FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə46/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   42   43   44   45   46   47   48   49   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
50


İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrə 
eyniləşdirmə nömrələrinin verilməsi Azərbaycan Respublikası Vergi 
Məcəlləsinə uyğun olaraq həyata keçirilir. 
Yerli (bələdiyyə) vergilərinin ödəyicilərinin uçotu bələdiyyələrin 
vergi xidməti orqanı tərəfindən aparılır. 
Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən 
ərizə verilir. 
Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və 
nümayəndəlikləri uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına 
müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların 
dövlət 
qeydiyyatına 
alınması 
haqqında 
şəhadətnamənin 
və 
nizamnaməsinin, rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını 
təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin 
bir nüsxədə surətlərini və olduğu yer haqqında məlumatı vergi orqanına 
təqdim etməlidirlər. 
Vergi ödəyiciləri olan hüquqi şəxslər onların yuxarı təşkilatlarına 
VÖEN verildikdən sonra uçota alınırlar. 
Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi 
tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi 
ödəyicisi (onun rəhbəri) cavabdehdir. 
Vergi ödəyiciləri olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə 
birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer 
haqqında məlumat təqdim edir.
Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda onların şəxsi 
məlumatlarına onların adı, atasının adı, doğulduğu tarix və yer, cinsi, 
yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, 
vətəndaşlığı haqqında məlumat daxil edilir. 
Uçota alınmaq üçün ərizənin forması Maliyyə Nazirliyi ilə 
razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən təsdiq olunur. 
Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna 
alınması haqqında ərizə və digər sənədlər daxil olduğu gündən sonrakı 2 
gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi 
ödəyicisinə müvafiq şəhadətnamə verməlidir. Şəhadətnamə itirildikdə və 
ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında 
şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin 
üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd 
aparılır. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə