FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə36/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   32   33   34   35   36   37   38   39   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
39


2.
 
Vergi ödəyicilərinin hüquqları 
Vergi ödəyicilərinin hüquqları və qanuni maraqları qanunvericilik 
normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni 
maraqlarının müdafiəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə 
Müəyyən edilir. 
Azərbaycan Respublikasında vergi ödəyicisinin aşağıdakı hüquqları 
vardır: 
- vergi orqanlarından qeydiyyat yeri üzrə qüvvədə olan vergilər və 
onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ-hüquqi 
aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və 
onların vəzifəli şəxslərinin səlahiyyətli haqqında əvəzsiz olaraq məlumat 
almaq; 
- vergi orqanlarından vergi qanunvericiliyini tətbiq edilməsi 
məsələlərinə dair yazılı izahatlar almaq; 
- artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri 
qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək
- vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə 
iştirak etmək; 
- vergi yoxlaması ilə bağlı tərtib edilən aktların və vergi orqanlarının 
qərarlarının sürətini almaq; 
- vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi 
ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət 
olunmasını tələb etmək; 
- vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə
və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını və 
tələblərini yerinə yetirmək; 
- müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli 
şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət 
etmək; 
- qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya sirrinin 
qorunmasını tələb etmək; 
- vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qeyri-qanuni 
aktları və hərəkətləri nəticəsində dəymiş zərərin tam ödənilməsini 
qanunvericiliklə müəyyən edilmiş qaydada tələb etmək
- vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, 
vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması 
və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz 
rəyini bildirmək; 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə