20
Gəncəvi”, “Məhsəti Gəncəvi Azərbaycan intibahının hadisəsi
kimi”, “Yaradıcı Şərq qadınının iradə və ifadə azadlığının
klassik modeli – Məhsəti Gəncəvi”, “XII əsr Azərbaycan
poeziya məktəbinin görkəmli nümayəndəsi Məhsəti Gəncəvi”
və s.
İndi isə sərginin nümunəsini veririk.
Başlıq: “Dünyəviliyi, humanizmi, nikbinliyi ilə seçilən şairə”
Məhsəti Gəncəvinin portreti.
Görkəmli insanların Məhsəti Gəncəvi haqqında söylədikləri
kəlamlar.
Dövri mətbuatda çap olunan məqalələrin kartotekası.
Məhsəti Gəncəvidən bəhs edən kitablarının nümayişi.
Şeir parçası.
Sərgi təşkili zamanı aşağıdakı sitatlardan istifadə etmək olar.
21
Görkəmli şəxsiyyətlərin Məhsəti Gəncəvi haqqında
söylədikləri fikirlər:
Məhsəti Gəncəvinin yaratdığı söz sənəti nümunələri insanı
ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə
səciyyələnərək geniş şöhrət tapmış, sonrakı dövrlərdə bədii
zövqün formalaşmasına mühüm təsir göstərmişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Məhsəti Gəncəvi Ömər Xəyyam ilə yanaşı öz rübai
məktəbini yaratmış, dünya lirik şeir dəftərinə öz imzasını
qoymuşdur.
M.S.Ordubadi,
şair, dramaturq
Heç bir xalqın Məhsəti böyüklükdə şairəsi olmayıb. Millətinə
bağışladığı bu əbədi birincilik və o birinciliyin gətirdiyi milli
iftixar duyğusu Məhsəti Gəncəvini həmişə gənc edəcək.
Nigar Rəfibəyli,
Xalq şairəsi
Məhsəti Gəncəvinin irsi yığma, qurama rübailər toplusu
deyil, bir düşüncədən, vahid poetik üslubdan doğan ədəbi
hadisədir.
Ziya Bünyadov,
Akademik
Məhsəti Gəncəvi dahi söz ustaları Xaqani və Nizaminin
sələfi, böyük Qətran Təbrizinin ləyaqətli xələfi olmuşdur.
Qulamhüseyn Beqdeli,
professor
22
Dünya şöhrətli rübailər yaradan Məhsəti həm mahir musiqiçi,
həm də usta şahmatçı idi. Musiqi zərifliyi Məhsətinin rübailərinə
çökübsə, şahmat mürəkkəbliyi onun taleyindən keçib. Vaxtın
sərt küləkləri Məhsətinin şeirlərini və ömür yolu haqqında
bilgiləri ən müxtəlif əlyazmalarının səhifələrində ölkə-ölkə,
şəhər-şəhər yayıb.
Mirvarid Dilbazi,
Xalq şairəsi
Məhsəti nəinki Xəyyamdan rübai estafetini qəbul edib
ləyaqətlə davam etdirmişdir, həm də onu məna və məzmun
baxımından zənginləşdirmiş, ona türk ruhu və intonasiyası
gətirmiş, yeni lirik obrazlar, poetik təsvirlər, ürəkaçan
deyimlərlə zənginləşdirmişdir.
Mahmud Kərimov,
Akademik
Məhsəti Gəncəvi Şərq poetikasının üsullarından məharətlə
istifadə edərək sevən qəlbin hislərini, sevincini, kədərini
rəngarəng boyalarla qələmə almışdır. Məhsəti Gəncəvi
Azərbaycan ədəbiyyatında öz yeri olan və gözə çarpan parlaq
ulduzlardan biridir.
Həmid Araslı,
Akademik, professor
Məhsəti Gəncəvi uca varlığıyla, yaşarı irsiylə adının
yanındakı Vətəni hər zaman qorudu. Bu gün şairə nə tək
Gəncənin, nə tək Azərbaycanındır. O, Bəşəriyyətin Şairləri
sırasında, Dünya vətəndaşları cərgəsindədir.
Rəfael Hüseynov,
Millət vəkili, professor, yazıçı
23
Məhsəti Gəncəvi ədəbiyyata yeni bir ruh, ab-hava
gətirmişdir. Dini ideologiyanın hakim olduğu bir dövrdə şairə
şeirlərində dünyəvi məhəbbəti tərənnüm etmiş, insanın istək və
arzularına bəraət qazandırmışdır.
Kəmalə Ağayeva,
Əməkdar mədəniyyət xadimi, şairə
Məhsəti
Gəncəvi
Azərbaycan
intibahının
parlaq
nümayəndəsi və həqiqətidir. O, Şərq poetikasının üsullarından
məharətlə istifadə edərək sevən qəlbin hislərini, sevincini,
kədərini rəngarəng boyalarla qələmə almışdır.
Məmmədhüseyn Təhmasib,
professor
Məhsəti Gəncəvi keçmişin, indinin və gələcəyin şairi olub,
sözün əsil mənasında xanım, mübariz, haqq, ədalət, sevda
yolçusudur.
Fəridə Ləman,
“Məhsəti” Şairlər Məclisi ictimai birliyinin sədri
Məhsəti Gəncəvi ayrı-ayrı sənət və peşə sahiblərini
ədəbiyyata gətirməklə fərqlənməyi bacarmış, öz rübailərini
Nizaminin əsərlərinin ilk rüşeyimi hesab etmişdir.
Xəlil Yusifov,
Filologiya elmləri namizədi
XII yüzildə dünyanın heç bir xalqının ədəbiyyatında Məhsəti
qüdrətli, Məhsəti səviyyəli və Məhsəti istedadlı bir qadın şair
olmamışdır.
Solmaz Məmmədbəyli,
Elmi işçi
Dostları ilə paylaş: |