103
tam yatmamıĢ daĢ divar hörülmüĢdür. Ġllər, əsrlər keçdikcə divarın quyu üstündən
keçən hissəsi boĢluq alta doğru basılmıĢ və həmin hissədən divar 0,5 metr aĢağı
çökmüĢdür. Quyunun içərisinə 0,5 metr dərinliyə çökmüĢ divar hissəsinin
uzunluğu 2,3 m, eni isə 1,3 m-dir. Divarın ölçüsü, yəni eni və material üstdə,
quyudan kənarda qalmıĢ hissənin eynidir. Bu quyunun ağzının kənarları və
sonradan görəcəyik ki, divarların çox yeri iri təbii sal daĢlardan ibarətdir. Odur ki,
quyu qazılarkən bəzi yerlərdə daĢlar çapılıbdır. Onun qazılması zamanı çətinliklər
qarĢıya çıxmıĢ və əsasən dairəvi formada qazılan quyunun bəzən dördkünc olduğu
da təsəvvür edilirdi. Lakin sonradan dairəvi olduğu müəyyənləĢdi. Bu quyunun
ağzının diametri 2,5 m-dir.
Təqribən 0,5-0,7 metr dərinliyə doğru olan yerlərdə quyu materialı həmin
qeyd etdiyimiz iri təsərrüfat küpləri antik dövrə aid saxsı qablar, içərisi çəhrayi,
üzəri qara rəngli küpə qırıqları, taxıl qalığı heyvan və quĢ sümükləri tapılır. Ġri,
yanaĢı basdırılmıĢ küplərdən birinin (içərisindən buğda tapılan) hündürlüyü 1,5 m,
gen gövdəli olub saxsının qalıqlığı 4 sm, yastı oturacağının diametri isə 24 sm-dir.
Onun ağzının kənarı rəfli olub üzəri quĢ ayağı izini xatırladan batıqlarla
naxıĢlanmıĢdır. Ümumiyyətlə ağzının kənarı bu cür iĢarələrlə naxıĢlanmıĢ küplər
buradan çox tapılır. O biri küpün də ölçüləri təqribən belədir. Lakin onun yastı
oturacağının diametri 20 sm-dir. Bu küp bir qədər kiçik həcmlidir. Buradakı
tapıntılar içərisində boz rəngli vazanın cam hissəsindən bir parçası, kiçik dolu
formalı sarımtıl saxsı qab, qara qab qırıqları və qulp hissələri maraqlıdır. Onların
içərisində Yaloylutəpə qab tipləri nümunələri də diqqətəlayiqdir. Buradan tapılan
taxıl qalıqları Azərbaycan SSR EA Genetika və selleksiya institutunda təyin
edilmək üçün verilmiĢdir. Azərbaycan SSR EA akademiki Ġmam Mustafayev
həmin materialları ilkin olaraq təyin etmiĢ, bərk və yumĢaq buğdaların qarıĢığından
ibarət olduğunu, yəni həm yumĢaq, həm də bərk buğda növlərinin varlığını
müəyyən etmiĢdir. Bu taxıl qalıqları içərisində əksər dənlər iridir. Lakin bu
tapıntılar əsaslı sürətdə təyinat üçün laboratoriyada saxlanmıĢdır. Ġlkin təyinat
zamanı xüsusi növ buğda toxumunun varlığı da müəyyən edilmiĢdir ki, bu da bərk
və yumĢaq buğdadan seçilir. ġübhəsiz Qırlar kəndi ətrafının dəmyə əkinçilik üçün
ta qədimdən yararlı torpaq iqliminə malik olması və burada çox növlü müxtəlif
buğda, arpa, ümumiyyətlə taxıl yetiĢdirilməsi üçün geniĢ imkanlar yaratmıĢdır.
ġirvanın dağətəyi hissəsində yerləĢən Qırlar və eləcə də Sanqalan yaylası ən qədim
zamanlardan əkinçilik və taxılçılıq məskənlərindən biri olmuĢdur. Qırlartəpə
kompleks tikintisinin mərkəzə yaxın yerində aĢkar edilmiĢ bu quyu hələlik yeganə
hal olduğu üçün onu nömrəsiz təsvir edirik. ġübhəsiz yenisi aĢkar edilərsə, bu 1
sayı ilə qeyd ediləcəkdir.
Bu quyunun üstündən keçmiĢ daĢ divarın sonradan çökmüĢ hissəsinin
fotosu və ölçüləri götürüldükdən sonra onu söküb götürdük və alta doğru qazıntını
davam etdirdik. ÇökmüĢ divar hissəsi və küplərin alt səviyyəsindən baĢlayaraq
həddən artıq saxsı qab qırıqları, qulpu ağzı ilə gövdəsinə dik yapıĢdırılmıĢ küpə və
104
cam formalı qabların qırıqları tapılmıĢdır. Saxsı çölmək və qulplarının üstü kəsmə
naxıĢ, basma deĢiklərlə bəzədilmiĢdir. Bu qablar içərisində üzəri ağ-göyümsov
anqoblu qab qırıqları, habelə Yaloylutəpə qab tipinə məxsus olan qulp, ağzı
üçləçək formalı qab ağzının qırığı, bozumtul vaza hissəsi və üçayaq vazanın ucu
ĢiĢ qıçı və s. tapılmıĢdır. Bütün bunlar quyu ağzından 03,7 metr dərinə doğru olan
səviyyədən əldə edilmiĢdir. Bundan baĢqa buradan ilk dəmir dövrü qab tiplərinə də
təsadüf edilmiĢdir. Buradan ən maraqlı yenə də yanıq torpaq və baĢqa materialın
külü-kömürü arasından yanıb gömürləĢmiĢ buğda layı tapıldı (bir küncdə). Deməli
burada təkcə küplərdə deyil, elə quyunun bu üst səviyyəsindən yerdə taxıl anbarı
olduğuna da iĢarə verir. Lakin bu məhz hələ ağız hissəsi aĢkarlanan quyunun
özünün bilavasitə taxıl quyusu olduğu demək deyildir. O böyükdür və sonradan
görəcəyik ki, daha dərinə gedir və içərisindən cürbəcür qalıqlar tapılır.
Quyunun cənub küncündə ocaq və ya qalın tavayaoxĢar dayaz qab və ya
suvaq hissələri də tapılmıĢdır. Buradan iri buynuzlu heyvan sümükləri - kürək,
buynuz, aĢıq, dırnaq, lülə və s. hissələr çoxlu miqdarda tapılmıĢdır. Buynuzlardan
keçi, cöngə, cüyür, marala aid olan tapıntılar da vardır.
Quyunun 1,8-2 m-ə yaxın dərinliyə doğru səviyyəsində qara çürüntülü
torpaq, daĢ və maddi-mədəniyyət qalıqları ilə doludur. Belə ki, yenə də çoxlu iri
buynuz, davar, quĢ sümükləri, saxsı qab qırıqları, daĢ qab və alətlər tapılır. Bundan
baĢqa bir ədəd saxsı qab qapağı tapıntısının üstü cam içərisi formada olub, oradan
da ilgək formalı qulpu vardır. Bu cür qapaqlar bu yaĢayıĢ yerinin yaxınlığındakı
qəbir abidələrindən, ətraf ərazisindəki Uzunboylar və ġamaxı ərazisindəki son
antik dövr abidələrindən çoxlu miqdarda əldə edilmiĢdir (b.e. I-III əsrləri). Bundan
baĢqa burada daĢ qab lüləyi, daĢ alət, iri qulplu, süzgəcli qabın gövdə və qulp
hissələri də tapılmıĢdır. Sonuncu tapıntı diqqəti daha çox cəlb edir. Belə ki, bu qab
iri küpə formalı olub çiynində nehrə qulpuna oxĢar dəstəsi vardır. Onun demək olar
ki, gövdəsinin bütün hissəsini əhatə edən qırıqları əldə edilmiĢdir. Deməli bu qabın
bütün gövdəsi və oturacağı deĢikli hazırlanmıĢdır. Hətta qulpunun da qabın
gövdəsinə yapıĢan yerləri süzgəcli hazırlanmıĢdır.
Bu cür süzgəcli qab nümunələri Mingəçevirdən, Qəbələ ərazisindən,
Ġsmayıllı rayonu ġıxdərə kəlləsi antik dövr abidəsindən də tapılmıĢdır. Lakin
yuxarıda qeyd etdiyimiz və hələ adını çəkmədiyimiz daha qədim dövrlərə aid bu
cür süzgəcli qab tiplərinin süzgəci ancaq oturacağındadır (əlbəttə buraya ağzı
novçalı və süzgəcli qablar daxil deyildir). Çünki onların süzgəci ağzındadır və
onların vəzifəsi tez anlanmıĢdır. Qırlartəpədən tapılan bu qabın boğazına qədər hər
tərəfi deĢiklidir və onun hansı vəzifəyə xidmət etdiyi bizə tam aydın deyildir.
Qazıntı müddətinin sona çatması və havaların soyuması, yağıĢların
baĢlaması qazıntını davam etdirmək iĢini çətinləĢdirirdi. Lakin yuxarıda təsvir
etdiyimiz quyunun dibi görünmür, davam edirdi. Həm də onun qazılması, xüsusən
torpağının çıxarılması xeyli çətinləĢmiĢdir, torpağı yalnız kəndir bağlanmıĢ vedrə
vasitəsilə çıxarıb xərəyə töküb və oradan da kənara daĢınırdı. Odur ki, iĢ ləng gedir
Dostları ilə paylaş: |