F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

36 

 

Bir gün başına yağır 



Sənin güllər, çiçəklər 

Qocalığın gəncliyi 

Yetmiş beş yaşa deyirlər 

Səni istəməyənlər 

Başın daşa döyürlər. 

Dostlar sənə əl çalır. 

Yaşa! Yaşa – deyirlər 

Hələ qılınc kimisən, 

Maşallah, hələ cağsan. 

Allah qoysa, sən hələ 

Yüz il yaşayacaqsan! 

Sən yaşa, biz də görək! 

Hələlik, dostum Elçin, 

Yetmiş beş yaşın mübarək! 



I aparıcı: Bizim ölkədə 20-80 yaş arasında elə bir insan təsəvvür 

etmək  olmaz  ki,  Elçin  Əfəndiyev  yaradıcılığının  çox  qismini 

doyulmaz zövq ala-ala, ruhi bir qüdrət qazana-qazana oxumasın, 

onun lirik-psixoloji üslubu, poeziya ovqatlı, duzlu-məzəli dram 

əsərlərinə tamaşa  etməsin. Ustad sənətkarın istedad və zəhmətlə 

nail olduğu yazı mədəniyyəti, özünü sözə çevirmə tərzi insanın 

hiss  və  həyəcanlarını,  duyğu  və  düşüncələrini  ifadə  etmək 

baxımından  doğma  Azərbaycan  dilini  həsəd  aparılacaq  bir 

ucalığa  yüksəltmişdir.  Belə  bir  bacarıq  hər  yazıçıya  qismət 

olmur.  Elçin  Əfəndiyevdə  dil  ürək  kimi  çırpınır,  beyin  kimi 

düşünür,  su  kimi  axır,  gün  kimi  işıq  saçır,  axşam  kimi  düşür, 

dərd  kimi  ağrıdır,  ruh  kimi  susur...  Elçin  Əfəndiyevin  bu 

xüsusiyyətləri  qələm  yoldaşları  tərəfindən  həmişə  yüksək 

qiymətləndirilmişdir.  



II  aparıcı:  Bəlkə  buna  görə  də  Elçin  nəsrinin,  Elçin 

yaradıcılığının  qüdrətini  canlandırmaq  çox  çətindir.  Çünki  bu 

yaradıcılıq 

baxılmağa, 

araşdırılmağa 

layiqdir. 

Elçin 



37 

 

Əfəndiyevdə bədii idrak duyğusu güclü və cəlbedicidir. Yazıçı 



Azərbaycan  ədəbiyyatına  bir-birindən  gözəl  hekayələr  bəxş 

edib.  Eyni  zamanda  “Bir  görüşün  tarixçəsi”,  “Toyuğun  diri 

qalması”,  “Poçt  şöbəsində  xəyal”,  “Dolça”  və  başqa  məşhur 

povestlər də yazıçıya uğur gətirib. Bununla bərabər hər biri milli 

nəsrimizin  inkişafında  önəmli  yer  tutan,  Azərbaycan  bədii 

təfəkkürünü irəliyə aparan “Ağ Dəvə”, “Mahmud və Məryəm”, 

“Ölüm hökmü” əsərləri hekayə, povest ustası Elçin Əfəndiyevi 

romançı olaraq təqdim edir. Bəli, Elçin Əfəndiyev romançıdır. 

Onun  ən  yığcam  hekayəsində,  ən  kiçik  povestində  də  roman 

tutumu,  roman  dərinliyi,  roman  siqləti  var.  Elçin  Əfəndiyev 

şöhrət üçün yox, ürəyinin hökmü ilə yaradan sənətkardır. Milli 

nəsrin ən qiymətli inciləri olan bu əsərlər həm də çağdaş dünya 

nəsrinin hadisələri olaraq qiymətləndirilə bilər. 

I  aparıcı:  Elçin  Əfəndiyev  həyatı,  bədii  obrazı  dərindən 

düşünür. İnsanı özünəməxsusluğu, daxili ziddiyyətləri ilə təsvir 

edir.  Təkcə  hekayələrində  yox,  povestlərində  də  geniş 

tərcümeyi-hal  vermir,  portret  yaradanda  təfərrüata  varmır. 

Rənglərlə, mükalimələrlə, bədii mahiyyətdən doğan haşiyələrlə 

surətin mühiti, ömür yolu haqqında dolğun təsəvvür oyadır. Çox 

zaman Elçin Əfəndiyev həyata və insana müasirlik, yetkinlik və  

əxlaqi-mənəvi  zənginlik  baxımından  yanaşır.  Psixoloji 

yekrənglik və birtərəfliliyi tənqid edir, adi adamların həyatında 

müşahidə  etdiyi  qeyri-adiliyin  gözəlliyi,  şeiriyyəti  haqqında 

hekayələr  söyləyir,  “gözəllik  uzaqda  deyil,  həyatımızda, 

məişətimizdədir”  –  prinsipi  ilə  hərəkət  edərək  adi  adamların 

daxilində  gizlədib,  xəlvətdə  saxladığı  mənəvi  keyfiyyətləri 

hamımız  üçün  estetik  sərvətə  çevirir.  Hörmətli  qonaqlar, 

bildiyimiz kimi şairlərimiz  Elçin Əfəndiyevin yaradıcılığından 

bəhs  edən  çoxlu  şeirlər  yazıblar.  Gəlin  oxucumuzun  ifasında 

M.Əzizin  Elçin  Əfəndiyevin  “Əncir  ağacı”  kitabına  yazılmış 

şeiri oxucumuzun ifasında dinləyək. 




38 

 

Oxucu:  



           Bir zaman Elçinin duyğularından 

Xəyal tək ötürdü “Əncir ağacı” 

Boyu uzanırdı gündə bir qarış, 

Ərsəyə yetirdi “Əncir ağacı” 

 

Rişəsi qalxırdı yerin təkindən, 



Ayırmaq olmazdı onu kökündən

İşıqlı dünyaya çıxdığı gündən, 

Min əldə gəzirdi “Əncir ağacı” 

 

Qayatək durmuşdu tufan içində, 



Dağa bənzəyirdi duman içində

Kitab rəflərindən bir an içində 

Əriyib itirdi “Əncir ağacı” 

 

Önündə milyon diz çökürdü onun



Rəssamlar rəsmini çəkirdi onun, 

Hərə öz evində əkirdi onu, 

Şimalda bitirdi “Əncir ağacı”. 

 

Alın yazısı var yarpaqlarında, 



Dadı yüz millətin damarlarında, 

Əncirlə bərabər budaqlarında 

                                   Mükafat gətirdi “Əncir ağacı”  

 

 



II  aparıcı:  “Bədii-estetik  gözlənilməzlik”  –  bu  söz  birləşməsi 

Xalq  yazıçısı  Elçin  Əfəndiyevin  zəngin  bədii  yaradıcılığını 

səciyyələndirən  ən  dəqiq  ifadələrdən  biridir.  1960-cı  illərin 

sonu, 70-ci illər, 80-cı illərin əvvəlləri... Elçin Əfəndiyevin artıq 

XX  əsr  Azərbaycan  ədəbiyyatının  qızıl  fonduna  daxil  olmuş 

“Qatar. Pikasso. Latur. 1968.”, “On ildən sonra”, “Baladadaşın 




39 

 

ilk  məhəbbəti”,  “Parisdə  avtomobil  qəzası”  və  s.  kimi 



hekayələri,  “Bir  görüşün  tarixçəsi”,  “Toyuğun  diri  qalması”, 

“Dolça”  kimi  povestləri  meydana  çıxdı.  Ədəbiyyatımıza  yeni 

nəfəs  gətirən  bu  əsərlər  Elçin  Əfəndiyevi  müxtəlif  dilli  geniş 

oxucu  auditoriyasına  müasir  mövzular  yazıçısı  kimi  tanıtdı. 

Yaradıcılığı  çoxcəhətli  bədii  tapıntı,  orijinal  rəng  və  boyalar 

üzərindən  keçən  yazıçı,  bir  qayda  olaraq,  əsərlərinin 

məzmununu  müasir  həyatdan,  gəncliyi  düşündürən,  narahat 

edən,  bizim  günlər  üçün  səciyyəvi  və  tipik  görünən 

problemlərdən  alır.  Çünki  Elçin  Əfəndiyev  müasir  həyatla 

yaşayır,  onun  axar  və  istiqamətini  dərindən  duyur,  zəhmət 

adamlarının  arzusunu,  duyğu  və  düşüncəsini  ifadə  edir,  gah 

əxlaqi-mənəvi təmizlikdən, fədakarlıq və qayğıkeşlikdən, gah da 

xalqa,  ucsuz-bucaqsız  Vətənimizə  məhəbbətdən  yazır.  Elçin 

Əfəndiyev  yazarkən  dövrün  ideya-estetik  tələbi  səviyyəsində 

dayanır, çox hallarda fikir və düşüncəsini, psixologiyasını xırda, 

amma  mənalı  lövhə  və  detallarda  açır.  Mənəviyyata,  hiss  və 

duyğuya təsir etmək, oxucunu düşündürmək və fikrən hərəkətə 

gətirmək  üçün  yazıçı  sözün  və  bədii  təsvirin  imkanlarından 

yaradıcı şəkildə istifadə  edir. Yazıçı bəzən hekayənin  sujetinə 

məlum əfsanə, nağıl və rəvayətlərin motivini axıdır. 



I aparıcı: Mənəviyyata, hiss və duyğuya təsir etmək, oxucunu 

düşündürmək və fikrən hərəkətə gətirmək üçün yazıçı sözün və 

bədii  təsvirin  imkanlarından  yaradıcı  şəkildə  istifadə  edir.  O, 

bəzən  hekayənin  sujetinə  məlum  əfsanə,  nağıl  və  rəvayətlərin 

motivini  axıdır.  Bunlar  da  dövrün  cari  həqiqəti,  həyati  bir 

mətləbi ilə vəhdət təşkil edir və ideya, müəllif amalı müasirliklə 

aşılanır. Elçin Əfəndiyevin adi ədəbiyyat  yaradıcılığında bədii 

dili  xüsusi  iş  görür.  Yazıçı  elita  deyilən  zümrəni  kənara           

qoyub cəmiyyətin alt qatına, saf, təmənnasız, zəhmətkeş, torpaq 

kimi  əməksevər  insanlara  üz  tutanda  onlarla  öz  gündəlik           

ailə-məişət  dillərində  ünsiyyətə  girir.  Ədəbilik  möhürü  ilə 



Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə