F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   ...   8   9   10   11   12   13   14   15   16

39 

 

               Bir gövhər əskilsə onun tacından 



               Müqəssir sayılar bu el, bu oba. 

               Özün ki, arifsən, nə deyim sənə, 

               Babacan, mehrimin ucundan mənə 

               Vermiş Xətib oğlu xeyli bağ-bağat. 

               Daha o sənindir, halal malındır. 

Qoca təccüblə Məhsətiyə baxıb, deyir: 

Qoca: Qızım, sən qadınsan, ərsə zalımdır 

Məhsəti:Sən Xətib oğlunu sanma zalım ər, 

              Onun şair qəlbi dünyaya dəyər. 



  Məhsəti qocaya kisə ilə dolu pul verir və deyir: 

Al, kim əsirgəyər səndən varını, 

Altı cəngavərin yadigarını 

Bu hala salanlar utansın gərək. 



Qoca çox kövrəlir və söyləyir: 

Qızım, nə incədir səndəki ürək 

Şairdir elin də şahı – sultanı. 

Qılınc poza bilməz qələm yazanı. 



Qoca  gedir,  Məhsəti  dalğın-  dalğın  qocanın  dalınca  baxıb, 

deyir:  Şahların daş-qaşla dolanda tacı, 

            Çoxalır millətin yoxsulu, acı. 



Tamaşanın  sonunda  iştirakçılar  tədbir  iştirakçıları  ilə 

sağollaşıb,  səhnədən  ayrılırlar.  İştirakçılar  müdiriyyət 

tərəfindən mükafatlandırılır. 

     Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Məhsəti 

Gəncəvinin yaradıcılığı müasir gəncliyin gözü ilə” konfrans da 

təşkil  etmək  mümkündür.  Konfransdan  öncə  onun  proqramı 

tərtib  olunmalı,  konfransın  keçiriləcəyi  dəqiq  vaxt  müəyyən 

olunmalıdır.  Proqramda  konfransda  çıxış  edəcək  qonaqların, 

ədəbiyyatşünasların  və  şagirdlərin  adları,  onların  çıxış 




40 

 

edəcəkləri mövzular, tədbirin keçiriləcəyi məkan və zaman qeyd 



olunur.  Konfrans  zamanı  Məhsəti  Gəncəvinin  yaradıcılığına 

yaxından  bələd  olan  jurnalist,  yazıçı  və  şairlərin  çıxışları 

dinlənilir. Oxucu konfransının planını sizə təqdim edirik: 

1.Giriş  hissə  (Məhsəti  Gəncəvinin  həyat  və  yaradıcılığı 

haqqında məruzə)  



2.Məhsəti 

Gəncəvinin  yaradıcılığı  haqqında  kitabxana 

rəhbərliyinin, jurnalist, yazıçı və şairlərin çıxışları.  

3.Yuxarı  sinif  şagirdlərindən  ibarət  olan  oxucuların  Məhsəti 

Gəncəvinin rübailəri ətrafında müzakirələri. 



4.Yazıçının əsərlərindən bir neçə parçanın səhnələşdirilməsi.  

5. Konfransın yekunu.  

     Məhsəti Gəncəvinin irsinin təbliği üçün ədəbi-bədii gecələrin 

keçirilməsi  zəruridir.  Gecəni  “Rübai  ustadı  Məhsəti  Gəncəvi” 

başlığı  ilə  adlandırmaq  olar.  Tədbirin  ssenarisini  sizə  təqdim 

edirik. 

     Səhnə  şairənin  portreti,  rübailəri,  Məhsəti  və  Əmir 

Əhməd”dastanını  əks etdirən şəkillərlə bəzədilir. Səhnənin bir 

tərəfi şairə haqqında bir çox şair və yazıçıların yazdığı əsərlərlə,  

Məhsəti Gəncəvinin rübailəri, şairə haqqında yazılmış sitatlarla 

bəzədilir.  Tədbir  kitabxana  rəhbərliyi  tərəfindən  açıq  elan 

olunur.  Gecəyə  Məhsəti  Gəncəvinin  yaradıcılığına  yaxından 

bələd  olan  tanınmış  yazıçılar,  tənqidçilər,  jurnalistlər  dəvət 

olunur.  Yaxşı  olar  ki,  tədbirə  Millət  vəkili,  yazıçı    Rəfael 

Hüseynov, Əməkdar mədəniyyət işçisi, şairə  Kəmalə Ağayeva 

dəvət olunsun. 

Aparıcılar səhnəyə çıxırlar.  

I aparıcı:  Əziz və hörmətli tədbir iştirakçıları. Hər birinizi xoş 

gördük.  Bu  gün  bizim  bura  yığışmaqda  məqsədimiz  zəngin 

ənənələrə  malik  çoxəsrlik  Azərbaycan  poeziyasının  tanınmış 

nümayəndəsi  Məhsəti  Gəncəvinin  yubileyini  qeyd  etməkdir. 

Bildiyimiz  kimi  Məhsəti  Gəncəvinin  yaratdığı  söz  sənəti 



41 

 

nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və 



dərin  lirizmlə  səciyyələnərək  geniş  şöhrət  tapmış,  sonrakı 

dövrlərdə  bədii  zövqün  formalaşmasına  mühüm  təsir 

göstərmişdir. Şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının 

fikir  və  mənəvi  azadığının  parlaq  təcəssümü  kimi  Qərb 

şərqşünaslarının  əsərlərində  çox  yüksək  dəyərləndirilmişdir. 

Məhsəti 


Gəncəvi 

yaradıcılığının 

yubileyinin 

dövlət 


səviyyəsində  qeyd  olunması  haqqında  prezidentimiz  İlham 

Əliyev  sərəncam  vermiş  və  bu  iş    YUNESKO-nun  görkəmli 

şəxsiyyətlərin  və  əlamətdar  hadisələrin  qeyd  olunması 

proqramına  daxil  edilmişdir.  Məhsəti  şeir  tariximizdə  təcnisi 

rübai  çərçivəsinə  sığışdıran  və  bu  növ  şeirin  müntəxəbatlara 

düşməyə  layiq  incilərini  yaradan  geniş  nəfəsli  sənətkardır. 

Məhsəti Gəncəvinin xalq şeiri tərzinə yaxın formalı rübailəri və 

öz  fəlsəfi  mahiyyəti  etibarilə  dərin  məzmunlu  şeirləri 

Azərbaycan  və  ümumən  Şərq  poeziyası  tarixində  mühüm  rol 

oynamışdır. Vaxtın sərt küləkləri Məhsətinin şeirlərini və ömür 

yolu haqqında bilgiləri ən müxtəlif əlyazmalarının səhifələrində 

ölkə-ölkə,  şəhər-şəhər  yayıb.  Məhsəti  surəti  ədəbiyyatımızın 

böyük  dövrü,  nəsr  və  şeirimizin  bir  neçə  nəsli  üçün  məhrəm 

görünüb  və  bu  barədə  oxunumlu  əsərlər  də  yaradılıb. 

Oxucularımız Məhsəti Gəncəvinin rübailərini birinci dəfə Nigar 

Rəfibəylinin tərcümələrində görüblər. 

 

Söhbət  Nigar  Rəfibəylinin  tərcümələrindən  düşmüşkən,  gəlin 

oxucularımızın  ifasında  Məhsəti  Gəncəvinin  rübailərindən  bir 

parçaya qulaq asaq. 

 

I Oxucu:         Xalqın başında gər olsan da bir tac

Ağladar səni də bir gün ehtiyac. 

Xalqın dərdinə qal, ona yaxın ol, 

Qorx o gündən özün olasan möhtac. 

 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə