101
aĢkar edilmiĢdir. Göründüyü kimi bu dördkünc tikinti içərisindən cürbəcür qab
tiplərinin tapılması onun mətbəx və ya sənətkarlıqla bağlı hər hansı bir istehsal
ocağı yaxınlığında ona xidmət göstərən otaq olduğu ehtimal edilir. Bu ocaq
qarĢısında bir dəmir alət dəstəsi tapıldı. Bu təsərrüfat otağının qərb tərəfdə Ģimal-
cənub istiqaməti üzrə uzunluğu 3 metr (ortadan 2,9), Ģimal tərəfdən isə Ģərq-qərb
üzrə olan divarların uzunluğu 1,7 metrdir. Bu otağın Ģimal divarlarının Ģərq tərəfdə
qurtaracaq yerindən Ģimala doğru üç arakəsməli istehsal ocağının qarĢısı boyu düz
xətt üzrə diyar, bəzi yerlərdə eyni istiqamətdə bünövrə - daĢ düzümü qalmıĢdır.
Ümumiyyətlə kompleks istehsal tikintisinin içəridən-içəriyə qərb divarının
cənubdan Ģimal divarının dibinədək uzunluğu 14,2 metrdir. B3-B4-B5
kvadratlarında, qərb divarlarının içəri tərəfdən dibində qazıntı iĢləri zamanı yenə
də yanıq izi davam edirdi. Bu kürəxana yeri olduğunu aydın Ģəkildə bildirirdi. B4
kvadratında divarın içərisinə doğru tağvari girintiyə rast gəlmiĢdir. Həmin tağvari
girinti olan çox qalın divarın Ģimal tərəfində kürəxananın izi nisbətən daha yaxĢı
qalmıĢdır.
B6 kvadratında olan kürə yerinin Ģərq tərəfdən içəriyə doğru giriĢinin
baĢlanğıcında eni 1,78 metr, içəriyə doğru qurtaracağında isə 1,67 metrdir. GiriĢ
yerinin birinci istilik yayan yuvacığınadək məsafəsi 1,75 ikinci yuvacığadək birinci
ilə birlikdə 3,24 metrdir. Kürənin girəcəyindən içəriyə Ģimal istiqaməti üzrə ölçüsü
3,54 metrdir. Ġstilik paylayan tağçalarının eni 40, uzunluğu 43, hündürlüyü 50 sm-
dir. Bu kürəxananın Ģərq-qərb istiqaməti üzrə divarların bayırdan bayıra ölçüsü 7,2
metrdir. ġimal divarının dibindən cənuba doğru (buraya giriĢ və iki kürə arasındakı
divarın kəlləsi eni də daxildir) ölçüsü 4,57 metrdir. Kürəxananın içərisində
yanlarda istilik çuxurları (bunlar üzbəüz döĢəməyə yaxın yerdədir) və qərb tərəfdə
çınqıl qatıĢıqlı bir növ əhəng kirəc halına düĢmüĢ bərk qalıqlar vardır. Onu hətta
linglə də qoparmaq çətindir. Həmin qarıĢıqdan bərkimiĢ əhəng kirənin istehsal
tullantısı, saxsı qab və hissələri, dəmir alət, dəmir ovuntusu (dəmir tozu) və s.
vardır. Buranın dəmirçiliklə əlaqədar istehsal ocağının olmasını söyləmək üçün
əlimizdə xeyli dəlillər vardır. Bunlardan dəmir tozu qarıĢığı bərkiyib kərpicləĢmiĢ
tullantı qalaqları içərisində bütöv dəmir əmək alətləri də qalmıĢdır. Bu dəmir əmək
aləti yaylı iri qayçı hissəsindən ibarətdir. Onun digər hissəsi həmin buradan
töküntülər içərisindən tapılmıĢdır. Onlar tutuĢdurularkən eyni alətin hissələri
olduğu aydınlaĢdı (tablo 70-1, 2). Bu cür yaylı dəmir qırxlıq yaxınlıqda yerləĢən
Uzunboylar yaĢayıĢ yerinin qəbiristanlığından da tapılmıĢdır. Buradan tapılan
qırxlıq (qayçı) böyüklüyünə görə fərqlənir.
Burada istehsal ocağının varlığı Ģübhəsizdir. Həm də burada müxtəlif
sənətkarlıq sahələri olmuĢdur və onlar bir-biri ilə müəyyən əlaqələrə də malik
olmuĢdur. Burada istehsal ocaqlarının iĢləməsi üçün mühüm təbii zəminlər də
mövcud olmuĢdur. Belə ki, ətraf ərazi həm də sıx meĢələrlə əhatələnmiĢdir. Bu da
öz növbəsində tikinti və yanacaq ehtiyatı yaratmıĢdır. Bunu sübut edən külli
miqdarda dəlillərimiz vardır. Qazıntı zamanı müxtəlif ağacların kömürləĢmiĢ
102
qalıqları (palıd, göyrüĢ, dəndə) habelə palıd qozasının kömürü, qoz, cır armud,
zoğal, alça tumları və s. tapılmıĢdır. Bütün bunlar isə antik dövrdə bu ərazinin
ekoloji xüsusiyyətləri haqqında da təsəvvürlərimizi əyani Ģəkildə geniĢləndirir.
Bundan əlavə keçən illərdə qeyd etdiyimiz kimi Ağsuçay dərəsindən hava
cərəyanının pəncərələrindən biri Uzunboylar, digəri isə məhz Qırlartəpə abidəsinə
açılır. Buna görə də burada həmiĢə külək əsir və yəqin ki, təbiətin bu qüvvəsindən
də qədim sakinlər müxtəlif məqsədlər üçün istifadə etmiĢlər. Maraqlıdır ki,
ġirvanın dağətəyi abidələrinin coğrafi yerləĢməsindən yuxarıda qeyd etdiyimiz
xüsusiyyətləri səciyyəvidir.
Böyük kompleks tikintini tam aydınlaĢdırmaq, divarların əlaqəsini otaq və
istehsal ocaqlarını öyrənmək üçün bütün divarlar boyu, habelə ətraflarında qazıntı
və təmizləmə iĢləri aparılmıĢdır. Buna görə də onun müxtəlif yerlərində
iĢlənmiĢdir. Cənub tərəfdən keçən əsas divardakı qapı yerinin içəri tərəfindən
qazıntı iĢləri aparılarkən bəzi cəhətlər aydınlaĢdırıldı. Belə ki, qapıdan alta doğru
divarın davam etdiyi üzə çıxarıldı. Divarın dibində bir iri təsərrüfat küpünün
təzyiqdən parçalanmıĢ hissələri aĢkar edildi. Bir qədər dərinə düĢdükdən sonra
məlum oldu ki, burada iki küp yan-yana qoyulmuĢdur. Onlardan biri daha çox
ovxalanmıĢdır. Bu küplərin ağzı bünövrə daĢları düzülən yerədək 0,4-0,5 metr
altda dururdu. Bunlar kompleks tikintinin mərkəzində açılmıĢ divarla cənub
tərəfdəki əsas divar arasında yerləĢmiĢ tikintinin içərisindədir.
Divarın altında 1 metrdən artıq qalınlıqda xırda qəlpə daĢlardan qat davam
edir. Bu hal da ən çox cənub qapısı altında (bir qədər də qərbdən) baĢlayaraq Ģərq
divarı altına, oradan da dönərək Ģimal divarı altı ilə qərb istiqaməti üzrə davam
edir. ġərq tərəfdə Ģimal-cənub istiqaməti üzrə olan daĢ divarın dibindən saxsı cam
qırıqları və bir dəmir mıxa bənzər əĢya tapıldı. Saxsı cam qırıqları daha qədim
dövrə aid olduğu onların forması, tərkibi hazırlanması habelə təbəqələrdən də
aydın bilinir.
Quyu. V3 kvadratında açılmıĢ otağın içərisi təmizlənərkən onun Ģərqə
doğru açılan qapı yerinə yaxın quyuya oxĢar çuxur aĢkar edildi. Bu çuxurun ağzı
gen, alta getdikdə daralan formadadır. Onun kənarları xırda daĢ və sarımtıl-yaĢıl
torpaqla əhatələnmiĢdir. Bu dolmuĢ quyunun ağız hissəsi Q4 kvadratında hələ
keçən illərdən açılmıĢ iki yan-yana qoyulmuĢ təsərrüfat küpləri yerləĢmiĢdir. Bu
küplərin içərisindən xeyli yanmıĢ taxıl qalıqları tapılmıĢdır. Lakin bu küplərin
yarıdan aĢağı hissəsi öz yerindəcə saxlanmıĢdır. Küplərin ətrafı iĢlənərkən yenə də
kömürlənmiĢ buğda, bir qara rəngdə, üzəri naxıĢlı gil muncuq, iri heyvan
sümükləri, saxsı qab qırıqları və s. qalıqlar aĢkara çıxarılmıĢdır.
BoĢluq çala qazıldıqca iki yanaĢı qoyulmuĢ küplərin altı görünməyə baĢladı.
Aydın oldu ki, bu küplər həmin iri quyunun üstündə, daha doğrusu onun qərb
yarısında yerləĢdirilmiĢdir. ġərq tərəfdə isə quyunun üstünü Ģimal-cənub istiqaməti
üzrə kəsib keçən daĢ divar olmuĢdur. Küplərin ağzı yəqin ki, həmin divarın dibinə
yaxın olmuĢdur. Bu quyunun içərisi dolmuĢ, lakin bərkiməmiĢ, yaxıd boĢluq hələ
Dostları ilə paylaş: |