FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə52/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   48   49   50   51   52   53   54   55   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
56


və vergi güzəştindən istifadə hüququnun olub-olmaması 
yoxlanılır; 
-
vergitutma bazasının hesablanmasının düzgünlüyünə nəzarət. 
Bu zaman vergitutma bazasının düzgün müəyyənləşdirilməsi 
yoxlanılır. 
Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin 
hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına 
təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. 
Kameral vergi yoxlaması zamanı vergi orqanı aşağıdakı qaydalara 
əməl etməlidir: 
1. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi 
bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və 
ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, 
sənəd və izahat tələb edə bilər. 
2. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin 
düzgün hesablanmaması müəyyən edildikdə vergi ödəyicisində 5 gün 
müddətində Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergilərin 
hesablanmasında dair bildiriş göndərilir. Bildirişdə hesablamanın 
səbəbləri və vergi ödəyicisinin şikayət etmək hüququ göstərilir. 
3. Vergi ödəyicisindən xronometraj metodu ilə yeni mühaşidə 
keçirilməsi barədə müraciət daxi olan dövrədək xronometraj metodu ilə 
sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas 
götürülə bilər. 
Kameral vergi yoxlaması zamanı vergi orqanı 1 və 2 bəndlərində 
müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar 
vergi yoxlaması keçirilən zamanvergi orqanının təklifi əsasında həmin 
yoxlamanın keçirildiyi vaxta qədər yol verildiyi səhvləri 30 gün 
müddətində düzəltmək hüququ vardır və o, həmin müddət bitənədək, yol 
verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi 
istisna olmaqla) məsuliyyət daşımır. 
Səyyar vergi yoxlaması
vergi nəzarətinin daha səmərəli 
formasıdır, çünki vergi qanunvericiliyinin pozulması halları yalnız belə 
yoxlamalar zamanı aşkar edilə bilər. Qeyd etmək lazımdır ki, vergi 
nəzarətinin bu forması həm çox zəhmət, həm çox vaxt, həm də yüksək 
peşəkarlıq tələb edir. Bununla əlaqədar olaraq səyyar vergi 
yoxlamalarının aparılması o zaman məqsədəuyğun hesab edilir ki, 
onların aparılmasına çəkilən xərclər yoxlama zamanı əlavə olaraq 
hesablanmış məbləğdən dəfələrlə az olsun. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə