F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   ...   8   9   10   11   12   13   14   15   16

36 

 

Məhsəti ilə şahmatda da gücünü sınayır. Başqa bir yerdə şahın 



Əmir  Əhmədlə  mərc  gələrək,  min  dinardan  şahmat  oynaması 

göstərilir. Əmir Əhməd qələbə çalır və şah borcunu qızıl pulla 

ödəyir.  

     Bir  dəfə  Məhsətini  yenə  saraya,  Gəncə  şahının  hüzuruna 

çağırırlar.  Nəyə  görəsə  qəzəblənmiş  hökmdar  əmr  edir  ki, 

Məhsətini öküz dərisinə bürüyüb, zindana atsınlar.    

     Ancaq  altı  gündən  sonra  yerli  əyanların  xahişi  ilə  şairəni 

zindandan çıxarırlar və o, qəzəblə şahı ifşa edən şeirlər söyləyir. 

    Başqa  bir  yerdə  qış  ovu  zamanı  şairənin  Gəncə  şahına  qar 

haqqında bədahətən şeir söylədiyi göstərilir. Bu şerin məzmunu 

haqda yuxarıda bəhs edilib. Şerin gözəlliyindən vəcdə gələn şah 

şairəyə at bağışlayır. Lakin müstəbid şah tələb edir ki, sevgililər 

ayrılsınlar və Məhsəti köçüb biryolluq sarayda yaşasın. Məhsəti 

Əmir Əhmədə təklif edir ki,  Bəlx şəhərinə qaçsınlar. Əvvəlcə 

şairə  özü  oraya  gedir.  Onun  gəlişi  şərəfinə  Bəlxin  və  bütün 

Xorasanın  şairləri  buraya  yığışır.  Şeir  yarışı  başlanır.  Məhsəti 

poetik tapmaca söyləyir. Heç kim onu aça bilmir.  

     Yarışın bu yerində heç kimin tanımadığı bir şəxs peyda olur 

və  tapmacanın  cavabını  gözəl  bir  şeirlə  söyləyir.  Hamı          

anlayır  ki,  onların  qarşısındakı  şəxs  Əmir  Əhmədddir. 

Dastanın  sonunda  bildirilir  ki,  sevgililər  doğma  Gəncəyə  

qayıdır, öz  nigahlarını  rəsmi  şəkildə bağlayırlar və bu nikahdan 

onların iki övladı olur. 

     Atası  öldükdən  sonra  Əmir  Əhməd  Gəncənin  xətibi  olur. 

Sonra o özü də rəhmətə gedir. Məhsəti Əmir Əhmədin ölümünə 

o  qədər  göz  yaşı  tökür  ki,  axırda  gözləri  tutulur.  Şairə  öz 

sevgilisindən sonra cəmisi iki il yaşaya bilir. 

Dastan  haqqında  məlumat  verildikdən  sonra  kitabxanaçı 

tədbirdə  iştirak  edən  oxuculara  “Məhsəti  və  Əmir  Əhməd” 

dastanından bəhs edən suallar verir, onlarla diskussiya aparır. 

Ən fəal oxucu kitabxana tərəfindən mükafatlandırılır. 



37 

 

     Kitabxanalarda oxucular tərəfindən sevilən tədbirlərdən biri 



də  müsabiqələrdir.  Bildiyimiz  kimi  Məhsəti  Gəncəvi                     

bir-birindən  maraqlı  rübailərin  müəllifidir.  Həmin  rübailər 

kitabxananın  fəal  oxucuları  tərəfindən  ifa  olunur.  Rübaini  ən 

gözəl  söyləyən  oxucu  mükafatlandırılır.  Müsabiqə  zamanı 

həmin rübailərə, “Məhsəti və Əmir Əhməd” dastanına uşaqlar 

tərəfindən  illüstrasiyalar  çəkilməsi  tapşırılır.  Şəkilərin 

hazırlanması üçün uşaqlara iki həftə vaxt verilir. Bu vaxt ərzində 

oxucular  həm  Məhsəti  Gəncəvidən  bəhs  edən  dastanı, 

Məhsətinin  rübailərini  oxuyur,  ən  çox  bəyəndikləri  rübailərə 

illüstrasiyalar  çəkirlər.  Ən  gözəl  məna  kəsb  edən  rəsm  işləri 

mükafatlandırılır. 

Həmçinin 

rəsm 

müsabiqələri 



üçün 

məktəblərarası yarışmalar da təşkil etmək olar. 

     Rəsm müsabiqələri ilə yanaşı, başqa müsabiqələrin də təşkili 

mümkündür.  Məsələn,  uşaqların  ifasında  Məhsəti  Gəncəvidən 

bəhs edən dastan, poema, pyeslər səhnələşdirilərək münsiflərə 

təqdim  olunur.  Münsiflər  heyəti  kitabxana  müdirindən, 

teatrımızın görkəmli nümayəndələrindən təşkil edilir. Yaxşı olar 

ki, tədbirə Məhsəti yaradıcılığı ilə yaxından maraqlanan şair və 

yazıçılar dəvət olunsun.(Rəfael Hüseynov, Kəmalə Ağayeva və 

s.)  Əsəri  ən  gözəl  səhnələşdirilən  uşaqlardan  ibarət  komanda 

mükafatlandırılır.  

Kitabxanaçı tədbir iştirakçılarına üzünü tutaraq söyləyir: 

Əziz  qonaqlar,  tədbir  iştirakçıları  indi  isə  gəlin  məktəbli 

oxucularımızın ifasında hazırlanmış səhnəciyi sizə təqdim edək. 

Uşaqlar 

Mirvarid 

Dilbazinin 

“Məhsəti” 

pyesini 

səhnələşdirirlər.  Səhnə  dekorasiyalarla  bəzədilir.  İştirakçılar 

əsərə uyğun geyimlərdə  səhnəyə çıxırlar. Səhnəcikdə Məhsəti, 

Cahan qarı, Qoca iştirak edirlər. Cahan qarı Məhsətiyə üzünü 

tutub söyləyir. 

Cahan qarı:  Qapına gəlibdir bir qoca kişi. 

Məhsəti:  Xoş xəbərlə olsun onun gəlişi. 

Cahan qarı: Üzündən, gözündən qüssə - qəm yağır. 




38 

 

Məhsəti: Gəlmək istəyirsə içəri çağır. 



İçəri yoxsul geyimli nurani bir qoca girir, salam verib susur. 

 

Məhsəti: Atacan, sən kimsən, de adın nədir?   



               Buraya gəlməkdən muradın nədir? 

Qoca:  Goranlı Nəsibdir adım, ay bala, 

            Adını eşidib çıxmışam yola. 

            O şairə sənsən, ay qızım, deyən, 

            Altı igid oğul atasıyam mən 

            Onlar döyüşlərdə qurban gedəli, 

            Boğur külfətimi qıtlığın əli. 

            Kəndliyəm, nə odum, nə ocağım var, 

            Nə əkib-biçməyə öz torpağım var. 

            Altı oğul verdim, vətənə qurban, 

            Onların atası ölüb acından, 

            Körpə balaları daxmada acdır, 

            Sənin köməyinə onlar möhtacdır. 

            Kəklik əti yeyir şah tulaları, 

            Ölür əsgərlərin ac balaları. 

            Əlim işləməkdən qabar-qabardır, 

            Ancaq bunun bizə nə xeyri vardır, 

            İşləyib, ac ölmüş nəsillərimiz, 

            Şahların, xanların qullarıyıq biz. 

 

Sözləri  deyib,  kişi  doluxsunur.  Məhsəti  üzünü  qocaya  tutub, 



söyləyir. 

 

Məhsəti: Baba, gəlişindən könlüm oldu şad

               Mənə o körpələr qoy olsun övlad. 

               Sizin göz yaşınız şahlara çatmaz 

               Yatmış vicdanları bu səs oyatmaz 

               Min əsgər uşağı ölsün acından, 

               Şahların bir tükü tərpənməz, baba! 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə