9
s. aspektlər sırasında özünəməxsus cəhətlərinə daha çox diqqət yetirilir. Bu halda sosiologiyanın
predmeti xeyli
məhdudlaşdırılaraq məhz ictimai inkişafın sosial tərəflərinin öyrənilməsinə müncər edilir. Sosiologiya elminin belə
şərhini ilk dəfə fransız sosioloqu və filosofu Emil Dürkheym (1858-1917) vermişdir. Dürkheymin fikrincə,
sosiologiyanın predmeti elə xüsusi reallıqdır ki, onunla mövcud elmlərdən heç biri indiyə qədər məşğul
olmamışdır. Bu reallığın əsasını sosial faktlar təşkil edir. Həmin faktlar isə gerçəkliyini nə iqtisadi, nə psixoloji, nə
fiziki və s. faktlarına
müncər edilə bilməz; onların öz müstəqil xarakteristikaları vardır. Sosial faktların başlıca
əlamətləri onların obyektiv səciyyə daşıması, fərddən asılı olmayaraq mövcud olması, ona təzyiq göstərə
bilməsidİr. Dürkheym sosial faktları iki yerə ayırırdı: cəmiyyətin «maddi substratını» təşkil edən morfoloji faktlar
(məs. əhali sıxlığı, fərdlər arasında ünsiyyətin intensivliyi, yaşayış yerlərinin
[12 - 13]
xarakteri və s.) və mənəvi,
qeyri-maddi faktlar (bunlar məcmu halda kollektiv və ya ümumi şüuru təşkil edir).
Sosiologiya cəmiyyət haqqında elmdir, başqa sözlə, sosioloji idrakın obyektini cəmiyyət təşkil edir. lakin
belə izah sosiologiyanın predimetini tam aydınlaşdırmır, çünki cəmiyyət ən müxtəlif elmlər tərəfindən öyrənilir.
Ona görə də digər
elmlərdə olduğu kimi, sosiologiyada da onun obyektini və predmetini fərqləndirmək lazımdır.
Sosioloji idrakın obyektinin və predmetinin qarışdırılması və ya eyniləşdirilməsi ciddi metodoloji qüsurdur.
Bu qüsur indi meydana çıxmamışdır: o, əvvəllər də özünü göstərmişdir, indi də ən müxtəlif məktəblərin və
cərəyanların bir çox sosioloqlarına xas olan cəhətdir. Yeri gəlmişkən qeyd edək ki, sosiologiyanın digər elmlərdən,
ABŞ-da sosial psixologiyadan və s. nisbətən gec ayrılmasını və müstəqil elmi fənn kimi təşəkkül tapmasını
şərtləndirən ən mühüm səbəblərdən biri məhz sosioloji idrakın obyektinin və predmetinin eyniləşdirilməsi
olmuşdur.
Adətən tədqiqatçının fəaliyyətinin istiqamətləndiyi hər şeyi idrak obyekti kimi qəbul edirlər. Bu
o deməkdir
ki, müxtəlif hadisə, proses, münasibət ən müxtəlif elmlərin predmetindən söhbət getdikdə yalnız obyektin həmin
elmin spesifikası ilə müəyyən edilən tərəfi, aspekti, xassəsi, münasibəti əsas götürülür. Obyektin digər tərəf, aspekt,
xassə və münasibətləri isə ikinci dərəcəli məsələlər kimi, yaxud obyektin mövcudluq şəraiti kimi nəzərdən keçirilir.
Deməli, hər hansı elmin formalaşması ilə onun elmi tədqiqat predmetini ayırd etmək məsələsi qarşıya çıxır. Başqa
sözlə, hər bir elm digər elmdən ilk növbədə öz predimeti ilə fərqlənir. Hər bir elm obyektiv reallığın öz xüsusi
tərəfini, sferasını, özü üçün spesifık olan qanunauyğunluqlarını, həmin qanunauyğunluqların
xüsusi təzahür
formalarını və fəaliyyət mexanizmlərini öyrənir. Bu o deməkdir ki, hər hansı elmin, o cümlədən sosiologiyanın
predmetini tədqiqat obyektinə görə müəyyənləşdirmək kifayət deyildir. Məsələn, sosial reallıq ictimai və
[13 - 14]
humanitar elmlərin tədqiqat obyektidir. Lakin hər bir elm məhz öz predmeti sayəsində müəyyən birmənalılıq
qazanır; elmin predmeti həmişə spesifikdir: hətta eyni obyektdə, yaxud onun ayrı-ayrı hissələrində müxtəlif elmlər
bir-birindən fərqli, spesifik qanunauyğunluqları tədqiq edirlər. Məsələn, ailə iqtisadiyyat, hüquq, demoqraflıya,
sosiologiya, psixologiya, pedaqogika və s. elmlərin tədqiqat obyekti ola bilər. Lakin bu elmlərin ailə təsisatına
münasibəti, yanaşması öz predmetləri
çərçivəsində eyni deyildir, bir-birindən fərqlidir.
Hər bir elmin predmeti empirik reallığı abstrakt səviyyədə spesifık şəkildə təkrar istehsal edir, yəni nəzəri
abstraktlaşdırmanın nəticəsidir. Belə abstraktlaşdırma öyrənilən obyektin fəaliyyət və inkişafının elə
qanunauyğunluqlarını ayırd etməyə imkan verir ki, onlar həmin elm üçün spesifikdir.
Sosiologiyanı bir elm kimi səciyyələndirərkən çox zaman əslində sosioloji idrakın başlıca obyektləri
sadalanır. Sosioloji məktəblərin və cərəyanların, sosioloji biliyin konkret təşkilat sistemlərinin müxtəlifliyi, ideya-
nəzəri mövqelərin və yönümlərin rəngarəngliyi sosiologiyanın predmeti məsələsində çətinlikləri artırır.
Bir çox
hallarda «sosial» anlayışının özü dəqiq təsəvvür olunmur.
Hər bir elmin spesifikasını araşdırarkən gerçəklikdəki elə əlaqə və münasibətlər ayırd edilməlidir ki, onlar
keyfiyyətcə digər əlaqə və münasibətlərdən fərqli olub, məhz həmin elmin predmetini təşkil edə bilsin. Məsələyə
belə yanaşdıqda demək olar ki, sosial adlandırılan əlaqə və münasibətlərin bütün məcmusu sosioloji idrakın obyekti
hesab edilməlidir. Bu əlaqə və münasibətlər hər bir konkret sosial obyektdə xüsusi tərzdə təşkil olunmuşdur. Ona
görə də sosioloji idrakın obyekti sosial sistem kimi çıxış edir. Deməli,
sosial olan, sosial əlaqə və münasibətlər,
onların təşkili üsulu elə anlayışlardır ki, bunlar sosioloji idrak obyektinin xüsusiyyətlərini açmaq üçün əsas
anlayışlar kimi götürülə bilər. Bu halda sosial qanunauyğunluqların aşkara çıxarılması sosiologiya elminin
predmetini müəyyənləşdirmək üçün həlledici
[14 - 15]
əhəmiyyət qazanır.
Sosiologiya tarixən müəyyən sosial sistemlərinin fəaliyyətinin və inkişafının sosial qanunauyğunluqları,
habelə həmin qanunauyğunluqların şəxsiyyətlərin, sosial qrupların, birliklərin, siniflərin, xalqların fəaliyyətində
təzahür formaları və mexanizmləri haqqında elmdir.
Sosiologiyanın predmetini müəyyənləşdirərkən adətən ayrı-ayrı sosioloqlar müxtəlif
sosial hadisələri və
prosesləri həlledici hesab edirlər. Məsələn, qrupların (insanların) qarşılıqlı fəaliyyəti, yaxud bu fəaliyyətin
nəticələri; insanların sosial münasibətləri; sosial təsisatlar; sosial təşkilatlar və onların insan davranışına
münasibəti; sosial fəaliyyət sistemləri; insan cəmiyyəti və insan davranışı; sosial nizamın və nizamsızlığın təbiəti;
sosal qruplar; insan birlikləri formaları; insan cəmiyyətinin əsas strukturları; sosial proseslər;
sosial-mədəni
hadisələr; sosial həyatın elmi baxımdan öyrənilməsi və s. Bu anlayışlardan hər birinin mənasını, əhəmiyyətini