F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   2   3   4   5   6   7   8   9   ...   16

14 

 

Gəncəvinin  Azərbaycan  poetik  fikrindəki  bənzərsiz  yerindən, 



ədəbiyyatımızın 

inkişafındakı 

xidmətlərindən, 

zəngin 


yaradıcılıq  axtarışlarından  söhbət  açarkən  onun  nə  qədər 

istedadlı şəxsiyyət olduğunu görürük. 

      Yaxın Şərqdə bir-birindən az zaman fərqi ilə iki böyük rübai 

ustası yetişdi: İran şairi Ömər Xəyyam və azərbaycanlı Məhsəti 

Gəncəvi. 

      Məhsəti  nəinki  Xəyyamdan  rübai  estafetini  qəbul  edib 

ləyaqətlə  davam  etdirmişdir,  həm  də  onu  məna  və  məzmun 

baxımından  zənginləşdirmiş,  ona  türk  ruhu  və  intonasiyası 

gətirmiş,  yeni  lirik  obrazlar,  poetik  təsvirlər,  ürəkaçan 

deyimlərlə zənginləşdirmişdir. Elə buna görə də, o, Xəyyam ilə 

yanaşı, öz rübai məktəbini yaratmış, dünya lirik şeir dəftərinə öz 

imzasını qoymuşdur. 

      Təsadüfi deyildir ki, doqquz yüz ilə yaxın bir müddət ərzində 

Məhsətinin  əsərləri  müxtəlif  qaynaqlarda  qoruna-qoruna  bizə 

gəlib  çatmışdır.  Yüksək  sənətkarlıq  örnəyi  olan  bu  poetik 

dördlüklər  ilk  dəfə  Almaniyada  ədəbiyyatşünasların  diqqətini 

cəlb etmişdir. Görkəmli şərqşünas Helmut Ritterin ardınca Frits 

Meyer Məhsəti irsini toplayaraq alman dilinə tərcüməsi ilə birgə 

çap  etdirmişdir.  Lakin  keçən  əsrin  60-cı  illərindən  sonra 

Azərbaycanda  Məhsəti  irsinin  çağdaş  elmi  səviyyədə 

öyrənilməsi,  tərcüməsi  və  nəşri  böyük  vüsət  almışdır. 

Məhsətinin birbaşa varisi, Gəncə ədəbi mühitinin yetirməsi, xalq 

şairi  Nigar  Rəfibəylinin  tərcümələri  ilə  Məhsəti  rübailəri 

Azərbaycanda  daha  da  populyarlaşmış,  bu  böyük  sənətkar 

haqqında  bir  sıra  elmi  və  bədii  əsərlər  yazılmışdır.  Məhsəti 

Gəncəvinin  900  illik  yubileyinin  YUNESKO  xətti  ilə 

beynəlxalq  səviyyədə  qeyd  edilməsi  Azərbaycanda  ədəbi  – 

mədəni irsimizə nə qədər yüksək qayğı və diqqət göstərilməsinin 

birbaşa sübutudur. Məhsəti Gəncəvi XII əsr Azərbaycan şeirinin 

tarixində şərəfli bir yer tutmuşdur. Məhsəti Azərbaycan və Şərq 

ədəbiyyatının intibah dövründə  yaşayıb. Həmin dövrdə Şərqin 



15 

 

ədəbi səmasında Nizami Gəncəvi, Əfzələddin Xaqani kimi dahi 



sənətkarlar  şəfəq  saçıb,  Əbülüla  Gəncəvi,  Fələki  Şirvani  və 

Mucirəddin Beyləqani kimi görkəmli şairlər yaşayıb – yaradıb. 

Bu  bir  həqiqətdir  ki,  orta  əsrlərdə  qadın  hüquqlarının 

məhdudlaşdığı  bir  dövrdə  Məhsəti  Gəncəvi  kimi  istedadlı 

şairənin yetişməsi özlüyündə əhəmiyyətli hadisə idi. 

     Parlaq  şəxsiyyətləri  ulduzlara  bənzədənlər  çox  haqlıdırlar. 

Sönmüş  ulduzların  işığı  yüzillər,  minillər  boyu  insanlara 

çatmaqda  davam  edir.  Məhsəti  kimi  ulduzların  da  işığının 

bizlərə  gələn  yolu  alışdığımız  təqvimlərlə,  saatlarla  deyil,  işıq 

illəri ilə ölçülə bilər. 

      Məhsəti  Gəncəvinin  bizə  gəlib  çatan  şeirləri  göstərir  ki,  o, 

ərəb,  fars  dillərini,  Şərq  poetikasının  incəliklərini  gözəl  bilib. 

Şərq  poetikasının  incəliklərini  mükəmməl  mənimsəyib. 

Əsərlərində  işlətdiyi  bədii  vasitələr  göstərir  ki,  o,  yüksək  

istedada,  incə  zövqə  və  dərin  mütaliəyə,  geniş  dünyagörüşünə 

sahib olub .  

     XII əsr Azərbaycan şeirinin tarixində Məhsəti Gəncəvi şərəfli 

bir  yer  tutur.  Məhsətinin  rübailəri  içərisində  ayrı-ayrı  peşə 

sahiblərinin  tərənnümünə  həsr  olunmuş  bir  sıra  şeirlər  vardır. 

Qeyd  etmək  lazımdır  ki,  bu  şeirlər  Yaxın  Şərq  ədəbiyyatında 

Məhsətidən  əvvəl  də  məlum  idi.  Ayrı-ayrı  sənət  və  peşə 

sahiblərinin ədəbiyyata gətirilməsi, onların əməyinin hər hansı 

şəkildə 

olursa-olsun, 

tərənnüm 

olunması, 

şübhəsiz, 

humanizmin,  eləcə  də  intibahın  təzahür  formalarından  biri 

sayılmalıdır.  Düzdür  Məhsəti  rübailərində,  məsələn,  Nizami 

əsərlərində olduğu kimi sadə zəhmət adamlarının əməyi öz geniş 

əksini  tapa  bilmir.  Məhsəti  əmək  adamlarının  yadda  qalan 

ümumiləşdirilmiş obrazlarını yaratmır. O, rübai kimi son dərəcə 

kiçik  həcmli  şeirlərdə  belə  bir  vəzifənin  öhdəsindən  gələ 

bilməzdi.  Lakin  bununla  belə  Məhsətinin  rübailərindən 

bəzilərində  əmək  adamlarından  danışılması,  onlara  məhəbbət 

izhar olunması heç də təsadüfi deyildir. Məhsəti rübailəri ilə və 




16 

 

eləcə  də  bütünlükdə  öz  poeziyası  ilə  göstərilir  ki,  o,  hər  hansı 



konkret bir papaqçıya, torpaqələyənə və s.  deyil, ümumiyyətlə, 

sadə zəhmət adamlarına aşiqdir, onlara məhəbbət bəsləyir. 

Ey sarvan, səfərə vermisən qərar

Məni qoyub getmə, üzgün canım var 

Sənin dəvələrin adi yük çəkir

Qəm yükü çəkirəm, məni də apar. 

     Şairənin  bir  qisim  rübailərində  aşiqin  vüsal  dəmlərində 

keçirdiyi  sevinc  hissiləri  əks  olunur.  Şeirlərində  insan 

gözəlliyinin  geniş  təsviri  onun  həyata  bağlılığını  və 

humanizmini  göstərən  cəhətlər  hesab  olunur.  Səmimi 

duyğuların  ifadəsi  olan  bu  rübailərdə  incə  həyat  məqamları 

gülümsəyir. Şərq intibahının bir çox nümayəndəsi kimi Məhsəti 

də öz əsərlərində insanı, onun duyğularını müdafiə edib. Təmiz 

insani  münasibətləri  quru  ehkamlara,  tərki-dünyalığa  və 

riyakarlığa  qarşı  qoyub.  Əsrarəngiz  məhəbbət  nəğmələri 

yaradıb.  Məlumdur  ki,  insanın  nəcib  istək  və  arzularının 

qarşısına  hasar  çəkmək  mümkün  deyil.  O,  gec-tez  hər  cür 

sədləri aşaraq qurtulacaq.  

      Məhsəti  Gəncəvinin  sözü  XII  yüzildəki  kimi  bu  gün  də 

təravətlidir. XXI  əsrin  yüksəkliyindən  görünən böyük həqiqət 

odur ki, bu gün dünyaya meydan oxuyan heç bir xalqın o əsrdə 

Məhsəti böyüklükdə şairəsi olmayıb. Doqquz əsrdir Məhsətinin 

hər  biri  çiçək  kimi  sevimli,  həyat  şövqü  ilə  dolu  rübailəri              

nəsil-nəsil  insanlarımızın  zövqünü  oxşayır,  ruhunu  təzələyir. 

Onun  o  çağkı  yolu  Gəncədən  İrana,  Orta  Asiyaya  qədər 

uzanırdı.  Yazdığı,  danışdığı  dillər  də  türkcəydi,  farscaydı, 

ərəbcəydi.  Bu  gün  Məhsətinin  izi  dünyanın  hər  qitəsindədir, 

rübailəri  ingiliscə,  almanca,  fransızca,  italyanca  ...  danışır  və 

hələ  çox  dillərdə  də  danışacaq.  Bəli,  Məhsəti  real  tarixi 

şəxsiyyət olub, yüksək poetik istedad sahibi olmuşdur. Məhsəti 

Gəncəvi  sənət  qüdrətinin  böyüklüyü  ilə  Avropanın  yaradıcı 

qadınlarından çox-çox yuxarıda dayanır. Onun qadın azadlığı 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə