FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə49/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   45   46   47   48   49   50   51   52   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
53


Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi 
sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə- 
dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar. 
Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində 
hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab 
edilir. 
Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi 
ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə 
bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi 
orqanına göndərir. 
Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda (bankın 
filialında) hesab açmaq olar. 
Şəhadətnamə-dublikatın bildiriş hissəsi bank idarəsi tərəfindən 10 
gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi 
ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-
dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş 
şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan 
alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi 
ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir. 
İstər hüquqi şəxslər, istərsə də sahibkarlıq fəaliyyəti ilə məşğul 
olan fiziki şəxslər Vergi orqanlarında qeydiyyatdan keçdikdən sonra 
istənilən bankda aşağıdakı sənədləri təqdim etməklə hesab aça bilərlər: 
- hesabın açılması barədə ərizə; 
- müəssisənin Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış 
şəhadətnamə və nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti 
(hüquqi şəxs), Statistika Komitəsindən verilən şəhadətnamənin əsli və 
ya notarial qaydada təsdiq olunmuş surəti
- vergi ödəyicisinin hesab açılması üçün vergi orqanından və 
Dövlət Sosial Müdafiə Fondundan aldığı Şəhadətnamə-Dublikatı; 
- notarial qaydada təsdiq olunmuş möhürün əksi və imzaların 
nümunələri. 
Vergi orqanından və Dövlət Sosial Müdafiə Fondundan alınan 
Şəhadətnamə-Dublikatın bank tərəfindən doldurulan hissəsi vergi 
orqanına və Dövlət Sosial Müdafiə Fonduna qaytarılır.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə