F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   ...   8   9   10   11   12   13   14   15   16

42 

 

II Oxucu:        Bu dünya bir qızıl kuzəyə bənzər, 



Suyu gah şirindir, gah da ki, zəhər 

Çox da öyünmə ki, uzundur ömrün, 

Əcəl köhlənində hazırdır yəhər. 

 

I Oxucu:         Qızıl dedi: “Mənəm hər günə gərək, 



Duz kimi möhtacdır mənə hər xörək. 

Məni ölü kimi basdırmayın siz, 

Həyat üçün mənəm ən yaxın kömək” 

 

II Oxucu:        Boy-buxunu, çiyni nöqsanlıdan dad, 



Namərd kişilərdən yaxşıdır arvad. 

Bivəfa dostlardan düşmən yaxşıdır, 

Etibarsız dostu yadından çıxart. 

 

I Oxucu:         Nədən səni belə yandırdılar, şam, 



                       Yaddan çıxartdılar burda bir axşam? 

Sən özün dilə gəl, neyləsin, əgər 

Yaranmışsa ancaq yanmaqçün adam?! 

 

 



II Oxucu:        Arvadla kişini bağlayır kəbin, 

Bu işə yol verir şəriət, ayin. 

Mənimsə kəbinim bir rübaidir, 

Varmı bu kəbinə yol verən, bir din? 



Rübailəri  söylədikdən  sonra,  oxucular  alqış  sədaları  altında 

səhnədən ayrılırlar. 

II  aparıcı:  Məhsətinin  həyatı  və  şeirləri  öz  zəmanəsindən 

başlayaraq  şeir  və  sənət  adamlarının  diqqətini  cəlb  etmişdir. 

Orta  əsrlərdə  onun  haqqında  rəvayət  və  dastanlar  yaranmışsa, 

müasir sənətkarlar ona poemalar, romanlar həsr etmişlər. M. S. 

Ordubadinin “Qılınc və qələm” romanında Məhsəti müdrik, xalq 

tərəfdarı  olan  sənətkar  kimi  təqdim  olunmuşdur.  Mirvarid 




43 

 

Dilbazinin  poemasında,  Nigar  Rəfibəylinin  şeirində,  Kəmalə 



Ağayeva  və  Məmmədhüseyn  Təhmasibin  pyeslərində  isə  o, 

xəlqi,  humanist  bir  şairə  kimi  canlandırılmışdır.  Məhsətinin 

rübailərinin  bir  qismi  Frits  Meyer  tərəfindən  1963-cü  ildə 

“Gözəl Məhsəti” adı altında çap edilmişdir. Məhsəti Gəncəvinin 

bizə gəlib çatan qəsidə, qitə və rübailəri göstərir ki, o, ədəbiyyata 

yeni  bir  ruh,  ab-hava  gətirmişdir.  Dini  ideologiyanın  hakim 

olduğu bir dövrdə şairə şeirlərində dünyəvi məhəbbəti tərənnüm 

etmiş, insanın istək və arzularına bəraət qazandırmışdır. O, Şərq 

poetikasının üsullarından məharətlə istifadə edərək sevən qəlbin 

hislərini, sevincini, kədərini rəngarəng boyalarla qələmə alır. 

         Dərdinlə sənin hər gecə bir qəm gördüm 

         Ağlar gözümü həsrət ilə nəm gördüm 

         Nərgiz gözün aldatdı, yuxum qeyb oldu 

         Ömrümdə şirin bir yuxu mən kəm gördüm. 



I aparıcı:   XII əsrdə belə istedadlı qadın şairin yetişməsi həmin 

dövrdə  Azərbaycan  xalqının  ictimai-siyasi  və  mədəni  sahədə 

qazandığı  nailiyyətlərin  təzahürlərindən  biridir.  Məhsəti 

Gəncəvi  Azərbaycan  ədəbiyyatında  öz  yeri  olan  və  gözə  tez 

çarpan parlaq ulduzlardan biridir. Məhsəti Gəncəvinin bizə gəlib 

çatan şeirləri göstərir ki, o, ərəb, fars dillərini gözəl bilib. Şərq 

poetikasının  incəliklərini  mükəmməl  mənimsəyib.  Əsərlərində 

işlətdiyi  bədii  vasitələr  göstərir  ki,  o,  yüksək  istedada,  incə 

zövqə  və  dərin  mütaliəyə,  geniş  dünyagörüşə  sahib  olub. 

Məhsəti  istedadlı,  mərd  və  insani  keyfiyyətlərə  malik  bir 

şəxsiyyət olmuşdur. XII əsrlərdə yaşayan İran şairi Fəridəddin 

Əttar  “İlahinamə”  poemasında  onu  Məhsəti  Dəbir  deyə  təsvir 

edir: 

  O təmiz gövhərli Məhsəti Dəbir



  Olmuşdu Səncərlə dil bir, könül bir. 

  Camalı deyildir ay kimi parlaq, 

  Qəlbən bağlanmışdı şah ona ancaq. 



44 

 

II  aparıcı  XV  əsr  təzkirəçisi  Dövlətşah  Səmərqəndi  də 

Məhsətini  Sultan  Səncər  dövrünün  ən  yaxşı  şairlərindən  biri 

kimi xatırlayıb, adını Ədib Sabir, Navid Katib, Ənvəri, Süzəni 

və  Seyid  Həsən    Qəznəvi  kimi  şairlərlə  bir  sırada  çəkib. 

Araşdırmalarda  göstərilir  ki,  Məhsətinin  əldə  olan  əsərləri 

arasında bir qitə - məktub var. Həmin məktubdan belə qənaətə 

gəlinib  ki,  Ədib  Sabir  Məhsətiyə  məktub  yazıb.  Bu  da  şairəni 

çox sevindirib və ona cavab yazıb: 

           Sabir, o naməni aldım, oxudum, 

           Ruhuma sanki qanad bəxş elədi. 

           O ədəb kanı olan mısraların 

           Könlümə nurlu həyat bəxş elədi. 

     Bu  şeir  Məhsətinin  XII  əsrdə  Sultan  Səncər  sarayında 

yaşaması  fikrini  bir  daha  təsdiq  edir.  Sonrakı  təzkirəçilər  də 

Məhsətidən Gəncəli şair kimi bəhs edib, əsərlərindən nümunələr 

veriblər. Şairənin bir qisim rübailərində aşiqin vüsal dəmlərində 

keçirdiyi sevinc hisləri əks olunur. Şeirlərində insan gözəlliyinin 

geniş  təsviri  onun  həyata  bağlılığını  və  humanizmini  göstərən 

cəhətlər  hesab  olunur.  Səmimi  duyğuların  ifadəsi  olan  bu 

rübailərdə  incə  həyat  məqamları  gülümsəyir:  Şərq  intibahının 

bir çox nümayəndəsi kimi Məhsəti də öz əsərlərində insanı, onun 

duyğularını  müdafiə  edib.  Təmiz  insani  münasibətləri  quru 

ehkamlara,  tərki-dünyalığa  və  riyakarlığa  qarşı  qoyub.  Şairə           

bir-birindən  gözəl  əsrarəngiz  məhəbbət  nəğmələri  yaratmışdır. 

Məlumdur ki, insanın nəcib istək və arzularının qarşısına hasar 

çəkmək  mümkün  deyil.  O,  gec-tez  hər  cür  sədləri  aşaraq 

qurtulacaq.  Məhsətinin  də  lirik  qəhrəmanı  məhz  dövrünün 

mənəvi  buxovlarından azad olan insandır. O, ancaq sevgilisini 

düşünür, onu torpağa, suya və günəşə də qısqanır: 

        Yerlərə baxma ki, torpaq su görər, 

        Göylərə baxma ki, günsalar nəzər. 

        Qeyrətdən ölərəm, ey ruhum, səni 

        Əgər yuxuda da görsə bir nəfər. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə