24
Məhsəti Gəncəvi öz dövrünün humanist poeziyası ilə
yaxından bağlı olduğundan insanı, onun gözəlliyini, istək və
arzularını ifadə etmiş, onun həyat eşqinə, duyğularına bəraət
qazandırmışdır.
F. Meyer,
Şərqşünas
XII əsrdə Məhsəti Gəncəvi kimi şairənin yetişməsi
Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında
qazandığı nailiyyətlərin təzahürüdür. O, intibah dövrünün
Azərbaycan ədəbiyyatında öz yeri və dəst-xətti olan görkəmli
sənətkarlardandır.
Savalan Fərəcov,
jurnalist
27
Oxucularla söhbət
Mövzu: Məhsəti Gəncəvi rübailərinin poetik xüsusiyyətləri
Kitabxanaçı: Məhsəti Gəncəvi Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının qədimliyinin timsalıdır. Azərbaycan ədəbiyyatı
tarixinə ilk qadın şairə kimi daxil olmuş və dərin məzmunlu lirik
şeirlər (rübailər) müəllifi kimi tanınmışdır. Doğrudur,
Azərbaycan ədəbiyyatının Ə. Xaqani, N. Gəncəvi, İ. Nəsimi,
M. Füzuli kimi klassik söz sənətkarları da rübai şeir şəklinin
nümunələrini yaratmışlar, lakin Azərbaycan ədəbiyyatında rübai
dedikdə, hamıdan əvvəl, Məhsəti Gəncəvi, Məhsəti dedikdə
rübai yada düşür. Məhsəti Gəncəvinin rübailərindəki məzmun
zənginliyi, ifadə əlvanlığı, deyiliş gözəlliyi həmişə oxucusunu
məftun edib. Nizami yaradıcılığı üçün məsnəvi, Füzuli
yaradıcılığı üçün qəzəl səciyyəvi olduğu kimi, Məhsəti Gəncəvi
yaradıcılığı üçün də rübai səciyyəvidir. Məhsəti Gəncəvinin
həyatı, yaradıcılığı haqqında geniş məlumat yoxdur, lakin
əsrlərin süzgəcindən keçib dövrümüzə qədər gələn şeirlərindən
aydın nəticəyə gəlmək olur ki, Məhsəti Gəncəvi lazımi təhsil
görmüş, şeir texnikasına dərindən bələd, bədahətən şeir demək
qabiliyyətinə malik olan bir şairə kimi tanınmışdır. Məhsəti
Gəncəvi şeirləri – rübailəri indi də sevilə-sevilə oxunur. Şairənin
əsərlərinin çox maraqla oxunmasının səbəbi məzmunla yanaşı,
poetik tələblərə cavab verməsidir. Nəzərdə tutulan məzmunu
ifadə edəcək müvafiq söz seçimi, qafiyə zənginliyi Məhsəti
şeirinin əsas xüsusiyyətidir ki, yaddaqalmanı asanlaşdırır.
Nümunə kimi, aşağıdakı rübaini nəzərdən keçirmək olar:
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
28
Göründüyü kimi, rübaidə, insan həyatının keşməkeşliyini
ifadə edən məzmun oxucunun diqqətini cəlb edir. İşlədilən
sözlərin sırası, xüsusilə qafiyə təşkil edən, “bənzər”, “zəhər”,
“yəhər” sözləri şeirdə qüvvətli ahəng yaradır. Doğrudur,
şairənin rübailəri arasında hökmdarlara həsr olunmuş parçalar
da var. Bir nümunəyə nəzər salmaq olar:
Ey şahım, hamıdan üstün bilərək
Bəxt atını sənə bəxş etdi fələk.
Qızıl nallı atın batmasın deyə
Yerlərə sərmişdir gümüş bir örpək.
Məhsəti Gəncəvi haqqında aparılan tədqiqatlardan aydınlaşır
ki, o, Sultan Səncərin sarayına yaxın olmuşdur. Şah
məclislərinin birində Məhsəti də iştirak edir. Məclisin müəyyən
anında şairə bayıra çıxır və qar yağdığını görür, qayıdanda şah
havanın necə olduğunu soruşur, Məhsəti şahın sualına cavab
olaraq yuxarıdakı rübaini deyir. Lakin Məhsəti şeirlərinin
qəhrəmanları, əsasən papaqçı, dərzi, bənna, çörəkçi və s. kimi
sənətkarlardır.
Papaqçı sevgilim şövq ilə bayaq
Tikirdi əlində atlazdan papaq.
Hər papağa yüz-yüz afərin dedim,
Dördünə biri də bəs idi, ancaq…
Yaxud:
Çörəkçi yanında şagird olmuşam,
Müəzzindən qabaq yandıraram şam.
Oddan, sudan, undan qızıl çıxarıb,
Xərabatda qızıl ələrəm axşam.
Məhsəti Gəncəvi təsadüf etdiyi əhvalatla əlaqədar şeir
deməyi bacaran, həm də dediyi şeirdə dərin fəlsəfi məna ifadə
29
edən bir şair olmuşdur. Nümunə kimi, aşağıdakı misraları
nəzərdən keçirək:
Ey ağııllı qoca, deyilsən naşı,
Torpaq ələyənin cavandır yaşı.
De yavaş ələsin, çünki bu torpaq,
Pərviz bədənidir, Keyqubad başı.
Bu rübainin fəlsəfi mənasını, ondan çıxan tərbiyəvi nəticəni
təsəvvür etmək çətin deyil: insan həyat ünsürlərindən biri olan
torpaqdan yarandığı kimi, öləndən sonra da torpağa qarışır, qoca
cavanı, bilən bilməyəni, böyük kiçiyi, usta şagirdi öyrətməlidir.
Bunlar heç vaxt köhnəlməyən, hazırda əməl olunması zəruri
sayılan mənəvi tələb hesab olunur. Məhsəti Gəncəvi lazımi
təhsil görmüş, poetik tələblərə dərindən bələd olan, ədəbiyyatda
rəmzləşən ifadələri öz məqamında işlətməyi bacaran müqtədir
bir sənətkar olmuşdur. Klassik ədəbiyyatda bədən üzvlərinin
formasına
görə
əski
əlifbanın
müxtəlif
hərflərinə
bənzədilməsinin rəmzləşdiyi məlumdur. Məhsəti Gəncəvi
şeirlərində bu rəmzləri ustalıqla, sənətkarlıqla işlədir. Fikir
aydınlığı üçün aşağıdakı şeir parçalarına baxmaq olar:
O mim ləbindədir bu dodaqlarım,
O gümüş qoynundur güllü baharım…
İki ayrı canda bir ürəyik biz,
Bilirəm qədrini, nadir mirvarım!
“Mim” əski əlifbasında “m” hərfinin adıdır. İnsanda kiçik
ağız gözəllik əlamətidir və m hərfinə bənzədilir.
Yaxud:
O sərraf oğlunun aşiqiyəm mən,
Eyn, şin və qafa vurğunam qəlbən.
İnsanam, axır sin, nun, kaf deyiləm,
Nə istər o süzgün baxışlı məndən?
Dostları ilə paylaş: |