F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   2   3   4   5   6   7   8   9   ...   16

17 

 

haqqındakı fikirləri, qaldırdığı sosial problemlər onu ədəbiyyat 



tariximizdə  azadfikirliyin  əzəl  carçılarından  olduğunun 

sübutudur. 

    Məhsəti  Gəncəvi  Azərbaycan  şeirində  ilk  dəfə  şəhraşüb 

janrına müraciət etmiş, bütün Şərq şeirində rübai – şəhraşüblar 

silsiləsinin ən mükəmməl örnəklərindən birini qələmə almışdır.  

     Dastanda  onun  Nizami  Gəncəvinin  yanında  basdırıldığı 

göstərilir.  Doğrudan  da  1923-cü  ildə  Nizaminin  məzarı  Şah 

Abbas  məscidində  basdırılmaqdan  ötrü  çıxarılarkən  onun 

yanında  bir  qadın  cəsədi  də  tapılmışdır.  Akademik  Həmid 

Araslının dediklərinə görə bu iki dahi şəxsin yaşadığı tarixləri 

uzlaşdırmaq qeyri-mümkün olsa belə, onların tanışlığını istisna 

etmir.  O,  hətta  Nizaminin  bir  şeirini  də  misal  gətirərək,  bu 

misraların Məhsətiyə ithaf olunduğunu ehtimal edir: 

Sənin sənətin musiqi çalmaqdırsa, 

Mən zil və bəm səsləri dinləmək istəyirəm 

Sürməli kipriklərini yana dartma 

Bir ox at, gözləyirəm 

Bilirsən ki, sənsiz yaşamağa qüdrətim çatmır, 

Əgər həyatımı istəyirsənsə, al, sənə verirəm. 

Görürəm, əbəs yerə uğura ümid bağlamışam, 

Mən son nəfəsimlə səni çağırıram. 

Nizami öz canını sənə bağışlayır 

Qəbul et, necə ki, mən iztirabları qəbul edirəm. 

     Və şübhə yox ki, onun yaratdığı yaşarı söz dünyası hələ neçə 

nəsil  oxucuların  könlünə  məhrəm  kəsiləcək,  neçə  nəsil 

araşdırıcını  öz  dolayısınca  düşünməyə  çağıracaq.  Məhsəti 

Gəncəvi  söz  tariximizin  ilk  böyük  şairəsidir.  Şairənin  tarixi 

şəxsiyyət  olduğunu  Fəridəddin  Əttar,  Şəmsəddin  Məhəmməd 

Ben  Qeys  Razi,  Həmdullah  Qəzvini,  Dövlətşah  Səmərqəndi, 

Əmin  Əhməd  Razi,  Qiyasəddin  Xondəmir  və  başqa  şairlər 

təsdiq edirlər. Haqqında yazılanlar onun bir sənətkar kimi Yaxın 



18 

 

Şərq  İntibah  mədəniyyətinin  Xəyyam,  Nizami,  Hafiz,  Xaqani 



kimi  şairləri  ilə  bir  sırada  durduğunu  göstərir.  Bunu  bir  çox 

mənbələrdə verilmiş rübailər də sübut edir. Həmin mənbələrdən 

ən  əhəmiyyətlisi  Cəmaləddin  Xəlil  Şirvaninin  tərtib  etdiyi 

“Nizhətül – məcalis” adlı məcmuədir. Bu məcmuə hal-hazırda 

İstanbulun 

Carullah 

kitabxanasında 

saxlanılır. 

Çoxu 

azərbaycanlı  olan  380  nəfər  şairin  əsərlərindən  ibarət  olan 



məcmuənin  əsas  əhəmiyyəti  ondadır  ki,  burada  hamıdan  çox 

Məhsətinin rübailərinə yer verilmiş və 75 nümunə göstərmişdir.         

     Məhsəti  Gəncəvi  ilə  bu  günün  oxucusu  arasında  doqquz 

əsrdən  çox  zaman  ayrılığı  durur.  Lakin  bu  zaman  sərhədinin 

uzaqlığı, adi məntiqlərin əksinə olaraq, Məhsətinin böyüklüyünü 

daha  aydın  görməyə  imkan  yaradır.  Məhsəti  Gəncəvinin  irsi 

dünya,  həyat,  bəşər,  insan  münasibətləri  haqqında  poetik 

hekayələrdir.  Bu  şeirlər  XII  yüzildə  yaransa  da,  fars 

orijinallarından belə bu gün asanlıqla başa düşülür, tərcümədə 

də ifadə etdikləri fikirlərə görə dünyanın ən müxtəlif xalqlarına 

doğma görünür. Adına küçə, məktəb, pedaqoji texnikum və s. 

var. Gəncədə muzeyi yaradılmış, heykəli qoyulmuşdur (1980).  

      Yaradıcı  insan  Məhsəti  Gəncəvinin  könül  dünyası  daha 

cazibədardır, təlatümlü, coşqun, üfüqləri isə daha geniş, zəngin 

və əlçatmazdır.  

     Rəfael  Hüseynovun “Məhsəti, necə  varsa” poetik tədqiqatı, 

M.H.Təhmasibin  ”Rübailər  aləmində”,  Kəmalə  Ağayevanın 

“Məhsəti”  pyesləri  ona  həsr  edilmişdir.  ”Rübailər”  kitabı  bir 

neçə dəfə buraxılmışdır. Biz Məhsətini daha inadla öyrəndikcə, 

onun  dərin  mənalı,  zərif  rübailərinin  təkinə  endikcə,  ədəbi 

irsinin  yeni-yeni  nümunələrini  üzə  çıxardıqca,  şeirimizin 

sonrakı inkişafına, təsirinə aid daha tutarlı yeni dəlillər tapdıqca 

onun istedadının, zəkasının böyüklüyünə heyranlığımız daha da 

artacaq. Və hər dəfə ədəbiyyat tariximizin bu bənzərsiz, mübariz 

elçisindəki  şeir  vergisinin  yeni  üfüqlərini  kəşf  etdikcə,  onun 

ədəbi irsinə heyran olmamaq olmur. Ölməz sənəti ilə Məhsəti 




19 

 

bütöv  Azərbaycanda  özünə  yaşar  abidə  ucaltdı.  Rübailərindən 



başlayıb  oxucularının  ürəklərindən  keçən  bütün  yollar 

Məhsətinin  adını  daşıyır.  Şeirlərini  oxuduqca  Məhsətinin 

yaratdığı qəhrəmanlar gözlərimiz önünüdə canlanır.  

Yubiley tədbirlərinin keçirilməsi 

     Kamil  insan  günəşdən,  aydan,  ulduzlardan  da  əzəmətli,         

sirli-sehrli  bir  aləm,  yazılmamış  bir  kitabdır.  Məhsəti  Gəncəvi 

məhz belə şəxsiyyətlərdəndir.  

      Məhsəti  Gəncəvinin  yubileyi  münasibətilə  respublikanın 

bütün 


mədəniyyət 

müəssisələrində, 

eyni 

zamanda 


kitabxanalarda  yubiley  tədbirlərinin  keçirilməsi  nəzərdə 

tutulmuşdur. Kitabxanalarda bununla əlaqədar maraqlı tədbirlər 

keçirmək  olar.  

     Tədbiri  keçirmək  üçün  kitabxana  məktəblərlə,  ali  təhsil 

ocaqları ilə əməkdaşlıq etməlidir.  Bu tədbirlər arasında sərgilər 

mühüm  yer  tutur.  Sərgidə  şairənin  kitabları,  müxtəlif  mətbuat 

səhifələrində  onun  haqqında  nəşr  olunmuş  məqalələr,  onun 

fotoları nümayiş olunur. Sərgiyə kitablarla yanaşı şairə haqqında 

dövri  mətbuatda  çap  olunan  məqalələrin    kartotekasını,  şairə 

haqqında  çəkilmiş  sənədli  və  bədii  filmlərin  video-yazılarını, 

kaset və disklərini də əlavə etmək olar. Təşkil edilmiş yubiley 

sərgisinin  qarşısında  silsilə  tədbirlər  –  söhbətlər,  biblioqrafik 

icmallar  keçirmək  planlaşdırılmalıdır.  Sərgi  müxtəlif  başlıqlar 

altında  keçirilə  bilər.  Məsələn:  “Ədəbiyyatımızda    yaşayan 

həyat”, “Qüdrətli şairəmiz Məhsəti Gəncəvi”,   “İradə və ifadə 

azadlığı olan yaradıcı Şərq qadını Məhsəti Gəncəvi”, “Xanımlar 

xanımı  Məhsəti  Gəncəvi”,  “Məhəbbət  şairəsi”,  “Dünyəviliyi, 

humanizmi, nikbinliyi ilə seçilən şairə Məhsəti Gəncəvi”, “Şərq 

ədəbiyyatının  incisi”,  “Şəxsiyyətinin  ucalığında  dayanan 

sənətkar”,  “Məhsəti  necə  varsa”,  “Müəmmalar  arxasından 

boylanan  sənətkar”,  “Azərbaycan    poeziyasının    inkişafına  

töhfələr  vermiş şairə Məhsəti Gəncəvi”, “Rübai ustadı Məhsəti 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə