F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   2   3   4   5   6   7   8   9   ...   16

 

müdrik  oyunla  maraqlanan  sevimli  şairəmiz  Məhsəti  Gəncəvi 



olmuşdur. Əmir Əhmədlə şahmat taxtası arxasında oyun zamanı 

Məhsətinin  əqil  və  fərasəti,  istedad  və  bacarığı  sayəsində 

bədahətən dediyi  rübailər onun şahmat oyununun incəliklərinə 

vararaq, ondan zövq almaq bacarığını göstərir. 

     Azərbaycan  qızının  yüksək  şahmat  istedadı  alman  alimi, 

şərqşünas  F.Meyerin  də  diqqətini  cəlb  edir.  1963-cü  ildə 

Visbadendə  alman  dilində  nəşr  etdirdiyi  “Gözəl  Məhsəti” 

kitabında  o,  şairənin  həyat  və  yaradıcılığını  öyrənmək,  onun  

ədəbi irsini toplayıb nəşr etmək sahəsində faydalı addım  ataraq, 

Məhsətinin  Gəncədə  doğulduğunu,  onun  şair,  musiqişünas, 

xanəndə olduğunu, həm də çox gözəl arfa çaldığını göstərmişdir. 

     Məhsəti öz dövrünün humanist poeziyası ilə yaxından bağlı 

olduğundan  insanı,  onun  gözəlliyini,  istək  və  arzularını  ifadə 

etmiş,  onun    həyat  eşqinə,  duyğularına  bəraət  qazandırmışdır. 

Rübai  ilə  nəfəs  alan,  onunla  yaşayan  Məhsəti  “Mənimsə 

kəbinim bir rübaidir” – deyir. 

     Məhəbbət  nəğmələri  yaradan  şairə  səmimi,  təmiz  insan 

münasibətlərini  təmsil  edərək,  sevən  qəlbin  çırpıntılarını, 

sevincini  rəngarəng boyalarla  qələmə  alır.  O, rübailərində  elm 

və sənət  adamları ilə  yanaşı,  sadə  zəhmət  adamlarını sənətkar, 

peşəkar  və  xırda  tacir  təbəqəsini  vəsf  edən  şəhraşubları  ilə  də 

ədəbiyyat tariximizdə birinci şəhraşubun söz ustası kimi tanınır. 

İnsanın əməyi, işi, gücü, fəaliyyəti tərənnüm edilən şəhraşublar 

Məhsəti  qələminin  ən  uğurlu  inciləridir.  Musiqi  zərifliyi 

Məhsətinin  rübailərinə  çökübsə,  şahmat  mürəkkəbliyi  onun 

taleyindən keçib. 

    Rafael  Hüseynov  yazır:  “Məhsətinin  şeirlərini  oxuduqca 

sezirsən  ki,  bu  səs  qadın  səsidir...  Mən  qadınam  və  mən  də 

duymağa, sevməyə, nifrət etməyə, öz sözümü deməyə layiqəm. 

Və həm də qadirəm”. Bu səsdə, bu nəfəsdə qadın şəxsiyyətinin, 

qadın  ləyaqətinin,  istedadının  ucalığının  sönməz  alovunu, 

məşəlini  görürük.  Şairənin  müəmmalar  zəncirini  xatırladan 




 

həyat  və  yaradıcılığını  izləyən  Rafael  Hüseynov  onun  xəyal, 



mif,  əfsanə  olması  barəsindəki  yanlış  qənaətləri,  dolaşıqlıqları 

elmi  cəhətdən  araşdırıb  Məhsətinin  gerçək  şəxsiyyət  olması 

haqqındakı həqiqəti üzə çıxarmışdır. Məhsəti surətinə müraciət 

edən rəssamlarımız, heykəltəraşlarımız öz düşündükləri kimi bu 

obrazı yaratmışlar. 

     Vüqar  və  əzəmət  ilə  nəzər  diqqəti  cəlb  edən,  Gəncənin 

qiymətli  incisi sayılan musiqişünas  şairə  Məhsəti xanımın  şeir 

dünyamızda öz dəsti-xətti var. 

              Məhsətiyəm oldum gözəllərə tağ

              Hüsnümü vəsf edir Xorasan, İraq. 

deyən şairənin ömür yoluna nəzər saldıqda görürük ki, həqiqətən 

də Məhsəti xanımlar xanımıdır. 

     Təqiqatçılar  dastanda  adı  keçən  Əmir  Əhmədin  də  tarixi 

şəxsiyyət  olmasını  təsdiqləyir:  “Əmir  Əhməd  də  tarixi 

vəsiqələrin  danılmaz  təsdiqləməsinə  müvafiq  olaraq  yaşamış, 

yaratmış, söz tariximizdə iz qoymuş bir sənətkardır”. 

    Məhsəti Gəncəvi həqiqi bir şairə oldu, dünyanı daha dərindən 

duydu, hiss etdi, insan ağrılarına biganə qala bilmədi... Bu böyük 

xoşbəxtlik idi ki, ona nəsib olmuşdu.  

    Azərbaycan  rübaiçiliyinin  hələ  öyrənilməmiş  sahələri, 

açılmamış  sirləri  çoxdur.  Belə  ki,  monoqrafiyada  Parisdə 

Viktoriya Albert muzeyində üzərində Məhsəti xanımın rübailəri 

həkk olunmuş bir sürahi saxlandığı haqqında da məlumat verilir. 

     Məhsətinin 

surətini 

düşüncələr  aləmində,  xəyalında 

canlandıran,  onun  həyat  səhifəsini  vərəqləyən  oxucu  şairəyə 

məftun  olur.  Dilimizin  gözəlliyindən,  incəliyindən  məharətlə 

istifadə  edən,  xalqın  kədər  və  sevincini,  mənəvi  aləmlərini 

dərindən  duyan  şairə  təkcə  Şərqin  deyil,  bütün  dünya 

ədəbiyyatının bəzəyi olmuşdur. 

     XII  əsrdə  yaşayıb  –  yaratmış  Məhsəti  Gəncəvi  və 

müasirlərinin  ədəbi irsi  o vaxtdan indiyədək  yalnız bədii sözə 

məftun  olan,  onu  oxumaqdan,  dinləməkdən,  əzbərləməkdən 




10 

 

zövq  alanları  deyil,  şeirşünasları,  ədəbiyyat  tarixçiləri  və 



nəzəriyyəçilərini  də  daim  cazibəsində  saxlayıb.  Məhsəti  irsini 

sevimli  edən,  bu  irsə  müasirlik  qazandıran  cəhətlər  şairənin 

poetik  irsindəki  əsas  istiqamətlərin  məhəbbət  lirikası,  sosial 

motivlər,  fəlsəfi  düşüncələr,  xalq  gülüş  mədəniyyətinin 

inikasının  olmasıdır.  Məhsəti  irsi    rübailər  toplusu  deyil,  bir 

düşüncədən,  vahid  poetik  üslubdan  doğan  ədəbi  hadisədir. 

Məhsəti  Gəncəvinin  tərcümeyi-halı  şeirləridir.  Şairə    ən  çox 

sevilən,  ən  çox  mübahisələr  doğuran  və  ən  az  öyrənilmiş  söz 

ustalarındandır.  

     Məhsəti  Şərq  poeziyasına  bir  səhər  mehi  kimi  gəldi.  Onun 

şeir nəfəsi təmiz, ətirli olub, ürəkdən qopub ürəklərə hopurdu. 

O,  poeziyamızda  azadfikirliliyin  ilk  carçılarındandır.  Şəhər 

həyatının,  şəhər  mədəniyyətinin  əsasını  təşkil    edən  sənət  və 

peşə  sahiblərini  klassik  şeirimizdə    Məhsəti  səmimiyyəti  və 

Məhsəti  qüdrəti  ilə  öyən  ikinci  sənətkar  yoxdur.  Məhsəti 

Gəncəvi  o  sənətkarlarımızdandır  ki,  poetik  yadigarlarının 

bəxtinə sərhədlərdən çıxmaq, ölkələr aşmaq və hər yerdə qonaq 

kimi deyil, doğma kimi qarşılanmaq düşür. 

     Orta  əsrlərdə,  qadın  hüquqlarının  olmadığı  bir  dövrdə 

Məhsəti kimi istedadlı şairənin yetişməsi təsadüfi deyildir. Əldə 

olan şeirləri göstərir ki, o yaxşı təhsil almış, ərəb, fars dillərini 

öyrənmiş, şərq poetikasının  incəliklərini mükəmməl  bilmişdir. 

Məhsətinin həyatı, şəxsiyyəti barədə mənbələrdə dəqiq məlumat 

yoxdur. Şairə haqqında ancaq əsərlərindən gətirilən nümunələr 

əsasında  fikir  söyləmək  olar.  Bu  da  ondan  irəli  gəlir  ki,  orta 

əsrlərdə  qadının  şeir  yazmağı  qəbahət  sayılmışdır.  Məhsəti 

şairənin təxəllüsüdür. Məh sözü ay və böyük mənasındadır. Siti 

burada xanım mənasında işlədilmişdir. 

    XI  əsrin  sonları  –  XII  əsrin  əvvəllərində  yaşamış  böyük 

Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman 

intibahının parlaq nümayəndəsi olmaqla öz şeirlərində sənətkar, 

şair, müğənni obrazlarını tərənnüm edən yeni şəhər peziyasının 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə