FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə44/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   40   41   42   43   44   45   46   47   ...   130
[kitabyurdu.org]-KY0000338

Vergi nəzarətinin formaları 
Vergi daxilolmalarının 
operativ-mühasibat 
uçotu 
Fiziki şəxslərin 
xərclərinin onların 
gəlirlərinə uyğunluğuna 
nəzarət 
KitabYurdu.az 
48


Vergi yoxlamaları vergilərin düzgün və tam hesablanmasına 
bilavasitə nəzarəti təmin edir. 
Vergi ödəyicilərinin uçotu vergi yoxlamasının aparılacağı bütün 
obyektlər haqqında vahid məlumatlar bazasının yaradılmasını təmin 
edir. Bu məlumatlar bazası vergi ödəyicilərinin vahid dövlət reyestri 
şəklində formalaşır.
Vergi orqanları tərəfindən vergi ödənişlərinin operativ-mühasibat 
uçotunun aparılması hesablanmış vergilərin büdcəyə tam və vaxtında 
daxil olmasına nəzarətin təmin olunmasına yönəldidir. 
Fiziki şəxslərin xərclərinin onların gəlirlərinə uyğunluğuna nəzarət 
fiziki şəxslərin faktiki olaraq çəkdikləri xərclər və onların vergi 
orqanlarına təqdim etdikləri bəyannamələrdəki gəlirləri barədə 
məlumatları müqayisə etməklə fiziki şəxslərin ödədikləri vergilərin 
tamlığına nəzarətdir. 
2. Vergi ödəyicilərinin uçotu 
Qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tam və vaxtında 
ödənilməsinə nəzarət vergi ödəyicilərinin vergi orqanlarında uçota 
alınmasından başlayır. 
Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə 
vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı 
haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan 
gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi 
tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı 
yer üzrə, fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki 
şəxslər isə yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar. 
Vergi ödəyicisinin uçotda olduğu vergi orqanının ərazisindən 
kənarda fəaliyyət göstərən filialı, nümayəndəliyi və digər təsərrüfat 
subyekti olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də 
onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin 
olduğu yer üzrə uçota alınır. 
Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin sərbəst 
balansa, cari və ya digər hesablara malik olan filialları, struktur 
bölmələri, 
habelə 
qeyri-rezidentin 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi 
nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. 
Azərbaycan 
Respublikasının büdcə və qeyri-kommersiya 
təşkilatları olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə