FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə31/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   27   28   29   30   31   32   33   34   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
34


Hal-hazırda praktiki olaraq vergitumanın aşağıdakı əsas 
prinsipləri həyata keçirilir: 
-
təsərrüfat müstəqilliyi və sərbəstliyi prinsipi
-
ədalətlilik prinsipi; 
-
tarazlılıq prinsipi; 
-
vergi ödəyicilərinin maraq və imkanlarının maksimum uçotu 
prinsipi; 
-
səmərəlilik prinsipi. 
Bu prinsiplərin hər birini ayrılıqda şəhr edək. 
Təsərrüfat müstəqilliyi və sərbəstliyi prinsipi 
vergi ödəyicisinin 
xüsusi mülkiyyət hüququna, xüsusi mülkiyyətin toxunulmazlığına və 
onun bu hüquqlarının dövlət tərəfindən qorunmasına əsaslanır. 
Ədalətlilik prinsipi.
Ədalətli vergi sisteminin yaradılması hələ ki 
heç bir dövlətin nail olmadığı bir arzudur. Bu prinsipə əsasən ölkənin 
hər bir vətəndaşı dövlət xərclərinin maliyyələşdirilməsində öz gəlirlərinə 
və imkanlarına uyğun olaraq iştirak etməlidirlər. Bi prinsip bir tərəfdən 
nəzərdə tutur ki, eyni iqtisadi vəziyyətdə olan vergi ödəyicilərinin 
öhdəlikləri vergilərin məbləği də eyni olmalıdır. Lakin bu zaman belə 
bir etik problem ortaya çıxır: eyni bir müəssisədə işləyən, eyni işi görən, 
eyni əmək haqqı alan iki işçidən birinin ailəsi üç nəfər, o birinin ailəsi 
isə beş nəfərdən ibarətdirsə, onların eyni vəziyyətdə olan hesab etmək 
olarmı? 
Digər tərəfdən isə iqtisadi cəhətdən qeyri-bərabər vəziyyətdə olan 
şəxslər qeyri-bərabər vergi vəziyyətondə olmalıdırlar, yəni kim 
dövlətdən daha çox alırsa, onun ödəyəcəyi verginin də məbləği də artıq 
olmalıdır. Adətən dövlət bu prinsipə mütərəqqi vergilərin və vergi 
güzəştlərinin tətbiq edilməsi ilə nail olmağa çalışır. 
Tarazlıq prinsipi.
Bu prinsipin əsas məqsədi dövlət xəzinəsinin və 
vergi ödəyicilərinin maraqlarını tarazlaşdırmaqdan ibarətdir. Vergi 
dərəcəsinin yüksəlməsi büdcənin gəlirlərinin artımına səbəb olur. Lakin 
nəzərə almaq lazımdır ki, bu yüksəliş elə bir həddə çata bilər ki, 
istehsalçının xalis gəlirlərinin əsas hissəsi tamamilə vergilərin 
ödənilməsinə sərf olunar. Bu isə iqtisadi fəallığın aşağı düşməsinə
vergidən yayınma hallarının kütləvi xarakter almasına səbəb olar. Buna 
görə də vergitutmanın bir iqtisadi kateqoriya kimi həddi olmalıdır. 
Verginin həddi dedikdə, dövlət xəzinəsi və vergi ödəyicisi üçün elə bir 
optimal səziyyə başa düşülür ki, həmin səviyyədən müəyyən qədər 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə