52
Məhsəti: Deyirdim ölsəm də nə qəm, ellərə
Mən ki, bir xəzinə qoyub gedirəm.
Xanəmlə dağıldı yazdıqlarım da,
Hanı, dünyada nə qoyub gedirəm?
Cəngi mənə verin, dinləyim barı
Onun telindəki hıçqırıqları.
Məhsəti əlinə çəngi götürüb çalır.
Mənə nə bilirdin, zaman eylədin
Gücün çatan qədər divan eylədin.
Çırpdın daşdan – daşa, ruzigar, məni.
Bəs yara neylədim, atdı yar məni,
Deyirdim o çətin unudar məni.
Eşqim məhbus oldu dərdli sinədə,
Döndərdi xəzana o bahar məni.
İlyas Məhsəti xanıma təskinlik verir.
Yox, Məhsəti xanım, bahar sizsiniz,
Siz gözəl Gəncədə əvəzsizsiniz.
Ömrünü bitirib ötdükcə illər,
Sizi sinəsinə yazacaq ellər.
Məhsəti isə cavabında söyləyir:
Mən haqqın yolunda sönən bir şamam,
Tufanlı səhərdim, indi axşamam.
Lütf edib dinləyin, ey növcavanlar,
Ölüm ayağında sizə sözüm var.
Gözünüz önündə qoyub həyatı.
Dinləməyin əsla puç xurafatı.
Elin çağrılmamış qonağıdır o,
İnanmayın, böhtan çanağıdır o,
İlyas, bir yaxın gəl, gəl dinlə məni,
Sənə tapşırıram dərdli vətəni,
Yaz, qoy yazdıqların bir aləm olsun,
Yaralı vətənə o məlhəm olsun.
53
Məhsəti bu sözləri deyib, gözlərini həyata əbədilik yumur.
İlyas onun başını dizləri üstə alaraq söyləyir:
Sən bir ülkər idin, işıq saçardın,
Bu işıq gözü kor dövrana düşdü.
Şadlığı çox sevən o böyük qəlbin
Əfsus! Gülzara yox, tufana düşdü.
Bu an Əşrəf Məhsəti Gəncəvinin cənazəsi önündə diz çökür və
deyir:
Aman, yandı canım, bu ölüm nədir?
Özün demirdinmi vətən canımdır?
Ayrılıb dünyadan bir dünya gedir,
Axı, sən deyirdin el dərmanımdır.
Budur, dövrəndədir sevdiyin ellər,
Əzizim, torpaqlar yaraşmır sənə.
Deyirdin qürbətdə ölərsəm əgər,
Vətən torpağında dirilləm yenə.
Hanı, dediklərin söylə bəs hanı?
Söndürdü xurafat ömür şamını,
Fəqət rahat uyu, ey mehribanım,
Alar oğulların intiqamını.
İlyas: Yox, yox, o ölməmiş, inanmıram mən,
Fəqət üz çevirmiş zəmanəsindən.
O öz atəşiylə nura büründü,
Əsrin göylərində parladı, söndü.
Fəqət inanıram, gələcək zaman.
Onun göylərinin aydınlığından.
Can alıb yuxudan o oyanacaq,
O ulduz parlayıb yenə yanacaq.
Tamaşanın sonunda iştirakçılar baş əyib, səhnədən ayrılırlar.
II aparıcı: Təxminən XIV əsrdə yarandığı ehtimal edilən bu
kitabın özündə də Məhsətiyə rəğbət hissi duyulur, onun yüksək
istedadı, mərdliyi, xoş təbiəti göstərilir. Məhsəti Gəncəvi
54
yaradıcılığına rəvayətlərə əsasən yanaşmaq, əlbəttə, böyük səhv
olardı. Məhsəti şairənin təxəllüsüdür. Necə ki, Xaqani, Nizami,
Xətai də olduğu kimi. Əsrlər keçməsinə baxmayaraq dərin
insani duyğuların tərcümanı olan şeirlərin müəllifi Məhsəti
unudulmamış, həmişə sevilmişdir. Məhsəti Gəncəvi bəzən Dəbir
deyə xatırlanmışdır. XII –XIII əsrlərdə yaşamış görkəmli İran
şairi Fəridəddin Əttar “İlahinamə” poemasında Məhsətini Dəbir
adlandırmışdır. Məhsəti dövrünə yaxın olan Əttar şairəni təmiz
gövhərli Dəbir adlandırır. Dəbir katib, yazan, yazı işlərini aparan
mənasını daşıyır. Dəbir yüksək savada, gözəl xəttə malik olmalı,
hazırcavablığı, incə zövqü, diplomatik keyfiyyətləri ilə seçilməli
idi. Məhsəti Gəncəvidə bu xüsusiyyətlərin hər biri var idi.
Şairənin bədahətən şeirlər deyə bilməsi də bu işdə köməyinə
gəlirmiş. Bizə görə, Məhsətinin Dəbir deyə xatırlanması onun
yüksək savada malik bir ziyalı olduğunu, Sultan Səncər
sarayında aparılan yazışmalarda yaxından iştirak etdiyini
göstərir.
I aparıcı: Təzkirə və tarix müəllifləri də Məhsətidən gəncəli
şairi kimi bəhs etmiş, əsərlərindən nümunələr vermişlər.
Məhsəti haqqındakı məlumatlar göstərir ki, o, XII əsr
Azərbaycan şeirinin istedadlı nümayəndələrindən biri olmuşdur.
Məhsətinin ədəbi irsi zamanı keşməkeşləri nəticəsində
pərakəndə düşmüş, bütöv bir məcmuə, ya divan şəklində gəlib
bizə çatmışdır. Lakin xoşbəxtlikdən bu gözəl qadın şairənin irsi
tamamilə itib batmamışdır. Şeir və sənət həvəskarları onun
şeirlərini
əzbərləmiş,
haqqında
rəvayətlər
düzəltmiş,
şeirlərindən əldə edə bildiklərini dəftərlərinə köçürmüşlər.
Məhsətinin
lirik
qəhrəmanı
məhz dövrün mənəvi
buxovlarından azad olmuş insandır. Şairənin rübailərində
insanın psixologiyası çox təbii və inandırıcı əks olunur. Psixoloji
cəhətdən şeir o qədər məharətlə qurulmuşdur ki, həsrət və
düşüncə məngənəsində sıxılan aşiqin əhvali-ruhiyyəsi haqqında
55
oxucuda aydın təsəvvür yaradır. Məhsətinin rübailərinin
qəhrəmanı Məcnunun müasiridir.
Məhsətinin ayrı-ayrı peşə sahiblərinə həsr olunmuş rübailəri
tarixilik baxımından da əhəmiyyətlidir. Həmin şeirlər ümumi
şəkildə olsa da, o dövrkü Azərbaycan şəhərlərində olan sənət və
sənətkarlar haqqında məlumat verir. Məhsətinin peşə və sənət
adamlarına belə rəğbətli münasibəti onun əxilərə, əxi
görüşlərinə yaxınlığı haqqında düşünməyə imkan verir. Şairənin
Gəncədə yaşadığı Xarabat məhəlləsi əxilərin də çox toplaşdığı
yer idi. Məhsətinin sadə əmək adamları ilə bağlılığı bu şeirlərdə
aydın hiss olunur. Məhsəti rübainin imkanları daxilində
mədhiyyə ənənələrinə sadiq qalaraq çox maraqlı əsərlər
yaratmışdır.
Üç min il dolanıb günəş dünyanı,
Yaradar bir qızıl, ya gövhər kanı.
Əlimi, ovcumu bir sözlə, ey şah,
Sən etdin həm qızıl, həm gövhər kanı.
Bu rübaidə də Məhsəti böyük ustalıqla ona nə münasibətləsə
bolluca bəxşiş verən hökmdara öz minnətdarlığını bildirir.
Məhsəti özünü qolsuz-qanadsız, zəif bir quşa, zəmanəsini isə
onu pərvazlanmağa, ürəyinin istəyincə qanadlanmağa macal
verməyən bir qəfəsə oxşadırdı. Şairə bu rübaidə öz qüdrətini
nümayiş etdirə bilmişdir. Şairə hökmdarın səxavətini tərifləmək
üçün onu üç min il ərzində bir qızıl mədəni yetirən günəşlə
müqayisə edir. Məhsəti folklor havalı, folklor ruhlu bir
sənətkardır. Məhsəti bir şair kimi ədəbiyyatımızın qanunauyğun
inkişafı ilə, öz yaradıcılığı ilə bu tərəqqiyə yeni izlər qoydu, söz
sənətimizin yüksəlişinə təsirli xidmətlər göstərdi. Fars, ərəb,
türkdilli şeirdə on üç əsrlik zəngin ənənəsi olan rübaiçilikdə
Məhsətinin xüsusi yeri var. O, Xəyyamla birgə Şərq
ədəbiyyatında ən qüdrətli rübai ustası kimi şöhrətlənmişdir.
56
Onun ədəbi irsindəki yeni mövzular, cəsarətli ideyalar,
sələflərindən tamamilə fərqlənən obrazlar sistemi rübaiçiliyi
zənginləşdirmiş, ideya-tematik hüdudlarını bir qədər də
genişləndirmiş, ifadə tərzini bir qədər də əlvanlaşdırmışdır.
Məhz elə buna görə sonralar rübaiyə üz tutan bir çox sənətkarlar
Məhsəti ənənələrini davam etdirmiş, Məhsəti rübailərinə
nəzirələr, bənzətmələr yazmışlar.
II aparıcı: Məhsətinin yaşadığı dövrdən keçən bir zaman
ərzində heç kəs onun bir şairə kimi tarixi şəxsiyyət olmasına
şübhə ilə yanaşmamışdır. Məhsəti Gəncəvinin tarixi şəxsiyyət
olmasını bir çox orta əsr şair və alimlərinin müxtəlif qeydləri
təsdiq edir. Öz incə ruhlu şeirlər ilə şöhrətlənən şairə ömrünün
müəyyən müddətini Sultan Mahmud Səlcuqi və Sultan Səncər
saraylarında keçirmişdir. O, rübai janrının ən görkəmli
nümayəndəsi kimi tanınmışdır. Məhsətinin həyatı və şeirləri öz
zəmanəsindən başlayaraq şeir və sənət adamlarının diqqətini
cəlb etmişdir. Qadın, onun mənəvi haqqı, idealları, arzu və
istəkləri Məhsəti şeirində heyrətamiz bir ustalıqla qələmə
alınmışdır. Bu baxımdan ədəbiyyatlarımızın Məhsətidən çox
sonrakı inkişaf mərhələlərində də gəncəli şairənin ucaldığı
səviyyəyə
qalxan
ikinci
sənətkar
görmürük. Məhsəti
Azərbaycan şeirində ilk dəfə şəhraşüb janrına müraciət etmiş,
bütün Şərq şeirində rübai – şəhraşüblar silsiləsinin ən
mükəmməl örnəklərindən birini qələmə almışdır. Məhsəti
irsinin poetik incəlikləri saysız – qədərsizdir. Bəli Məhsəti söz
tariximizin ilk böyük şairəsidir.
Məhsəti Gəncəvi intibah dövründə Azərbaycan ədəbiyyatının
asimanında öz yeri olan, gözə tez çarpan parlaq ulduzlardan
biridir. Məhsətinin Nigar Rəfibəyli tərəfindən ustalıqla
Azərbaycan türkcəsinə çevirilmiş rübailəri oxucular tərəfindən
rəğbətlə qarşılanmış, dönə - dönə çapdan çıxmışdır.
57
Söhbət rübailərdən düşmüşkən gəlin məktəbli oxucularımızın
ifasında rübailərə qulaq asaq.
I Oxucu: Hər iki dünyanın kərimi Sənsən
Qocaya, cavana kömək edənsən!
Sənin rəhmətinə əminik, Allah,
Könlümüz şad olur sənin feyzindən.
II Oxucu: Məni kam almağa qoymadı zaman,
Gücü çatan qədər elədi divan
Deyəsən əhd etmiş,dolandıqca hey
Məni də özüylə hərlətsin dövran.
I Oxucu Özgədən heç zaman gözləmə kömək,
Quru budaq kölgə salmaz, ey ürək!
Qənaət əzizlər, tamah xar edər,
Az olan şeylərə qənaət gərək.
II Oxucu: Ey ürək! Ömrünü vermisən badə,
Gülüb yetməmisən kamə, murada.
Kimsə yetişmədi dadıma, heyhat!
Mən sənin əlindən gəldim fəryadə.
I Oxucu: Yudun xətaləri, sən ey lütfkar,
Qulluq sırğan bütün qulaqlarda var.
Günahın yükünü götür, ey Allah,
Dar gündə kimsəni sən eyləmə xar!
I aparıcı: Bu gün Məhsətinin danışdığı dillərin sayı çoxdur.
Gəncəli şairənin poetik yadigarlarının sərhədi getdikcə böyüyür.
Rübailər almancaya, fransızcaya, ingiliscəyə, italyancaya və s.
dillərə çevrilib. Bir sözlə, Məhsəti şöhrətinin, Məhsəti
fəthlərinin fəzaları hüdudsuzdur. Məhsəti sözünün cazibəsi
doqquz yüz il bundan əvvəl olduğu məqamında qalır, yenə
oxucusunu heyran edir Bu gün dünyada bizi – Azərbaycanı həm
də Məhsətiyə görə tanıyırlar. Məhsəti Gəncəvi ölməz sənəti ilə
bütöv Azərbaycanda özünə abidə ucaldıb. Təsəvvürümüzə
58
sığmayacaq qədər nəhəng zamanlar boyu Məhsətinin adı və
şeirləri illərimizi aydınladacaq, köhnəlməyən gerçəkləriylə
köhnə dünyaya hayan olacaq.
Ötkəm şəxsiyyəti, üstün ağlı, sərhədsiz duyğular dünyasıyla
vəhdətdə olan qələminin bəhrələrini xalqına əbədi miras edən
Məhsətinin millətinə və məmləkətinə xidmətlərindən biri də
adının yanında Gəncə sözünün olmasıdır. Məhsəti uca
varlığıyla, yaşarı irsiylə adının yanındakı vətəni hər zaman
qorudu. Məhsəti nəğməsinin, Məhsəti sözünün, Məhsəti adının
yeni əsrdə, yeni minillikdə daha böyük diqqətlərə və sevgilərə
layiq görüləcəyinə hamımız inanırıq. Məhsətinin söz övladları,
şeir balaları doqquz yüz əsrdən çoxdur diridir, sağdır. Onun
əsərləri zehinlərdə, könüllərdə daim yaşayacaq və yeni
doğulacaq əsərlərdə əks-səda verəcək...
Ədəbi hadisə olan Məhsəti Gəncəvi tək milli şeirimizin, tək
Şərqin deyil, bütün dünya ədəbiyyatının bəzəyi olmağa layiqdir.
II aparıcı:Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda, Avropanın
Fransa, Avstriya, İtaliya kimi dövlətlərində, Şərqin və dünyanın
digər ölkələrində musiqi axşamları, sərgilər, ədəbi gecələr,
teatrlar təşkil edilib. Bəli, XI əsrin sonu – XII əsrin əvvəllərində
yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi
mədəniyyətimizin intibahının parlaq nümayəndəsi olub. Bu
gün dünyada bizi – Azərbaycanı həm də Məhsətiyə görə
tanıyırlar. Məhsəti Gəncəvi ölməz sənəti ilə bütöv
Azərbaycanda özünə abidə ucaldıb.
Təsəvvürümüzə sığmayacaq qədər nəhəng zamanlar boyu
Məhsətinin adı və şeirləri illərimizi aydınladacaq, köhnəlməyən
gerçəkləriylə köhnə dünyaya hayan olacaq. Millətinə bağışladığı
bu əbədi birincilik və o birinciliyin gətirdiyi milli iftixar
duyğusu Gəncəli Məhsətini həmişə gənc edəcək!
59
Ədəbiyyat siyahısı
Əsərləri
Məhsəti Gəncəvi nəğmələri : Məhsəti Gəncəvi rübailəri Rafael
Hüseynovun farscadan tərcümələrində və Rizvan Sədirxanovun
bəstələrində - Bakı : Şərq-Qərb, 2013. - 71 s.
Rübaidən - rübaiyə : Seçmə tərcümələr. - Bakı : Elm və Təhsil,
2012. - 208 s.
Rübailər. - Bakı : Lider nəşriyyatı, 2004. - 144 s. - (Klassik
Azərbaycan Ədəbiyyatı).
Rübailər //
Azərbaycan qadın şairləri antologiyası : Poeziya.
- Bakı : Avrasiya Press, 2005. – S. 12-19. (Ədəbiyyat
antologiyaları).
Şeirlər // Seçilmiş əsərləri. - Bakı : Çaşıoğlu, 2006. - 232 s. -
(Azərbaycan Ədəbiyyatı).
Haqqında
Hüseynov R. Məhsəti - necə varsa. - Bakı : Yazıçı, 1989. - 336
s. - kiril əlifbası ilə.
Hüseynov R. Məhsəti Gəncəvi-özü, sözü, izi. - Bakı : Nurlan,
2005. - 560 s.
Hüseynov R. Məhsəti Gəncəvi: portret-oçerk. - Bakı : Şərq-
Qərb, 2013. - 80 s. - Kitab Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvinin 900 illik
yubileyinin keçirilməsi haqqında 16 yanvar 2013-cü il tarixli
Sərəncamına əsasən nəşr olunur. - Kitab Azərbaycan Milli
Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Milli
Azərbaycan
Ədəbiyyatı
Muzeyində
hazırlanmışdır.
-
Frontispisdə verilmiş Məhsəti Gəncəvinin portretinin müəllifi
rəssam Güllü Mustafayevadır.
60
Hüseynov R. Söz tək gözəl - Məhsəti : monoqrafiya. - Bakı :
Şərq-Qərb, 2013. - 560 s.
Məhsəti Gəncəvi // Varlıq : Ensiklopedik toplu. - Bakı : Zaman,
1998. – S. 205.
Qacar Ç. Sufi krallığının birinci xanımı Məhsəti Gəncəvi //
Azərbaycan qədim və orta əsrlərdə. Görkəmli şəxsiyyətlər. -
Bakı : OKA ofset, 2012. - S. 136-146.
Məhsəti xanım obrazı bədii ədəbiyyatda
Dilbazi M. Məhsəti : mənzum pyes // Seçilmiş əsərləri. - Bakı :
Lider, 2007. - S. 249-270.
Kəmalə. Məhsəti : 4 pərdəli mənzum pyes // Məhsəti : mənzum
pyeslər. - Bakı : Yazıçı, 2001. – S.5-96.
Ordubadi M.S. Qılınc və qələm. – Bakı : Şərq-Qərb, 2005. –
344 s.
Rəfibəyli N. Məhsəti : dramatik poemadan bir parça // Seçilmiş
əsərləri. - Bakı : Şərq-Qərb, 2004. - S. 244-253.
61
Humanizmi, nikbinliyi ilə seçilən şairə
(metodik vəsait)
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail:info@clb.az
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş: 21
Çapa imzalanmışdır: 27.02.2018
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |