F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   ...   8   9   10   11   12   13   14   15   16

49 

 

                     Gəncsən, çox yaradıb, yazacaq əlin, 



                     Lakin sarsılmasın eşqin, əməlin. 

                     Qoyma ki, büdrəsin əlində qələm

                     İnsanın ən böyük düşmənidir qəm... 

                     Sönməz əbədiyyət, yüksələr günəş, 

                     Açılar üfüqdə bir özgə aləm... 

                     Yaşa bu dünyada günəşdən təmiz. 

                     Nə yalançı şöhrət, nə yalançı şan 

                     Bil ki, qoymamışdır tarixdə nişan. 

                     Bağlasın adınla elin baharı, 

                     Adınla ucalsın yurdun vüqarı! 

                     Səni yetişdirən bu ana torpaq 

                     Sənin sənətinlə abad olacaq. 

                     İnan, gələcəyin böyük adı var, 

                     Yaşar yer üzündə insan bəxtiyar! 



Tamaşanın  sonunda  ifaçılar  tədbir  iştirakçıları  ilə  sağollaşıb 

səhnədən ayrılırlar. 

I  aparıcı:  Orta  əsrlər  şəraitində,  qadının  hüquqlarının 

məhdudlaşdırdığı  bir  dövrdə  Məhsəti  Gəncəvi  kimi  istedadlı 

şairənin  yetişməsi  xüsusi  əhəmiyyət  kəsb  edirdi.  Bu  ümumi 

mədəni səviyyənin, baxışlarda yaranan yeniliyin, azadfikirliliyin 

əlamətlərindən idi. Məhsəti kimi bir qadın sənətkar birdən-birə 

yetişə  bilməzdi.  Bunun  üçün  müəyyən  zəmin  olmalı  idi. 

Məhsətinin  əldə  olan  şeirləri  göstərir  ki,  o,  yaxşı  təhsil  almış, 

ərəb  və  fars  dillərini  öyrənmiş,  Şərq  ədəbiyyatı    incəliklərini 

mükəmməl bilmişdir. Onun əsərlərində işlənilən bədii vasitələr 

aydın şəkildə göstərir ki, Məhsəti yüksək istedad və incə zövqlə 

yanaşı,  dərin  mütaliəyə  malik  olmuşdur.  Düzdür,  Məhsətinin 

həyatı,  şəxsiyyəti,  təhsili  haqqında  mənbələrdə  dəqiq,  ətraflı 

məlumat  yoxdur.  Şairə  haqqında  ancaq  əsərlərindən  əldə  olan 

nümunələrə  əsaslanıb  müəyyən  fikirlər  irəli  sürmək  olar.  Bu 

ondan irəli gəlir ki, orta əsrlər şəraitində qadının şeir yazmağını 

qəbahət  saymış,  onun  haqqında  danışmağı  məqbul  hesab 




50 

 

etmişlər. Şairənin haqqında müxtəlif rəvayətlər uydurulmuşlar. 



Bu rəvayətlərin böyük bir qismi “Əmir Əhməd və Məhsəti” adlı 

dastan – rəvayətdə toplanmışdır. 



Söhbət “Əmir Əhməd və Məhsəti” dastanından düşmüşkən gəlin 

Əməkdar  Mədəniyyət  işçisi  Kəmalə  Ağayevanın  “Məhsəti” 

pyesindən bir parçaya fəal oxucularımızın ifasında tamaşa edək. 

Səhnəyə Məhsəti, İlyas, Əmir Əhməd, Əşrəfin  rolunu  ifa edən 

oxucular çıxırlar. 

 Məhsəti  sürgündən  doğma  vətəni  Gəncəyə  qayıdıb.  Bütün 

Gəncə onu qarşılamağa çıxıb. Azərbaycanın sevimli şairi İlyas 

da,  onların  arasındadır.  Məhsəti  ürək  dolusu  nəfəs  alır, 

camaatın  gətirdiyi  gülləri  bağrına  basır.  Onun  gözü  Əmir 

Əhmədi axtarır. 

 

Məhsəti: Ah, vətən, vətən!... 

               Yığışın yanıma, ellər, ay ellər, 

               Qəlbim sevinmədi bir gün də sizsiz. 

               Ömrümün həmdəmi, güllər, a güllər, 

               Məni baharlara nəql edərsiniz. 

               Qürbətdən dönmüşəm, məni ellərim 

               Gözəl qarşıladı, söylə, o hanı? 

               Məni qarşıladı nərgiz güllərim, 

               Söylə, ey nərgizim, söylə, o hanı? 

               Ey burda ötüşən gənclik illərim

               Söylə, bəs o hanı, söylə, o hanı? 

               Ey burda ötüşən gənclik illərim, 

               Söylə, bəs o hanı, söylə, o hanı? 

Həzin  musiqi  sədaları  altında  Əmir  Əhməd  daxil  olur.  O, 

qocalmış  Məhsətini  görüb  təəcüblə  yerində  donub  qalır.  İlyas 

sözə başlayır. 

İlyas:  Bu ağ saçlaramı heyrət edirsən, 

            Məgər bilmirsənmi dağa qar düşər? 

            Qürbət küləkləri toxunan üzə 



51 

 

            Namərd, bilmirsənmi qırışlar düşər? 



            Vətən yollarına baxan gözlərə 

            Qəm də pərdə çəkər, intizar düşər. 

            O sənin yolunda tufana düşdü

            Ömrün gülşəninə bəzən sap düşər, 

            Baxma sənətkarın xəzan halına 

            Gün gələr o qəlbə novbahar düşər. 



Əmir Əhməd kədərlə Məhsətinin üzünə baxıb, söyləyir

 

Əmir Əhməd: Aldın əllərimdən həyatımı, yar, 

                         Qəlbimi yaşadan dildar sən idin. 

                         Ömrüm xəzan vurmuş yarpağa döndü, 

                         Ona həyat verən bahar sən idin. 

Əmir Əhməd bu sözləri deyib, qəmli halda səhnəni tərk edir

Məhsəti İlyasa üzünü tutub, onu evinə aparmasını xahiş edir. 

Sən gəl məni evimə apar, 

Bu olar səninçün bir səvab kimi. 

O evdə eşqimin xatirəsi var

Durur oxunmamış bir kitab kimi. 

Orda məhəbbətin nakam səsi var, 

İnləyir qırılmış bir rübab kimi. 

Mən onu dinləyib ölmək istərəm. 

Gedək, İlyas, məni evimə apar. 

İlyas fikrə gedirürəyində bu sözləri söyləyir. 

Mən ona nə deyim, ey zalım rüzgar... 

Ustad, viran qalsın belə dünyanı, 

Zalimlər dağıtdı o xanimanı. 

Sabahın vəslinə ümidvarlara, 

Nə qəsr gərəkdir, nə sığınacaq. 

Qəlbin sığa bilməz daş divarlara, 

Şairin məskəni dünyadır ancaq. 

 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə