F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

24 

 

    Məhsəti  Gəncəvi  öz  dövrünün  humanist  poeziyası  ilə 



yaxından  bağlı  olduğundan  insanı,  onun  gözəlliyini,  istək  və 

arzularını  ifadə  etmiş,  onun  həyat  eşqinə,  duyğularına  bəraət 

qazandırmışdır. 

                                                                              F. Meyer, 



                                                                 Şərqşünas                                                              

 

     XII  əsrdə  Məhsəti  Gəncəvi  kimi  şairənin  yetişməsi 



Azərbaycan  xalqının  ictimai-siyasi  və  mədəni  həyatında 

qazandığı  nailiyyətlərin  təzahürüdür.  O,  intibah  dövrünün 

Azərbaycan  ədəbiyyatında  öz  yeri  və  dəst-xətti  olan  görkəmli 

sənətkarlardandır. 

                                        Savalan Fərəcov, 

                                                      jurnalist 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



25 

 

Kitab sərgisi 

 

 



26 

 

 



 

 


27 

 

Oxucularla söhbət 



Mövzu: Məhsəti Gəncəvi rübailərinin poetik xüsusiyyətləri 

Kitabxanaçı:  Məhsəti  Gəncəvi  Azərbaycan  mədəniyyətinin, 

ədəbiyyatının  qədimliyinin  timsalıdır.  Azərbaycan  ədəbiyyatı 

tarixinə ilk qadın şairə kimi daxil olmuş və dərin məzmunlu lirik 

şeirlər  (rübailər)  müəllifi  kimi  tanınmışdır.  Doğrudur, 

Azərbaycan  ədəbiyyatının  Ə.  Xaqani,  N.  Gəncəvi,  İ.  Nəsimi,         

M.  Füzuli  kimi  klassik  söz  sənətkarları  da  rübai  şeir  şəklinin 

nümunələrini yaratmışlar, lakin Azərbaycan ədəbiyyatında rübai 

dedikdə,  hamıdan  əvvəl,  Məhsəti  Gəncəvi,  Məhsəti  dedikdə 

rübai  yada  düşür.  Məhsəti  Gəncəvinin  rübailərindəki  məzmun 

zənginliyi,  ifadə əlvanlığı,  deyiliş  gözəlliyi həmişə oxucusunu  

məftun  edib.  Nizami  yaradıcılığı  üçün  məsnəvi,  Füzuli 

yaradıcılığı üçün qəzəl səciyyəvi olduğu kimi, Məhsəti Gəncəvi 

yaradıcılığı  üçün  də  rübai  səciyyəvidir.  Məhsəti  Gəncəvinin 

həyatı,  yaradıcılığı  haqqında  geniş  məlumat  yoxdur,  lakin 

əsrlərin süzgəcindən keçib dövrümüzə qədər gələn şeirlərindən 

aydın  nəticəyə  gəlmək  olur  ki,  Məhsəti  Gəncəvi  lazımi  təhsil 

görmüş, şeir texnikasına dərindən bələd, bədahətən şeir demək 

qabiliyyətinə  malik  olan  bir  şairə  kimi  tanınmışdır.  Məhsəti 

Gəncəvi şeirləri – rübailəri indi də sevilə-sevilə oxunur. Şairənin 

əsərlərinin çox maraqla oxunmasının səbəbi məzmunla yanaşı, 

poetik  tələblərə  cavab  verməsidir.  Nəzərdə  tutulan  məzmunu 

ifadə  edəcək  müvafiq  söz  seçimi,  qafiyə  zənginliyi  Məhsəti 

şeirinin  əsas  xüsusiyyətidir  ki,  yaddaqalmanı  asanlaşdırır. 

Nümunə kimi, aşağıdakı rübaini nəzərdən keçirmək olar: 

Bu dünya bir qızıl kuzəyə bənzər, 

Suyu gah şirindir, gah da ki, zəhər 

Çox da öyünmə ki, uzundur ömrün, 

Əcəl köhlənində hazırdır yəhər. 




28 

 

     Göründüyü  kimi,  rübaidə,  insan  həyatının  keşməkeşliyini 



ifadə  edən  məzmun  oxucunun  diqqətini  cəlb  edir.  İşlədilən 

sözlərin  sırası,  xüsusilə  qafiyə  təşkil  edən,  “bənzər”,  “zəhər”, 

“yəhər”  sözləri  şeirdə  qüvvətli  ahəng  yaradır.  Doğrudur, 

şairənin  rübailəri  arasında  hökmdarlara  həsr  olunmuş  parçalar 

da var. Bir nümunəyə nəzər salmaq olar: 

Ey şahım, hamıdan üstün bilərək 

Bəxt atını sənə bəxş etdi fələk. 

Qızıl nallı atın batmasın deyə 

Yerlərə sərmişdir gümüş bir örpək. 

     Məhsəti Gəncəvi haqqında aparılan tədqiqatlardan aydınlaşır 

ki,  o,  Sultan  Səncərin  sarayına  yaxın  olmuşdur.  Şah 

məclislərinin birində Məhsəti də iştirak edir. Məclisin müəyyən 

anında şairə bayıra çıxır və qar yağdığını görür, qayıdanda şah 

havanın  necə  olduğunu  soruşur,  Məhsəti  şahın  sualına  cavab 

olaraq  yuxarıdakı  rübaini  deyir.  Lakin  Məhsəti  şeirlərinin 

qəhrəmanları, əsasən papaqçı, dərzi, bənna, çörəkçi və  s. kimi 

sənətkarlardır. 

Papaqçı sevgilim şövq ilə bayaq 

Tikirdi əlində atlazdan papaq. 

Hər papağa yüz-yüz afərin dedim,  

Dördünə biri də bəs idi, ancaq… 

Yaxud: 


Çörəkçi yanında şagird olmuşam, 

Müəzzindən qabaq yandıraram şam. 

Oddan, sudan, undan qızıl çıxarıb, 

Xərabatda qızıl ələrəm axşam. 

     Məhsəti  Gəncəvi  təsadüf  etdiyi  əhvalatla  əlaqədar  şeir 

deməyi bacaran, həm də dediyi şeirdə dərin fəlsəfi məna ifadə 




29 

 

edən  bir  şair  olmuşdur.  Nümunə  kimi,  aşağıdakı  misraları 



nəzərdən keçirək: 

Ey ağııllı qoca, deyilsən naşı,  

Torpaq ələyənin cavandır yaşı. 

De yavaş ələsin, çünki bu torpaq

Pərviz bədənidir, Keyqubad başı. 

     Bu rübainin fəlsəfi mənasını, ondan çıxan tərbiyəvi nəticəni 

təsəvvür etmək çətin deyil: insan həyat ünsürlərindən biri olan 

torpaqdan yarandığı kimi, öləndən sonra da torpağa qarışır, qoca 

cavanı, bilən bilməyəni, böyük kiçiyi, usta şagirdi öyrətməlidir. 

Bunlar  heç  vaxt  köhnəlməyən,  hazırda  əməl  olunması  zəruri 

sayılan  mənəvi  tələb  hesab  olunur.  Məhsəti  Gəncəvi  lazımi 

təhsil görmüş, poetik tələblərə dərindən bələd olan, ədəbiyyatda 

rəmzləşən ifadələri  öz məqamında işlətməyi  bacaran müqtədir 

bir  sənətkar  olmuşdur.  Klassik  ədəbiyyatda  bədən  üzvlərinin 

formasına 

görə 


əski 

əlifbanın 

müxtəlif 

hərflərinə 

bənzədilməsinin  rəmzləşdiyi  məlumdur.  Məhsəti  Gəncəvi 

şeirlərində  bu  rəmzləri  ustalıqla,  sənətkarlıqla  işlədir.  Fikir 

aydınlığı üçün aşağıdakı şeir parçalarına baxmaq olar: 

O mim ləbindədir bu dodaqlarım, 

O gümüş qoynundur güllü baharım… 

İki ayrı canda bir ürəyik biz, 

Bilirəm qədrini, nadir mirvarım! 

     “Mim”  əski  əlifbasında  “m”  hərfinin  adıdır.  İnsanda  kiçik 

ağız gözəllik əlamətidir və m hərfinə bənzədilir. 

Yaxud: 


O sərraf oğlunun aşiqiyəm mən

Eyn, şin və qafa vurğunam qəlbən. 

İnsanam, axır sin, nun, kaf deyiləm, 

Nə istər o süzgün baxışlı məndən? 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə