Xosrov  və  Şirin”  əsərində  verilmişdir.  Bundan  başqa    M.  S. 

Fəridəddin  Əttarın  “İlahinamə”  əsərində,  M.  S.Ordubadinin 

“Qılınc  və  qələm”  romanında  da  tarixi  şəxsiyyət  kimi 

Məhsətinin adı keçir. 

8. Məhsəti Gəncəvi şairlikdən başqa,  hansı qabiliyyətlərə malik 

idi? 


Cavab: Gəncənin intibah havalı münbit ədəbi mühitində solmaz 

rübailər  yaradan  Məhsəti  həm  də  mahir  musiqiçi  və  usta 

şahmatçı idi. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə