FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə50/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   46   47   48   49   50   51   52   53   ...   130
[kitabyurdu.org]-KY0000338

3. Vergi yoxlamaları 
Vergi nəzarəti sistemində vergi yoxlamaları əsas yer tutur. Vergi 
yoxlamaları vergilərin hesablanmasının düzgünlüyünə və tamlığına 
KitabYurdu.az 
54


nəzarəti bilavasitə təmin edir. Vergi ödəyicilərinin müəyyən edilmiş 
qaydada vergi orqanlarına təqdim etdikləri bütün hesabatlar vergi 
yoxlamasından keçir. Yoxlamanın gedişində vergi orqanlarına verilmiş 
məlumatlarla faktiki məlumatlar tutuşdurulur, bu məlumatlar arasında 
kənarlaşmalar müəyyən edilərsə qanunvericiliyə uyğun qaydada 
tədbirlər görülür. 
Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər 
aşağıdakılardır: 
-
vergi yoxlamasının məqsədi; 
-
vergi yoxlamasının subyekti; 
-
vergi yoxlamasının obyekti; 
-
vergi yoxlaması aparılmasının baza üsulu. 
Vergi yoxlamasının məqsədi vergi qanunvericiliyinə əməl 
edilməsinə, vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edilməsidir. 
Vergi yoxlamasının subyekti qüvvədə olan qanunverciliyə əsasən 
vergi yoxlaması aparmaq hüququ olan bütün dövlət nəzarət orqanlarıdır. 
Deməli, vergi yoxlamasının subyektləri ilk növbədə vergi və gömrük 
orqanlarıdır. 
Vergi yoxlamasının obyekti vergi ödəyicisinin maliyyə-təsərrüfat 
fəaliyyətidir, daha doğrusu, onun həyata keçirdiyi maliyyə-təsərrüfat 
əməliyyatlarının məcmusudur. Vergi yoxlamasının növündən asılı 
olaraq, konkret hallarda onun obyekti ya vergi ödəyicisinin həyata 
keçirdiyi maliyyə-təsərrüfat əməliyyatlarının hamısının məcmusu, ya da 
bu məcmunun hər hansı bir hissəsi ola bilər. 
Vergi yoxlaması aparılmasının əsas baza üsulu, təqdim olunmuş 
vergi bəyannamələrində əks olunan maliyyə-təsərrüfat fəaliyyəti 
haqqında ilk sənədlərdə əks olunmuş faktiki məlumatlarla 
müqayisəsidir. 
Vergi yoxlamaları aparılma yerinə, yoxlanılan məsələlərin 
həcminə, təşkili üsuluna və aparılma üsuluna görə təsnifatlaşdırırlırlar. 
Bunu şəkildə olduğu kimi əks etdirmək olar. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə