F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   2   3   4   5   6   7   8   9   ...   16

11 

 

təmsilçisi  idi.  Məhsəti  hər  şeydə  birincilik  qazanmışdır.  O,  ilk 



məşhur  Azərbaycan  şairəsi,  ilk  şahmatçı  qadın,  ilk  görkəmli 

qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. 

Onun  tərcümeyi-halı  rəvayətlər  və  müəmmalar  haləsinə 

bürünüb. Şairənin həyatı barədə məlum olan faktlarsa hər halda 

həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq 

qeyri-adiliyi ilə fərqlənir. Məhsəti Gəncəvi – XII əsrdə yaşamış 

mənşəcə Azərbaycan türklərindən olan şairə, sufi Əxi təriqətinin 

üzvü  olmuşdur.  Rəvayətlərə  əsasən,  o,  Gəncənin  Xərabat 

məhəlləsində  yaşamış,  vaxtını  qonaqlıqlarda,  musiqi  və  rəqs 

məclislərində keçirmişdir. Onun şerlərində şərab və eşq duyğusu 

tərənnüm olunur. Şairənin əsərləri içərisində Gəncənin Xərabat 

məhəlləsində  yaşayan  gənc  sənətkarlara,  dərzilərə,  əyiricilərə, 

qızılaxtaranlara və başqalarına həsr etdiyi şeirlər silsiləsi daha 

çox  məşhurdur:  Məhsəti  xanımın  tərcümeyi-halında  qəti 

müəyyənləşmiş səhifələr olduqca azdır. Şairənin yaradıcılığı və 

həyatı  ilə  bağlı  faktlar  Rəfael  Hüseynovun  şairəyə  böyük 

məhəbbətlə və yüksək peşəkar ustalıqla qələmə aldığı "Məhsəti 

necə varsa” kitabında toplanmışdır. 

     Məhsəti  Gəncəvi  təqribən  Gəncə  şəhərində  doğulmuş  və 

ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə 

idi,  Məhsəti  adını  isə  özünə  ədəbi  təxəllüs  kimi  götürmüşdü. 

Həmin  təxəllüsün  mənşəyi  barədə  bir  neçə  rəvayət  vardır. 

Bunlardan 

birində 


deyilir 

ki, 


guya 

Sultan 


Səncərlə 

söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və 

görünməz  olduğunu  söyləyir.  Sultan  isə  onunla  razılaşmayıb 

deyir  ki,"to,  meh-həsti"  (yəni,  "sən  hamıdan  böyüksən").  Və 

guya  "meh-həsti"-"məhsəti"yə  çevrilib,  onun  təxəllüsü  olur. 

Abbasqulu ağa Bakıxanovun "Gülistani-İrəm" əsərinin "Nəticə" 

adlanan  hissəsində  irəli  sürülmüş  fərziyyəyə  görə,  "Məhsəti" 

"mah" və "səti" olmaqla iki sözdən ibərətdir və "böyük xanım" 

anlamına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən, bu ad "Mah" 

və "səti" ("Ay xanım") sözlərindən düzəlib. (Nizami Gəncəvinin 




12 

 

Məhin  Banusu,  Xosrov  və  Şirin  də  bunun  analoqudur). 



    Məhsəti yaxşı təhsil almış və əsərlərindən də göründüyü kimi, 

aşağıdakı  şəhər  və  vilayətlərdə  olmuşdur:  Rum,  Mərv,  Bəlx, 

Nişapur,  Herat,  Gəncə,  Xorasan,  İraq,  Zuzən,  Arran  və  s.  Bir 

müddət  o,  böyük  Sultan  Səncərin  sarayında  yaşamış,  onun 

qəbullarında  və  burada  keçirilən  ədəbi  məclislərdə  iştirak 

etmişdir.  Deyilənlərə  görə,  Sultan  Səncərin  diqqətini  onun 

gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai 

çəkmişdir: "Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı 

bulanmasın".  Sultan  bu  rübaini  eşitdikdən  sonra  şairəni             

"Mə-histi"  ("Ən  böyük")  adı  ilə  mükafatlandırmış  və  onu  öz 

yaxın əhatəsinə qəbul etmişdi. Məhsəti ömrünün çox hissəsini 

Gəncədə  keçirmiş,  Sultan  Məhəmmədin  və  onun  oğlu                       

Sultan  Mahmudun  saray  həyatında  yaxından  iştirak  etmişdi. 

     Böyük  şairənin  həyatı  barədə  məlumatlar  əsasən  əlyazma 

nüsxələri  Azərbaycan  Əlyazmalar  İnstitutunda,  İstanbulda          

və  Londonda  saxlanan  XIII  əsrə  aid  edilən  "Məhsəti                       

və  Əmir  Əhməd"  dastanından  götürülür.  Azərbaycan 

ədəbiyyatşünaslarının  son  tədqiqatları  göstərir  ki,  "Dastan"ın 

müəllifi XIII əsrdə yaşamış Azərbaycan şairi və alimi Abdulla 

Cövhəri Zərgər Təbrizidir və buradakı qəhrəmanlar, o cümlədən 

şair Əmir Əhməd, Gəncə şahı (Sultan Məhəmməd) və II Gəncə 

şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir. 

    Dastanda Əmir Əhmədə bəslənən sevgi əbədi eşqin ən yüksək 

pilləsidir.  Şairəyə  görə,  bu  eşq  əbədi  məhəbbətin  meyarıdır. 

Ancaq  onun  nəzərində  bundan  da  ülvi  bir  sevgi  mövcuddur. 

Bəzən  isə  şairə  özünün  sufizmə  aidliyi  barədə  az  qala  açıq 

işarələr  vurur.  Məhsəti  Gəncəvinin  xalq  şeiri  tərzinə  yaxın 

formalı  rübailəri  və  öz  fəlsəfi  mahiyyəti  etibarilə  dərin 

məzmunlu  şeirləri  Azərbaycan  və  ümumən  Şərq  poeziyası 

tarixində  mühüm  rol  oynamışdır.  Bir  çox  tədqiqatçılar 

Məhsətinin  rübailərini  Ömər  Xəyyam  məktəbinə  aid  edirlər. 

Buna  baxmayaraq,  çağdaş  ədəbiyyatşünasların  əksəriyyətinin 




13 

 

fikrincə, şairə əsası Qətran Təbrizi və İzəddin Şirvani tərəfindən 



qoyulmuş  Azərbaycan  şeir  məktəbinin  ənənələrindən 

bəhrələnmişdir.  Məhsəti  ilə  Qətran  təfəkkürünün  əsas  oxşar 

cəhətləri  dünyəviliyə  sadiq  qalmaq,  öz  yaradıcılığında 

insanpərvərliyi,  insan  gözəlliyini,  insan  məhəbbətini  tərənnüm 

etməklə  yanaşı,  təbiətin  də  gözəlliklərini  vəsf  və  təsvir 

etməkdədir. Məhsəti təbiət lövhələrini təsvir edərkən elə canlı, 

təbii, gözəl lövhələr yaradır ki, oxucunu, dinləyicini heyran edir. 

Məhsəti təkcə mədhiyyəçilik çərçivəsində donub qalmamış, öz 

poeziyasına, öz yaradıcılığına dərin, vüsətli humanist məzmun 

vermişdir.  O,  rübailərində  təkcə  şahları,  dövlət  xadimləri  və 

sərkərdələri deyil, elm və sənət xadimləri ilə yanaşı, sadə zəhmət 

adamlarını  da  tərənnüm  etmişdir.  Sözsüz  ki,  əldə  olan 

rübailərindən başqa onun zəngin ədəbi mirası olmuşdur. Təəssüf 

ki, şairənin elm aləminə hələlik 200-ə yaxın rübaisi, bir neçə qitə 

və qəzəli bəllidir. Məhsəti Gəncəvinin ədəbi irsi də bütövlükdə 

zəmanəmizə  gəlib  çatmamışdır.  Onun  ədəbi  irsindən  ancaq 

müxtəlif təzkirə, cüng, məcmuə və digər mənbələrə səpələnmiş 

az bir hissə qorunub saxlanılmaqdadır. 

    Klassik 

Azərbaycan 

ədəbiyyatının 

ən 


qüdrətli 

nümayəndələrindən biri olan, bütün Yaxın və Orta Şərqdə rübai 

ustadı  kimi  tanınan  Məhsəti  Gəncəvinin  ədəbi  irsi  ayrıca 

əlyazma kitabı şəklində günümüzə gəlib çatmamışdır. Bununla 

belə, ayrı-ayrı qaynaqlarda Məhsətinin ayrıca əlyazma divanının 

olması  haqqında  qeydlərə  rast  gəlirik.  XIX  əsrin  tanınmış 

Azərbaycan  tarixçi  alimi  Marağalı  Məhəmmədhəsən  xan 

Etimadüssəltənin yazdığına görə, Məhsətinin ayrıca lirik şeirlər 

divanı olmuş, lakin bu əlyazma kitabı Übeydulla xan Özbəyin  

Herata hücumu zamanı məhv edilmişdir. 

     Məhsətinin  günümüzə  qədər  gəlib  çatan  rübailəri  həm           

ayrı-ayrı  ədəbi  təzkirələrdə,  həm  də  çoxsaylı  əlyazma 

toplularında özünə yer almışdır. Şairənin ədəbi irsinin ən qədim 

qaynaqları  XIII-XIV  yüzilliklərin  yadigarlarıdır.  Məhsəti 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə