107
saxlanması və bir unikal nümunə kimi nümayiĢ etdirmək və istifadəsi diqqət
mərkəzindən kənardadır. Bizim isə yalnız sadə Ģəkildə, yəni divarların dibinə bəzi
dayaqlar verib müvəqqəti mühafizə etmək imkanımız vardır. Hətta onun plan-
quruluĢunu çıxarmaq üçün də lazımi mütəxəssislərlə təmin edilmir (memar,
fotoqraf və s). Az-çox bu iĢləri özümüz görürük.
Xeyli təmizləmədən sonra qazıntı sahəsinin əvvəlki görkəmi alınmıĢ,
müəyyən hissələrdə əsasən qərb-Ģərq və Ģərq uclarda qazıntı iĢləri aparılmıĢ, slayd
və fotolar çəkilmiĢdir. Həqiqətən də açılmıĢ yaĢayıĢ məntəqəsinin izdihamlı insan
məskəni olduğu indi daha aydın nəzərə çarpır. Qazıntı yerində o qədər müxtəlif
çeĢidli saxsı qab qırıqları, daĢ alət qalıqları, əti yeyilmiĢ mal-qara sümükləri,
binalar vardır ki, onlar antik dövr insan cəmiyyətinin gərgin və coĢqun əmək
fəaliyyətini göz qabağında canlandırır. Qırlartəpə ilə Kəndyeri arasından keçən
Ģosse yolunun təpə tərəfə olan kəsiyində antik dövrə aid torpaq qəbrinin dağılmıĢ
hissəsi görünürdü. Daha doğrusu bu abidə yol çəkilən zaman açılmıĢ çoxlu
qəbirlərdən biridir. Bunun yalnız qarĢı tərəfi uçmuĢdur və az hissəsi görünürdü.
MeĢənin kənarında habelə yaĢayıĢ yerinin lap yaxınlığında olduğundan həm də çox
hissəsinin meĢə və torpaq altda qaldığından onu tərpətmək fikrində deyildik. Lakin
bu il qazıntıya gedəndə onun qazıldığını və dağıdıldığını gördük. Odur ki, həmin
abidəni daha saxlamaq olmazdı. Abidənin tədqiqilə məĢğul olarkən gördük ki,
onun çox hissəsi qazılmıĢ, saxsı və baĢqa qabları sındırılmıĢ, çürümüĢ bəzək
Ģeyləri və at əsləhəsi yaxınlığa tullanmıĢdır. Əvvəlcə həmin materialı ətrafdan
toplamağa baĢladıq. XoĢbəxtlikdən sındırılmıĢ və atılmıĢ materiallar meĢənin
içərisində qalmıĢdır. Onlar əsasən dəmir gəm, at yüyəninin tunc bəzəkləri, əsa və
ya silah (qılınc və ya xəncər) dəstəsinə keçirilmiĢ tunc baĢlıqdan, saxsı qablardan
və ağ daĢdan zərif yonulub düzəldilmiĢ bəzəkli qabdan ibarətdir (tablo 71). Bu daĢ
qab ağır və bütöv olmuĢ onu “qarətçilər” yerə çırpıb üç yerə parçalamıĢlar. Onlar
hamısı toplanmıĢdır. Bu daĢ qabın ağzının kənarına yaxın hissəsindən iri batıq
cızıqla çevrələnir. Cızıqların arasında maral, Ģir və zebu-öküz rəsmləri və habelə
onların arasında cızılmıĢ naxıĢlar aydın bilinir. DaĢın bəzi yerləri torpaqda
aĢındığından hansı rəsm olduğu görünmür. Həm tərkibinə həm də forma və
rəsmlərinə görə bu cür oxĢar daĢ
qablar Uzunboylar, Buynuz ərazisindən də tapılıb.
Bu abidələr bir-birindən çox da uzaq deyildir. Qeyd edilən qəbir abidəsini
aĢkarlamaq və öyrənmək məqsədilə meĢə basmıĢ sahənin məlum istiqamətlə qırıb
açdıq və bir qədər gendən qazmağa baĢladıq (5x3 metr ölçüsündə). Torpaq yola
tökülməsin deyə xərəklə meĢənin içərisinə daĢıdıq. 0,7 metr dərinlikdə qalmıĢ
qabların üstü göründü. Onların çoxu parçalanmıĢ vəziyyətdə idi. Həddən artıq
parçalanmıĢ saxsı qab qırıqlarını qeyd edib kənara yığdıq. Bütöv və təkrarsız sınıq
qabları toplayıb götürdük. Qeyd etmək lazımdır ki, bu qəbir abidəsində çox zəngin
material olmuĢdur. Təəssüf ki, əksər materialı sökülüb aparılmıĢdır. Skeletin yalnız
qıç sümüklərindən müəyyən hissələr qalmıĢdır, kəllə sümüyü töküntüsünə görə
onun baĢının Ģimal-qərbə doğru qoyulduğu görünür. Qəbrə qoyulmuĢ silah, əmək