FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə37/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   33   34   35   36   37   38   39   40   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
40


- xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra 
istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar 
xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi 
orqanlarından tələb etmək; 
- vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan 
keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini 
sifariş vermək; 
- vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarının nəzarət-kassa 
aparatları vasitəsiylə həyata keçirmək. 
Vergi agenti də vergi ödəyicisi ilə eyni hüquqlara malikdir. 
Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının 
və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. 
Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin 
olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
3. Vergi ödəyicilərinin vəzifələri 
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi 
ödəyicilərinin əsas vəzifələri aşağıdakılardır: 
- qanunla müəyyən edilmiş vergiləri ödəmək; 
- vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini 
(VÖEN) almaq; 
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) 
və vergitutma obyektlərinin uçotunu aparmaq; 
- vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və 
qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə 
auditor rəyi əlavə edilməklə vergi hesabatını təqdim etmək; 
- vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş 
pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra 
etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin 
icra edilməsinə maneçilik törətməmək; 
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi 
orqanların və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və 
sənədləri təqdim etmək; 
- qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin 
və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər 
sənədlərin, habelə alınan gəliri və ödənilən vergiləri təsdiq edən 
sənədlərin saxlanılmasını təmin etmək; 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə