FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə60/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   56   57   58   59   60   61   62   63   ...   130
[kitabyurdu.org]-KY0000338

 
-
 
əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət 
olunması;
 
- valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və 
valyuta sərvətlərinin ticarət, iaşə 
və 
xidmət 
müəssisələrində 
qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması 
və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 
- xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə 
razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 
- Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə 
tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) başlamadan işəgötürən 
tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə 
yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 
- xronometraj metodu ilə müşahidə aparılması. 
Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar 
aşağıdakılardır: 
- vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı 
aşkar edilmiş faktlar; 
- vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri 
məlumatlar; 
- vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması 
hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini Vergi 
Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 
KitabYurdu.az 
64


- vergi orqanlarının yuxarıda göstərilən məsələlər barədə 
qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki 
şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda. 
Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına 
əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicisinin və ona məxsus 
obyektin adı, eyniləşdirmə nömrəsi, ünvanı və yaxud vergi 
ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə 
olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və 
operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi 
(şəxsləri) göstərilir. 
Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq 
edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata 
keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının 
vəzifəli şəxsi nəzarətə başladıqdan sonra vergi orqanının qərarını vergi 
ödəyicisinə dərhal təqdim etməlidir. 
Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli 
şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin 
ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) 
daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna 
olmaqla), habelə sənədlərinə və ya əşyalarına baxış keçirilməsi
sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, 
ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət 
edilməsi və aksiz markası ilə markalanmalı markalanmamış və ya saxta 
aksiz markası ilə markalanmış malların siyahıya alınması Vergi 
Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 
Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli 
şəxsləri tərəfindən Vergilər Nazirliyinin müəyyən etdiyi formada akt 
tərtib edilir. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və 
operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 
“Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi” və “Vergi 
yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın 
çıxarılması” maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə