F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   2   3   4   5   6   7   8   9   ...   16

 

Həyat və yaradıcılığı 

     Azərbaycan  klassik  ədəbiyyatı  yüksək  bəşəri  ideallar,          

təmiz,  müqəddəs  və  xeyirxah  hisslər  xəzinəsidir.  XII  əsr 

Azərbaycan  klassik  ədəbiyyatının  görkəmli  nümayəndəsi,  şeir 

məktəbinin  yaradıcılarından  biri  olan  Məhsəti  Gəncəvi 

ədəbiyyatımızın inkişafında mühüm rolu olan sənətkarlardandır. 

Onun  yazıb-yaratdığı  dövrdən  905  il  keçməsinə  baxmayaraq 

şeirləri bu gün də sevilə-sevilə oxucularına zövq verir, dünyanın 

gözəlliklərindən  ilham  almağa  çağırır.  Məhsəti  xanım 

Azərbaycan  ədəbiyyatının  çiçəkləndiyi  bir  dövrdə  yaşamışdır. 

Bu  dövrdə  Nizami,  Xaqani  kimi  dahi  sənətkarlar  yetişmiş, 

Mücrəddin, Əbül -Üla kimi şairlər yazıb-yaratmışlar. 

     Təqribən  1113-cü  ildə  (bəzi  mənbələrə  görə  1089) 

Azərbaycanın  qədim  mədəniyyət  mərkəzlərindən  olan  Gəncə 

şəhərində dünyaya göz açmış Məhsəti, uzun və səmərəli ömür 

sürmüş,  müasiri  dahi  Nizami  kimi  mükəmməl  təhsil  almış, 

poeziya,  fəlsəfə,  musiqi,  şahmat  və  başqa  sahələrdə  dövrünün 

kişi  sənətkarlarından  heç  də  geri  qalmamışdır.  Onun  müxtəlif 

qaynaqlardan  toplanmış  200-dən  artıq  rübaisi  Orta  əsrlər 

Azərbaycan  renessansının  klassik  örnəkləri  cərgəsində  özünə 

əbədi yer tutmuşdur.   

     Mütəfəkkir  şairənin  əsərləri  əsrlər  sonra  da  aktualdır,      

sevilə-sevilə  oxunur.  O,  şeirləri,  xüsusilə  fəlsəfi  dərinliyi  ilə 

seçilən rübailəri ilə oxucularda həyata məhəbbət oyadır, onları 

nikbinliyə,  dünyanın  gözəlliklərindən  ilham  almağa  çağırır. 

Məhsəti Gəncəvi xalqını tərki - dünyalıqdan, zahidlik və vaxtı 

keçmiş  adət-ənənələrdən  uzaq  olmağa  səsləyir.  Məhsətinin 

tarixi  şəxsiyyət  olması,  Ömər  Xəyyamdan  əvvəl  və  yaxud  da 

sonra  yaşaması  haqqında  bəzi  məlumatlar  var.  Böyük 

Azərbaycan  şairi  Nizami  Gəncəvinin  “Xosrov  və  Şirin” 

poemasının müqəddiməsində, sufi şair olan Fəridəddin Əttarın 

“İlahinamə” əsərində də Məhsətininin adı çəkilmişdir. İlk dəfə 

Mirabbas Mirbağırzadə XX əsrin 20-30-cu illərində Məhsətidən 




 

söhbət  açmış  və  bildirmişdir  ki,  şairənin  anadan  olma  tarixi 



məhz  “Əmir  Əhməd  və  Məhsəti”  dastanında  verilmişdir. 

Məhsətinin  20  yaşı  olduğu  zaman  Sultan  Mahmud  Səlcuqinin  

sarayı ilə əlaqəsi olmuşdur. Məhsəti lirikasının əsasını məhəbbət 

təşkil  edir.  Rübailərində  humanizm,  dünyəvilik,  nikbinlik  öz 

əksini tapır. Şairə məhəbbəti yüksək, nəcib bir hiss kimi ifadə 

etmişdir. Onun yaradıcılığında, şərq qadınının azad və xoşbəxt 

həyatı  haqqında  arzuları    da  əks  olunmuşdur.  Məhsətinin  ən 

böyük  nailiyyəti,  bir  ömür  bahasına  qazandığı  ən  başlıca 

xoşbəxtliyi  budur  ki,  o,  şairə  olaraq  əbədi  dirilik,  ölməzlik 

qazanmışdır. 

Məhsəti 

hüsnüylə,  təravətli  rübailəriylə, 

sətrəncdəki  istedadıyla,  musiqidəki  səriştəsiylə,  büründüyü 

şöhrət  və  diqqət  haləsiylə  tarix  içində,  doğrudan  da,  xanımlar 

xanımı kimi ucalmışdır. 

     İlk dəfə olaraq Səhab Tahiri tərəfindən Məhsətinin müxtəlif 

mənbələrdən  rübai,  qitə  və qəzəlləri toplanmış  və 1957-ci  ildə 

200-ə yaxın şeir parçasından ibarət divanını tərtib etmişdir.  

    Məhsəti  tərəqqidə  olan,  intibah  havasıyla  nəfəs  alan,  əlvan, 

səs-küylü,  get-gəli  bol,  bazarları  rəvaclı,  mədəni  yüksəlişin 

qanadlarında ucalan Gəncədə yaşadı. Bu şəhərdə hörmət - izzət, 

sevgi  də  gördü,  təntənəli  yığıncaqlara  dönə  -  dönə  qonaq  da 

çağırıldı,  qonşu  ölkələrin  şəhərlərinə  hörmətli  mehman,  şair 

kimi səfərlərə də çıxdı. Dostlarla, pərəstişkarlarla əhatə olundu, 

həyatın  dadlarından,  zövqlərindən  bəhrələndi.  Bu  intibah 

şəhərində  Məhsətinin  başçılıq  etdiyi  şairlər  məclisi  də  vardır. 

Azərbaycanın  poetik  məclislərindən  danışarkən  bu  şairlər 

yığnağının  adı  ilkin  anılmalıdır.  Rəziyyə  Gəncəvi,  Doxtəre  – 

Səti, Doxtəre – Salar, Doxtəre Gavə, Doxtəre – Xətib... Gəncədə 

Məhsətiylə yanaşı qələm çalırdılar və bu, tək ədəbiyyat tariximiz 

üçün  deyil,  həm  də  ümumən  ictimai  həyatımızın  dünənindəki 

işıqlı,  mədəniyyət  baxımından  vacib  bir  hadisənin  dərki  üçün 

vacibdir.  Məhsəti  özü  şəhər  mədəniyyətinin  elçisi  olan  kimi, 



 

onun  rübailəri  də  əsil  şəhər  poeziyası,  Azərbaycan  ədəbiyyatı 



nümunələri idi.  

     Ədəbiyyatşünasların 

fikrincə  şəhər  həyatının,  şəhər 

mədəniyyətinin  əsasını  təşkil  edən  əsnaf  təbəqəsini  –  sənət  və 

peşə  sahiblərini  klassik  şeirimizdə  Məhsəti  səmimiyyəti  və 

Məhsəti  qüdrəti  ilə  öyən  ikinci  sənətkar  yoxdur.  O, 

yaradıcılığının böyük bir hissəsini məhz bu zümrəylə bağlayaraq 

sənətkarlardan ibarət zəngin obrazlar yaratmışdır. Məhsəti irsinə 

bu  prizmadan  baxarkən  onun  əsil  sənətkar  böyüklüyünü 

anlayırıq və ədəbi hünərinin mahiyyətini dərk edirik. Məhsəti o 

sənətkarlarımızdandır 

ki,  poetik  yadigarlarının  bəxtinə 

sərhədlərdən çıxmaq, ölkələr aşmaq və hər yerdə də qonaq kimi 

deyil,  doğma  kimi  qarşılanmaq  düşür.  Məhsəti  rübailərinin 

benqal  dilinə  tərcümə  edən  Bitoşok  Bhottoçarco  yazırdı: 

“Şeirlər orta əsrlərin müsəlman Şərqi şəraitində, yəni qadınların 

hələ  çadra  altında  gəzdiyi  bir  şəraitdə  yazılsa  da,  bugünkü 

həyatla  səsləşir.  Məhsəti  xanım  Gəncəvi  dərin  lirik  və  fəlsəfi 

düşüncələrin  məhsulu  olan  bu  rübailərini  bizim  üçün  qoyub 

getmişdir”. 

    

 Ədəbiyyat  tariximizin  bu  mübariz,  bənzərsiz  şairəsi 



Məhsətinin 

rübailərinin 

əksəriyyəti 

məhəbbətə 

həsr 

olunmuşdur. Bu rübailərdə sevən bir qəlbin həyəcanlarını, saf və 



real  bir  eşqin  ifadəsini  görürük.  Dərin  mənalı  rübailəri  Yaxın 

Şərqin hər tərəfinə yayılaraq, Məhsətinin həyatı, yaradıcılığı və 

şeirləri  əsasında  “Məhsəti  və  Əmir  Əhməd”  adlı  dastan 

yaranmışdır. Məhsəti ilə Gəncə xətibinin oğlu Əmir Əhmədin 

müşairəsi əsasında yaranan bu dastanın əlyazması nadir nüsxə 

olmaqla  XV  əsrdə  yazılmışdır.  Məhsəti  və  Əmir  Əhməd 

dastanından  çıxış  edən  müəllif  yazır:  “Deyirlər  ki,  Gəncə 

şəhərində  Məhsətidən  yaxşı  şətrənc  oynayan  yox  idi”.  Tarixi 

qədim  olan  şahmat  oyununa  Şərq  ölkələrində,  xüsusən 

qadınların hələ orta əsrlərdə maraq göstərdiklərini bilirik. Şərq 

qadınları şahmat oynamaqda yüksək istedad sahibi olmuşlar. Bu 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə